Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 May 09:01
Şərh Yoxdur
9640

Ayətullah Seyid Əli Xameneinin Qədr gecələrilə bağlı 12 tövsiyyəsi

 

Ayətullah Xamenei müsəlmanların Qədr gecələrindən daha gözəl istifadə etməsi və bəhrələnməsi üçün bəzi tövsiyyələrini verib.

 

Qədr Gecələrinə mənəvi bir hazırlıqla daxil olun:

Mübarək Ramazan ayının günlərində qəlblərinizi ilahi zikrlərlə nurlandırın ki, Qədr gecələrinə hazır daxil ola biləsiniz.

 

Qədr gecələrinin saatlarını qənimət bilin:

Qədr gecələrinin qədrini bilin və hər anını qənimət sayın. Elə bir şey edin ki, Qədr gecələrində yazılanın taleyinizə təsiri olsun.

 

Maddi çirkinliklərdən uzaq durun:

Bizlər bu gecələrdə dua etməli və mənəvi bir ucalma üçün səy göstərməliyik. Namaz, möminin meracı olduğu kimi dua da möminin meracıdır. Qədr gecələri də möminlərin meracıdır. Bu gecələrdə mənəvi çirkinliklərdən və könül bağlarından ayrılmalıyıq.

 

Bu gecələrdə ən gözəl əməl, duadır:

Qədr gecəsinin ən dəyərli vaxtlarını dua ilə keçirin. Bu gecələrdə ən gözəl əməl duadır. Namaz da bu gecələrdə sünnədir. Əslində namaz, dua və zikrin təzahürüdür.

 

Duaların mənalarına diqqət edin:

Əhli- beytdən (ə) gələn və məzmunu dolğun olan duaların mənalarına diqqət edin. Xüsusilə gənclərimiz bu duaları oxuyaraq, söylədikləri sözlərə və cümlələrə xas diqqət göstərsinlər.

 

Allah (c.c.) ilə danışın:

Gənclərdən xahişim odur ki, dualarını edərkən nələr dediklərinə nəzər yetirsinlər. Bizlər bu gecələrdə Allah ilə danışırıq. Məhz ona görə dualarımızda nə dediyimiz çox mühümdür. Əgər ərəbcə duaların mənasını bilmiriksə, öz dilimizdə Allah (c.c.) ilə münacat edək.

 

Allahdan (c.c.) bağışlanma diləyin:

Qədr gecəsi, bağışlanma və tövbə etmək üçün ən gözəl fürsətdir. Allahdan (c.c.) bağışlanma istəyin. Belə ki, Allah (c.c) mənə və sizlərə, Ona dönməyimiz üçün açıq qapı qoymuşdur. Elə isə Allahdan (c.c.) məğfirət diləyək. Yoxsa elə bir gün gələcək ki, Allah (c.c.) günahkarlara belə səslənəcək: “Onların üzr istəmələrinə icazə verilmir!”

 

Qəlblərinizi İmam Əlinin (ə) uca məqamı ilə tanış edin:

Qədr gecəsi dua, yalvarış və ilahi dərgaha qayıdış gecələri olması ilə yanaşı, ürəklərimizin Həzrət Əlinin (ə) uca məqamı ilə tanış olması və dərs alması üçün bir fürsətdir.

 

Əsrin vəlisinə, zamanımızın imamına diqqət edin:

Bu gecələrdə zamanımızın imamına, mövlamıza diqqət edin. Onun vasitəsilə (təvəssül etməklə) Allahdan (c.c.) dualarınızı istəyin.

 

Yaradılış ayələri və insanların aqibəti üzərində düşünün:

İyirmi üçüncü gecənin ilk saatlarından başlayan və sübh azanının oxunacağı ana qədər Allahın (c.c.) salamı, rəhməti bütün yaradılmışlara paylanılır. Bu gecə xüsusi gecədir. Bu gecə Allahın (c.c.) ayələri üzərində təfəkkür və insanın aqibəti üzərində düşünməklə keçirin.

 

Müsəlmanlar üçün dua edin:

Qədr gecələri, mənəvi baxımdan xalqın rifahı, qəlblərin səfası üçün misli görünməyən bir gecədir. Bu gecələrdə öz məsələləriniz, müsəlmanlar və İslam dünyası üçün də dua edin.

 

Özünüzün və möminlərin hacətlərini (ehtiyaclarını) Allahdan (c.c.) istəyin:

Baxın öz hacətlərinizi müsəlmanların, ölkənizin, mömin qardaşlarınızın, xəstələrinizin, hüznlü qəlbləri, qəmli gözlərin hacətlərilə zənginləşdirin.

 

www.ahliman.info

 

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..