Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
4 Noyabr 14:05
Şərh Yoxdur
3969

Ayətullah Məkarim Şirazi İmam Zaman ağanın (ə.f) zühurunun müqəddiməsi barədə

Ayətullah Məkarim Şirazi Həzrət İmam Zamanın (ə.f) inqilabında əmr-be-mərufun və nəhy-əz-munkərin yeri barəsində buyurmuşdur: “İnsan ictimai bir varlıqdır. İnzivadan və təklikdən həmişə qaçır. İnsanın ictimai varlıq olmasının bir çox müsbət tərəfləri vardır ki, onlardan biri də müştərək hədəfə çatmaq üçün edilən həmrəylikdir. İnsan cəmiyyətində bəzən fərdi təhlükələr ictimai təhlükələrə çevrilir. Əgər çarə düşünülməzsə, cəmiyyət təhlükə altına düşər. Bəli, bir çox fəsadlar qorxulu bir xəstəlik kimi çox sayda insana ziyan vurar. Ona görə də cəmiyyətin heç bir fərdi gərək o biri fərdin rəftarına biganə qalmasın.

Həzrət Peyğəmbər (s) buyurur: “İnsanların arasında olan bir günahkar şəxs ona bənzəyir ki, bir dəstə insanla gəmiyə minmişdir və dənizin ortasında qərar tutan zaman baltanı götürüb əyləşdiyi yeri deşməyə çalışar. Nə zaman ona etiraz etsələr, cavabında deyər ki, mən öz payıma düşəni ələ keçirmişəm. Əgər bir başqası onu bu işdən çəkindirməsə, bir müddətdən sonra dənizin suyu gəmiyə dolacaqdır və hamı dənizdə qərq olacaqdır”.

Həzrət Peyğəmbər (s) bu maraqlı misalı çəkərək əmr-be-mərufun və nəhy-əz-munkərin nə qədər əhəmiyyətli olduğunu bizlərə çatdırmağa çalışmışdır. Hər bir insan həm özünün və həm də başqalarının əməllərinə görə məsuldur.

Əgər İslami mənbələrə nəzər salsaq görərik ki, həlak olmuş millətlərin çoxu məhz bu vacibatı yerinə yetirmədiklərinə görə məhv olmuşdular. Allah Təala Qurani-Kərimdə buyurur: “Bəs nə üçün sizdən qabaqkı insan cəmiyyətlərindən (məsələn Nuhun, Hudun, Salehin və Lutun qövmlərindən)onların xilas etdiyimiz az bir qismindən (peyğəmbərlər və onların ardıcıllarından) başqa(insanları) yer üzündə fəsad törətməkdən çəkindirən ağıl və düşüncə sahibləri olmadı (ki, onlar da o cür əzaba düçar olmayaydılar)?”. (“Hud” 116).

Hər kəs çalışmalıdır ki, bacardığı qədər cəmiyyəti islah etmək üçün səy göstərsin. Əgər bu məsuliyyət hissi aradan gedərsə və insanlar bir-birinə qarşı laqeyd olarsa, fəsad və zülm tez bir zamanda hər yeri bürüyər.

İmam Rza (ə) bu barədə xəbərdarlıq etmiş və buyurmuşdur: “Əgər əmr-be-mərufu və nəhy-əz-munkəri tərk etsəniz, pis əməl sahibi sizə hakim olacaqdır. Hər nə qədər dua etsəniz, yerinə yetməyəcəkdir”.

İmam Hüseyn (ə) öz qiyamının hədəfini belə bəyan etmişdir: “Məgər görmürsünüz ki, haqqa əməl olunmur və batilin qarşısı alınmır?! Belə bir şəraitdə möminə lazımdır ki, (qiyam etsin) və Allahla görüşə məftun olsun. Mən sadəcə cəddimin ümmətini islah etmək üçün qalxmışam və istəyirəm ki, əmr-be-məruf və nəhy-əz-munkər edəm. Mənim hərəkətim cəddimin və atam Əli ibn Əbutalibin (ə) sünnəti əsasındadır”.

Bu mübarizə İmam Zaman ağanın (ə.f) dövrünə qədər davam edəcəkdir. Həzrət Peyğəmbər (s) bu haqda buyurur: “Elə bir zaman gəlib çatacaqdır ki, insanlar əmr-be-məruf və nəhy-əz-munkər etməyəcəklər. Ondan da pisi elə bir zaman gələcəkdir ki, insanlar pisliyə əmr edəcək və yaxşılıqlardan çəkindirəcəklər. Hətta elə bir zaman gələcəkdir ki, insanlar mərufu münkər və münkəri isə məruf kimi görərlər”.

Ona görə də demək olar ki, yol – həmin yol və sünnət – həmin sünnətdir. Hər bir şərəfli insan bilməlidir ki, əgər çirkin əməllər qarşısında sükut edərsə, iş o yerə gəlib çatacaqdır ki, yaxşılıqlar yerini pisliklərə verəcəkdir. Hər bir insan öz vəzifəsini tanımalıdır və ona bacardığı qədər əməl etməlidir. Sonra başqalarını doğruluqlara dəvət etməlidir. Nalayiq işlərdən çəkindirməlidir. Əgər belə olarsa, İmam Zaman ağanın (ə.f) zühurunun zəminələri meydana gələr və Mövlanın (ə.f) inqilabının müqəddimələrini hazır etmiş olar”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..

“Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumə (ə.s.)

1. Adı və ləqəbi: Həzrət Məsumənin (s.ə) adı Fatimədir. Məsumə onun məşhur ləqəbidir ki, təqva sahibi olduğundan İmam Kazimin (ə) qızları arasında... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri ilində, altmış beş yaşında... Davamı..

Cismlərinin qidalanmasında ciddi və diqqətlidirlər, amma…

İmam Həsən (ə) buyurmuşdur: عَجَبٌ لِمَنْ يَتَفَكَّرُ في مَأكُولِهِ كَيْفَ لا يَتَفَكَّرُ في مَعْقُولِهِ فَيُجَنِّبُ بَتْنَهُ ما يُوْذِيهِ وَيُودِعُ صَدْرَهُ ما يُرْدِيهِ... Davamı..

Yarışın finalı

İmam Həsəni-Müctəba (ə) FİTR bayramı günü oynayan, zarafatlaşan və gülən bir qrup insanı görərkən buyurdu: إنّ اللّه جعل شهر رمضان مضمارا لخلقه،... Davamı..

Bu gün həzrət Muhəmmədin (s) və İmam Sadiqin (ə) mövlud günüdür – Mövlud gününün əməlləri

Bu gün hicri qəməri təqvimi ilə rəbiul-əvvəl ayının 17-si əziz İslam Peyğəmbəri həzrət Muhəmməd (s) və altıncı İmam Cəfər Sadiqin (ə) mövlud... Davamı..

Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır

Həzrət (s) ibadətin mərhələlərini bəyan edərək buyurur: “Ey Əbuzər, bil ki, Allaha ibadətin birinci mərhələsi Onu tanımaqdır. O, hər şeydən əvvəldir. Ondan... Davamı..

Bu gün İmam Həsən Әsgərinin (ə) şəhadət günüdür

O, on birinci İmam və Əhli-Beyt (ə) davamçılarının rəhbəri idi. Varlığının həyat çırağı 28 il tufanlı burulğanlardan sonra söndü. İmam Həsən Əsgərinin... Davamı..