Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Aprel 11:34
Şərh Yoxdur
830

Ayətullah Amuli: “İnsan müqəddimələri keçməsə, ramazan ayının əzəmətinə yol tapa bilməz”

Ayətullah Cavadi Amuli buyurur:

İmam Rza (ə) atalarından, onlar da Həzrət Əlidən (ə) nəql edir. Bir gün Peyğəmbər (s) bir xütbə oxudu və xütbəsində buyurdu: «Ey insanlar! Allah ayı sizə tərəf gəlir».[1]

Bu ayda oruc vacib olduğu üçün və oruc Allah əmrinə əsasən tutulduğundan ramazan ayına «Allah ayı» deyilir. Belə ki, rəcəb ayı «Vilayət ayı», Şaban ayı isə «Nübuvvət və risalət ayı» adlanır. Rəcəb ayının dualarında Allahdan ramazan ayının ibadəti üçün tovfiq istənilir ki, rəcəb ayından başlayaraq orucluğa hazırlıq olsun. İnsan müqəddimələri keçməsə, ramazan ayının əzəmətinə yol tapa bilməz.

Rəvayətlərdə deyilir: «Ramazan gəldi, ramazan getdi» deməyin! Ramazan ayı gəldi, ramazan ayı getdi» deyin! Çünki «Ramazan» Allahın adlarından biridir».[2]

Ramazan ayı həqiqətlə Allah ayıdır. Əgər insan Allah ayında Allahla qovuşmasa, orucun bətininə çatmayıb. O, sadəcə zahirən oruc tutub. Ona veriləcək mükafat da həmin zahiri orucuna görə olacaq.

Peyğəmbər (s) xütbəsini belə davam edir: «Allah ayı bərəkət, rəhmət və məğfirətlə sizə doğru gəlir. Diqqətli olun və onu qarşılayın! Hazır olun ki, onu doğru dərk edəsiniz».

Bərəkət davamlı və qalıcı xeyirdir. Səhrada suyun toplaşdığı dərələrə «bərəkə» deyilir. Bu ay bərəkət, rəhmət, məğfirətlə doludur. Rəhmət və məğfirət təkcə günahların bağışlanması deyil. Allahın vəd etdiyi ali dərəcələri də rəhmət adlanır. Əlbəttə, xüsusi rəhmət möminlərə məxsusdur:

 

إِنَّ رَحْمَتَ اللَّهِ قَرِيبٌ مِنَ الْمُحْسِنِينَ

«Həqiqətən Allahın rəhməti yaxşılara və yaxşılıq edənlərə yaxındır».[3]

Mübarək ramazan ayında belə bir rəhməti əldə etmək asandır.

Həzrət (s) sonra buyurur: «Bu ay Allah yanında ayların ən fəzilətlisidir».

Allah-Təala bu ay üçün xüsusi fəzilət təyin etmişdir. Təqvalı insan Allah yanında hörmətli olduğu kimi bərəkət, rəhmət və məğfirətli çox olan ay da Allah yanında daha fəzilətlidir.

Mübarək ramazan ayında iki göstəriş vardır:

Ümumi göstəriş. İnsan bütün ayı bir əməl hesab edib niyyət etməlidir. Yəni ayın birinci gecəsində bu ayı sonuna qədər oruc tutacağına qəsd edə bilər.

Xüsusi göstəriş. Ümumi niyyətdən əlavə hər günü müstəqil və ayrı-ayrılıqda bir vəzifə hesab etməlidir. «Onun günləri ən fəzilətli günlər, gecələri ən fəzilətli gecələrdir».

Mübarək ramazan ayının bütün günləri ilin digər günlərindən daha fəzilətlidir. Həmçinin, ayın bütün gecələri ilin digər gecələrindən fəzilətlidir. «Bu ayın saatları (ləhzələri) digərlərindən daha üstündür».

Saat dedikdə bu ayın hər anı nəzərdə tutulur ki, bu anlar ilin digər anlarından daha fəzilətlidir.

Həzrətin (s) «Allahın ayı sizə tərəf gəlir» dediyi söz, Allahın «Oruc Mənə məxsusdur» buyurduğu sözə çox münasibdir. Əgər oruc Allaha məxsusdursa, deməli, bu ay Allah ayıdır. Buna görə də bu ay təkcə orucun Allaha məxsus olduğu ay deyil, həm də bu ayın səhər duaları və digər ibadətləri Allaha məxsusdur. Çünki bu ay başdan-başa Allah ayıdır. Ay Allah ayıdırsa, orada olan hər şey, gecə və səhər oxunan dualar, ibadətlər və oruc bütövlükdə Allaha məxsus olacaq.

 

www.ahliman.info

[1] «Ərbəin» Şeyx Bəhai, hədis 179.

[2] «Nurus-səqaleyn» təfsiri cild 1, səh. 166.

[3] «Əraf» surəsi, ayə 56.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..