Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Oktyabr 12:31
Şərh Yoxdur
2542

Ayətullahul-üzma Xamenei: “Bizim hər nəyimiz varsa, Məhərrəmə görə vardır…”

Ali rəhbər ayətullahul-üzma Seyid Əli Xamenei cənabları İmam Hüseyn (ə) müsibətinə və Ərbəin ziyarətinə işarə edərək, buyurmuşdur: “İstəyirəm ki, bir cümlə də müsibətdən deyim. Seyyidüş-şühədanın (ə) Ərbəin günü ilə bağlı dünyanın hər yerində olan müsəlmanlar onun qəbri ətrafında toplaşarlar. Onun qəbri üstündə toplaşmağımız Ərbəin günündə baş verir. Ərbəin günündə və ondan sonrakı acı günlərdə Əba Abdullahın (ə) ilk zəvvarı Cabir ibni Abdullah olmuşdur. O birisi isə Əmirəl-mömininin (ə) səhabəsi olan Ətiyə ibni Səəd olmuşdur.

 

Cabir Peyğəmbərin (s) səhabəsi idi və Bədr döyüşündə iştirak etmişdi. O günü isə ömründən ən azı 60-70 il keçmişdi və qoca kişi idi. Əgər Bədr döyüşündə olubdursa, yaşı 70-dən çox olmalıdır. Ancaq Ətiyə Əmirəl-möminin (ə) səhabəsi olduğu üçün ondan daha cavan idi. O, İmam Baqirin (ə) zamanına qədər yaşamışdır.

 

Ətiyə nəql edir: “O zaman ki, ora çatdıq və qəbrinin üstünə getmək istədik, bu qoca mənə dedi ki, gərək birinci Fərat çayına gedək və qüsl alaq. Fərata gəldik və qüsl aldıq. Sonra qətifəni belinə bağladı və o birisini çiyninə atdı. Allah evini ziyarət edən kəs kimi oldu. Bu halda İmamın (ə) qəbrinə tərəf getdi. O, zahirdə kor idi. Ona görə də birlikdə getdik və qəbrə yaxınlaşan zaman qəbrə toxunub onu tanıdı.

 

Hissləri cuşa gəldi. Bu qoca İmam Hüseyni (ə) dəfələrlə Peyğəmbərin (s) qucağında görmüşdü və üç dəfə yüksək səslə dedi: “Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!…”.

 

Sonra bu ayəni qiraət etdi: “Zülm edənlər tezliklə biləcəklər ki, necə bir dönüş yerinə qaytarılacaqlar”. (“Şüəra” 227)”.

 

Məhərrəm və Səfər ayları –  İslam məktəbinin bərəkətləri aylarıdır. İslamın ayaqda qaldığı aylardır. Bizim hər nəyimiz varsa, Məhərrəmə görə vardır. Bu məclisdə təbliğ etməyimiz də Məhərrəmə görədir. Bu, Məhərrəm və Səfər ayıdır ki, İslamı ayaqda saxlamışdır.

 

Seyyidüş-şühədanın (ə) fədakarlığıdır ki, İslamı bizim üçün diri saxlamışdır. Ona görə də Məhərrəm və Səfər aylarını Əhli-Beytin (ə) müsibətini zikr edərək ayaqda saxlamalıyıq”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..

Hansı imamın ziyarəti daha fəzilətlidir?

Hansı imamın ziyarəti daha fəzilətlidir? Bəzi hədislərə əsasən İmam Rzanın (ə) ziyarəti İmam Hüseynin (ə) ziyarətindən daha fəzilətlidir. Bu hədisləri eşidən bir... Davamı..

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..