Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Avqust 10:54
Şərh Yoxdur
4452

Ayətullah Amuli: “Namaz qılanlar Qiyamətə imanı olanlardır”

Ayətullah Cavadi Amuli buyurur:

“Namaz qılanlar Qiyamətə imanı olanlardır. Çünki məadı xatırlamaq insanı pak edər. İnsanın bütün çətinlikləri Qiyaməti unutduğuna görədir.

وَالَّذِينَ يُصَدِّقُونَ بِيَوْمِ الدِّينِ

“O kəslər ki, cəza gününü təsdiq edərlər”.[1]

 

Quran fəsad əhlinin fəsadlarını sayarkən buyurur:

لَهُمْ عَذَابٌ شَدِيدٌ بِمَا نَسُوا يَوْمَ الْحِسَابِ

“Şübhəsiz, Allahın yolundan azanlar üçün hesab gününü unutmalarının müqabilində şiddətli əzab vardır”.[2]

 

Onlar hesab gününü unutduqlarına görə əzaba duçar olarlar. Namaz qılan Qiyaməti unutmaz, ona imanı olar:

وَالَّذِينَ هُمْ مِنْ عَذَابِ رَبِّهِمْ مُشْفِقُونَ

“O kəslər ki, öz Rəbbinin əzabından qorxarlar”.[3]

 

Namaz insanı Qiyamət gününə görə qorxudar və məadı xatırlatmaqla xəbərdar edər:

إِنَّ عَذَابَ رَبِّهِمْ غَيْرُ مَأْمُونٍ

“Çünki, Rəbbinin əzabından arxayınçılıq yoxdur”.[4]

 

İlahi əzabdan kim amanda qala bilər? İnsanın əlində buna görə zəmanət kağızı vardırmı?

Həzrət Peyğəmbər (s) buyurur: “Bilin! Allah-Təala – insanların aləmlərin Rəbbi qarşısında duraçaqları gün – namaz qılanlara və səcdə edənlərə əzab verməyəcəyinə, cəhənnəmdə yandırmayacağına öz izzətinə and içib”.[5]

 

Hamının qorxacağı gün namaz qılan və səcdə edənlər qorxmazlar. Çünki cəhənnəm odununun səsini eşitməzlər:

لَا يَسْمَعُونَ حَسِيسَهَا

“Onlar onun uğultusunu belə eşitməzlər”.[6]

 

İmam Sadiq (ə) buyurur: “Namaza başlayarkən sonuncu dəfə namaz qılan kimi namaz qılın. Ola bilər ki, əcəl sizə növbəti namaza çatmağa möhlət verməsin””.[7]

 

www.ahliman.info

[1] «Məaric» surəsi, ayə 26.

[2] «Sad» surəsi, ayə 26.

[3] «Məaric» surəsi, ayə 27.

[4] «Məaric» surəsi, ayə 28.

[5] «Ərbəin» Şeyx Bəhai, hədis 9.

[6] «Ənbiya» surəsi, ayə 102.

[7] «Əmali» Şeyx Müfid səh. 212.

Digər “Mənəviyyat ” Xəbərləri

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..