Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Oktyabr 10:12
Şərh Yoxdur
3523

Ayətullah Şahabadi: “İmam Zaman ağanın (ə.f) zühuru – Allahın Quranda verdiyi vədəsidir”

Məhdəviyyatla bağlı konfransda Ayətullah Şahabadi buyurmuşdur: “Qurani-Kərimin verdiyi ali təlimlər əsasında dərk edirik ki, bu dünyanın bütün çətinlikləri və müşkilləri bir gün sona çatacaqdır. Daha yaxşı şərait yaranacaqdır.

 

“Allah sizdən (müsəlmanlardan) iman gətirib yaxşı işlər görən kəslərə vəd etmişdir ki, onları mütləq özlərindən qabaq olmuşları (Nuhun, Hudun, Salehin və Yunusun qövmlərinin möminlərini) canişin etdiyi kimi, yer üzündə (Öz) canişin(i) və hakim edəcək, onlar üçün bəyəndiyi dini (İslam dinini) mütləq, onlar üçün bərqərar edərək möhkəmləndirəcək və onların halını şübhəsiz, qorxu və vahimədən sonra əmin-amanlıq və xatircəmliklə əvəz edəcəkdir. Belə ki, yalnız Mənə ibadət etsinlər və heç nəyi Mənə şərik qoşmasınlar. Kim bundan (bu böyük nemətdən) sonra nankorluq etsə, belələri doğrudan da itaətsizdirlər”. (“Nur” 55).

 

Allah Təala bu ayədə vədə vermişdir ki, zülm və müşküllər sona çatacaqdır və yer üzərində saleh insanlar hakim olacaqdır. Mühüm olan odur ki, Quranın bizlərə verdiyi bu vədələrə qarşı lazımlı diqqətə malik olaq. Onlara qəlbən inanaq. Qəlbin bu həqiqətə inanması çox mühümdür.

 

Əgər bu inancda olsaq, bu vədələr mütləq bir gün həyata keçəcəkdir. İnsan daha çox ümidlə gələcəyə doğru hərəkət edəcəkdir. İmam Zaman ağanın (ə.f) zühuru Allahın verdiyi vədələrdən biridir ki, həyata keçəcəkdir.

 

Əgər Allah yer üzərində həmişə salehlərin hakim olmasını istəsəydi, bu qədər zaman keçməsinə heç ehtiyac qalmazdı. Ancaq bu yolla haqqın qədrini bilmək olar. İnsan inanar ki, bir gün bu zülm sona çatacaq və haqq batilə qalib gələcəkdir. Gün gələcəkdir ki, haqq günəş kimi doğacaq və batil batacaq və yox olacaqdır.

 

Hədislərimizin buyurduğuna görə, İmam Zaman ağanın (ə.f) hökuməti Həzrət Süleymanın (ə) və Həzrət Davudun (ə) hökumətinə bənzəyəcəkdir. Əgər İmam Zaman ağanın (ə.f) hökumətini dərk etmək istəyiriksə, gərək Quranda Həzrət Süleyman (ə) və Həzrət Davud (ə) haqqında deyilənlərə nəzər salaq.

 

Əgər Qurana söykənsək, zülmü aradan aparar və imanımızı kamil edərik. Bu yolla da İmamın (ə.f) zühuru üçün zəminələri hazırlamış olarıq”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..