Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Dekabr 13:24
Şərh Yoxdur
4714

Ayətullah Xamenei: “Namaz insanın ruh və qəlbinin gözəlliyini artırır”

Ali Rəhbər  Ayətullah Seyid Əli Xamenei 26-cı Ümummilli Namaz Konfransına ünvanladığı müraciətdə namaza dəvət üçün bütün imkan və vasitələrdən istifadə olunmasının zəruriliyini vurğulayıb.

 

Ali Rəhbərin müraciətinin tam mətnini təqdim edirik:

 

“Mərhəmətli və Bağışlayan Allahın adı ilə!

Namaza dəvət, həyatın ən gözəl təzahürünə dəvətdir.  Ona görə ki, namaz həyatın bir fəslidir.  Həmin fəsldə  insan  bütün yaxşılıq və gözəlliklərin sahibi və yaradıcısı qarşısında  sevgi dolu  ehtiyacını bəyan edir. Namaz vasitəsi ilə insan öz ruh və qəlbinin gözəlliyini, eləcə də yaxşılığını artırır.

Quran və hədislərdə namaz və dua üçün tövsiyə olunan genişmiqyaslı və effektiv tövsiyə namaza dəvətdə bu xüsusiyyətin göstəricisidir.  Allahın saleh bəndələri bunu özləri üçün ibrət götürməli və namaza dəvət etməlidir.

İslam sistemində mömin məsul şəxslər  özlərinin bütün geniş imkanlarını  bu dəvət üçün istifadə etməlidir.  Ruhani,  müəllim, tərbiyəçi, müdir və hər yerdə fəaliyyət göstərən  məsul şəxslər  öz ətrafındakıları bu istiqamətə yönəltməli,  onları  Allaha və namaza tərəf dəvət etməlidir.

Siz illik Ümummili Namaz Konfransının təşkilatçıları  xüsusi ilə  mücahid və ixlaslı alim höccətül-islam cənab Qiraəti, bu böyük ilahi  tofiqin qədrini bilin, bu düz xəttdə sabitqədəm olun və bilin – necə ki bilirsiz –  Allah səbr edənlər və sabitqədəmlərlədir.” (Maide/leader)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..