Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Fevral 12:19
Şərh Yoxdur
3674

Ayətullah Gülpayiqani: “Əgər Həzrət Zəhranın (s.ə) xütbəsi olmasaydı, heç kim Əhli-beyti (ə) tanımazdı”

Ayətullah Safi Gülpayiqani “Vilayəti müdafiənin rolu” simpoziumunda buyurmuşdur: “Bizim dilimiz Həzrət Zəhra (s.ə) şəxsiyyətini bəyan etməkdə acizdir. Peyğəmbərin (s) Həzrət Zəhra (s.ə) haqqında buyurduğu: “Fatimə məndəndir” kəlməsi dəfələrlə müxtəlif şəkillərdə təkrar edilmişdir. Həzrət Rəsul (s) çox sayda hədislərində Həzrət Siddiqənin (s.ə) şəxsiyyət və məqamına işarə etmişdir. Həzrət (s) buyurur: “Fatimə məndəndir və insanların arasında olan ən gözəl ülgüdür”. (Həvzəh/Deyerler)

Həzrət Fatimənin (s.ə) Fədək xütbəsində dedikləri elə sözlər deyildi ki, onun yazılması üçün saatlar sərf edilsin. Bu sözlər bədahətən deyilirdi. Bu da Həzrət Siddiqənin (s.ə) dəyərli elminin göstəricisidir. İnsan hər nə qədər natiqlikdə güclü olarsa, yenə də bu cür danışa bilməz. Bu Həzrətin (s.ə) tək xütbəsi deyildi. Həzrət Zəhra (s.ə) məscidə getmək istəyəndə əzəmətlə gedirdi və ətrafında mömin qadınlar onu əhatə edirdilər. O, məscidə gəlir və iftixarla bu nurani xütbəsini söyləyir. Həzrət Zəhra (s.ə) dünyadan əl çəkmiş və Allaha bağlanmışdır. Bu xüsusiyyət bütün Əhli-beytin (ə) vücudunda vardı. Biz də gərək iftixarla bu insanların ardınca gedək. Həzrət Zəhra (s.ə) xütbəsində İslam maarifini bəyan etmişdi. Həzrət o zaman hiss edir ki, din və İslami dəyərlər hifz edilməlidir, bu xütbəni gözəl şəkildə yerinə yetirdi. Əgər bu xütbə olmasaydı, heç kim Əmirəl-mömini (ə), Əhli-beyti (ə) və hətta Vəliyyi-Əsri (ə) tanımazdı.

Dünyada İslam maarifini tanıdan mənbələr içərisində Əhli-beyt (ə) məktəbindən daha kamili yoxdur. İslam bizim bu günümüzə aid olmamışdan qabaq gələcəyimiz üçün proqramı qurmuşdu. Dünya hər nə qədər irəliləyərsə, yenə də görürük ki, İslam irəlidədir”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı hədis məcmuəsində (c.2, s.446, hədis: 648) belə yazır:... Davamı..

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ

ÜMMÜL-FƏZLİN YUXUSU VƏ ONUN TƏBİRİ   İbn Səd «Təbəqat» kitabında Abdulla ibn Bəkr ibn Həbib Səhmidən, o isə Hatəm ibn Sənədən belə... Davamı..

İMAM KAZİMİN (Ə) HƏYATI

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür

 İmam Əliyyən Nəqinin (ə) mövlud günüdür   İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət... Davamı..

İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür

7 zil-hiccə – İmam Məhəmməd Baqirin (ə) şəhadət günüdür   Beşinci imam “Baqir” ləqəbilə tanınan Muhəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

İmam Cavadın (ə) şəhadət günüdür

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

İmam Rzanın (ə) həyatı

İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və atası İmam Kazim (ə) (183-cü... Davamı..