Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 Yanvar 15:31
Şərh Yoxdur
2101

Ayətullah Cavadi Amuli: “Ən böyük təhlükə insanın abrının getməsidir”

Ayətullah Cavadi Amuli buyurur: Əgər bir kəs dünyada rüsvay olsa, heç kəsin onu görməməsi üçün divarın, ya ağacın arxasında, dərədə, ya dağın ətəyində gizlənə bilər. Lakin Qiyamət günü Haqqın qarşısında həqiqət aşkar olduqda, daha gizlənməyə nə dərə olacaq, nə dağ.

Qurani-Kərimdə deyilir ki, Peyğəmbərdən (s) Allahın Qiyamət günü bu dağları nə edəcəyi barədə soruşurlar:

وَيَسْأَلُونَكَ عَنِ الْجِبَالِ فَقُلْ يَنْسِفُهَا رَبِّي نَسْفًافَيَذَرُهَا قَاعًا صَفْصَفًا لَا تَرَىٰ فِيهَا عِوَجًا وَلَا أَمْتًا

“Səndən dağlar barəsində soruşurlar. De: «Rəbbim onları küləyə verəcəkdir». Beləliklə, bunu hamar, dümdüz və bomboş hala salacaqdır. Belə ki, onda heç bir hündür-alçaqlıq görməzsən”.[1]

 

Yəni o zaman gizlənmək üçün dağ, təpə qalmayacaq. Məhşər əhlinin də gözü iti olar, istədikləri yeri görərlər:

فَبَصَرُكَ الْيَوْمَ حَدِيدٌ

“Bu gün gözün iti görür”.[2]

 

Utanan insan özünü necə gizlədə bilər? Ömrünü şər-böhtanla başa vurmuş kəs, sirr pərdələri götürülən zaman başqalarının qarşısında nə edəcək? Deməli ən böyük təhlükə insanın abrının getməsidir.

Allah-Təala Peyğəmbər (s) və möminləri tərif edərkən buyurur:

يَوْمَ لَا يُخْزِي اللَّهُ النَّبِيَّ وَالَّذِينَ آمَنُوا مَعَهُ ۖ نُورُهُمْ يَسْعَىٰ بَيْنَ أَيْدِيهِمْ وَبِأَيْمَانِهِمْ يَقُولُونَ رَبَّنَا أَتْمِمْ لَنَا نُورَنَا وَاغْفِرْ لَنَا ۖ إِنَّكَ عَلَىٰ كُلِّ شَيْءٍ قَدِيرٌ

“Elə bir gündə Allah, Peyğəmbəri və onunla birgə iman gətirənləri xar etməz. Onların nuru qəbirdən önlərində və sağ tərəflərində hərəkət etməkdədir. Deyərlər: «Ey Rəbbimiz, bizim nurumuzu tamam-kamal et və bizi bağışla. Sən hər şeyə qadirsən!”[3]

 

Qiyamət elə bir gündür ki, Allah Peyğəmbərin (s) və onun ardıcılların abrını qoruyar. Burada məlum  Allah Peyğəmbərin (s) əzəmətini bəyan edərək buyurur ki, o gün Peyğəmbər (s) və möminlərin abrı qorunar. Allah onları xar etməz. Başqalarının abrı isə aradan gedər.

Görəsən bizim zahirimizdə olan batinimizdə də vardırmı? Yoxsa zahirdə etmədiklərimizi xəlvətdə edirik? Haqqımızda zahirlə batinin bir ölma gücü var? O gün rüsvayçılıq günü olacaq. Bundan pis nə olə bilər? İnsan yanmağa dözər, əzaba səbr edər, lakin abrının getməsinə bir an qatlana bilməz. Ona görə də Qiyamət əzabından söz düşəndə ağıl sahibləri deyərlər:

رَبَّنَا إِنَّكَ مَنْ تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ

“Ey Rəbbimiz! Şübhəsiz, Sən oda daxil etdiyin hər bir kəsi, mütləq xar və rusvay etmisən”.[4]

Cəhənnəmdə yanmaq ağır olsa də abrın getməsi də çox mühüm məsələdir.

 

www.ahliman.info

[1] «Taha» surəsi, ayə 105-107.

[2] «Qaf» surəsi, ayə 22.

[3] «Təhrim» surəsi, ayə  8.

[4] «Ali-İmran» surəsi, ayə 192.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..