“Tövbə” surəsi Quranın 9-cu surəsidir ki, Mədinədə nazil olmuşdur və 129 ayəsi vardır.
Həzrət Peyğəmbər (s) bu surənin fəziləti barəsində buyurur: “Hər kim “Tövbə” və “Ənfal” surəsini oxuyar, mən Qiyamət günü onun şəfaətçisi və xeyirinə şəhadət verənəm ki, o, nifaqdan pakdır. Dünyada olan bütün münafiq qadın və kişilərin sayı qədər ona on həsənə verilər. On günahı pak olar və dərəcəsi on dərəcə artar. Ərş və onu həml edənlər dünyada olduğu zaman ona salavat göndərərlər”.
İmam Sadiq (ə) buyurur: “Hər kim hər ayda “Tövbə” və “Ənfal” surələrini oxuyarsa, nifaq heç bir zaman qəlbinə daxil olmaz. Əmirəl-möminin (ə) davamçılarından olar”.
Bu surənin bərəkətləri:
1. Oddan amanda olmaq. Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim bu surəni yazar, atəş onun mənzilinə çatmaz. O zamana qədər ki, bu yazı onunladır, atəş ona yaxın durmaz”.
2. Vəhşi heyvanlardan amanda olmaq. Hər kim vəhşi heyvandan qorxursa, “Tövbə” surəsinin 128-129-cu ayələrini oxusun və heyvanlardan ona ziyan dəyməz.
3. Vəsvəsəni dəf edər. Vəsvəsəni dəf etmək üçün bu surənin 129-cu ayəsini oxuyun və özünüzlə gəzdirin. (Tebyan/Deyerler)