Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Fevral 13:40
Şərh Yoxdur
1415

Ayətullah Yəzdi: “Təqlid məsumların rəy və baxışına yaxınlaşmaq üçün zəruri şərtdir”

Ayətullah Misbah Yəzdi buyurur: Dini vəzifələrimizə və şəri hökmlərə münasibətdə Peyğəmbər (s) və Əhli-beytin (ə) yolunu izləyən bizlər həqiqi İslam maarifindən faydalanmaq istəyindəyik. Təqlid məsumların rəy və baxışına yaxınlaşmaq üçün zəruri şərtdir. “Hər kəs öz rəyini meyar götürməlidir” kimi şeytani şübhələr bizim üçün qəbulolunmazdır. Öncə prinsipial olaraq təqlid mövzusunu araşdırmalı, təqlidin düşüncə və fitrət, Quran və sünnə baxımından təsdiqlənən bir həqiqət olduğuna inanıb təqlid dairəsini müəyyənləşdirməliyik. Təyin etməliyik ki, hansı hallarda təqlid olar, hansı hallarda olmaz. Təqlid mövzusunu araşdırarkən zaman və məkan məhdudiyyətlərini nəzərdən qaçırmamalıyıq. Bəzi dini hökmlər və göstərişlər üçün zaman və məkan məhdudiyyətləri vardır. Məsələn, geyim məsələsində isti məntəqələrdə yaşayan insan soyuq məntəqələrdəki insanlara, soyuq məntəqədə yaşayan insanlar isti məntəqədə yaşayan insanlara təqlid edə bilməz. Bu onların sağlamlığı üçün təhlükəlidir.

İslam peyğəmbəri isti havalı hicazda yaşadığından həmin iqlimə uyğun geyinmişdir. Təbii ki, soyuq məntəqədə yaşayan insan “peyğəmbərə təqlid edirəm” deyib eyni libasları geyinə bilməz. Hətta təqlidin düzgün olduğu hallarda onun mütləq olub-olmadığı, zaman və məkan kimi müəyyən şərtlərdən asılılığı öyrənilməlidir. Bəzən danışıqda da müəyyən qeydlər edilir. Bu qeydlərdən aydın olur ki, öyrənilən söz nəzərdə tutulmayan bir hala aid ola bilər. Eyni zamanda söz şərti rəftara şamil olunmur. Çünki rəftar danışıqdan fərqlidir. Rəftarla bağılı qeydlər “ləbbi” və ya “məqami” səciyyələrə malikdir. Bəzən danışıq üçün də uyğun şərtlər özünü doğruldur.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..