Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Oktyabr 15:40
Şərh Yoxdur
3283

Ayətullah Məkarim Şirazi: “Aşura, bütün nəsilləri hidayət etmək üçün aydın bir məktəbdir”

Ayətullah Məkarim Şirazi Aşura günündə zöhr və əsr namazını Hüseyniyyədə camaatla qılandan sonra buyurmuşdur: “Tarixi hadisələrin xüsusiyyəti adətən belə olur ki, zaman keçdikcə rəngləşir və unudulur. Ancaq bir hadisə bu qaydadan istisnadır.

Aşura hadisəsindən təxminən 1400 il keçir, ancaq unudulmir, əksinə, hər il əzəməti daha da artır. Allah Təala Quranda buyurur: “Həmçinin(ocaqlarda) zinət və bəzək əşyaları və ya yaşayış vasitələri əldə etmək məqsədilə üzərində od yandırılan şeydə də (mədənlərin qarışıq torpağında da) selin köpüyü kimi köpük vardır. Allah haqq ilə batili belə misal çəkir (həqiqətlər su və filizlər, batillər isə onların köpükləridir). Amma o köpük bir kənara gedərək məhv olur, (sular və ərimiş filizlər kimi) insanlara fayda verən şey isə yerdə qalır. Allah misalları belə çəkir”. (“Rəd” 17).

Allah Təala bu ayədə buyurur ki, batil şeylər – suyun üzərində olan köpüyə bənzəyir və heç bir faydası yoxdur. Ona görə də tez aradan gedər. Ancaq su bərəkət və abadlığa səbəb olar və daima hərəkət edər. Onun qoyduğu təsirlər də qalıcıdır. İmam Hüseyn (ə) məktəbi də faydalıdır və elə bir məktəbdir ki, hər kəs ondan istifadə edə bilər. Onun vasitəsilə öz yolunu tapa bilər.

Bu maddi dünya – aradan gedən dünyadır və hər nə ona aiddirsə, o da aradan gedir. Ancaq Allahın zatı əbədi və cavidandır və hər kim Ona aid olar və Onunla rabitədə olar – qalıcıdır. Aşura məktəbi Allahla bağlıdır və o, Allah üçün vuruşmuşdur. Allah üçün şəhid olmuş və əsir düşmüşdür. O zaman ki, su damcısı tək olar – bir meh ilə aradan gedər. Ancaq əgər dənizə qoşularsa, heç bir zaman məhv olmaz”. (Həvzəh/Deyerler)

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..