Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Aprel 10:00
Şərh Yoxdur
5515

Ayətullah Seyyid Əli Xameneinin namazla bağlı tövsiyələri

Ayətullahul-üzma Seyyid Əli Xameneinin namazla bağlı tövsiyələrinə nəzər salaq.

“Qəlbinizi Allaha bağlayın. Yolu isə müqəddəs dinimizdə açıqdır. Siz dağın başında olan qalaya aşağıdan baxırsınız. Görürsünüz ki, orada kimlərsə var. Bu cür təsəvvür etməyin ki, onların qanadlar var və uçub gediblər. Xeyr, onlar sənin ayağının altında olan yoldan irəli gediblər və oraya çatıblar. Xəyal etməyin ki, qeyri-adi bir hərəkətlə o qalaya çatmaq olar. Xeyr, o qalada müşahidə etdikləriniz həmin bu yoldan keçib gedənlərdir.

Bəs bu yol hansıdır? İlk növbədə günahı tərk etməkdir ki, demək asandır, ancaq əməl etməsi çətin. Ancaq qaçılmazdır.

Yalan danışmaq, xəyanət, hər cür şəhvətdən çəkinmək, günahdan çəkinmək – bu yolun ən mühüm addımıdır. Günahı tərk edəndən sonra isə vacibata əməl etməkdir ki, hamısından mühüm olanı namazdır. İnsanın bütün işi namazdan asılıdır. Namazı vaxtında qılın. Diqqət və qəlb hüzuru ilə qılın”.

 

Xeyir işə görə xəcalət çəkməyin

“Heç bir mömin xeyr işi xəcalət çəkdiyi üçün tərk etməməlidir. Bəziləri deyir: “Niyə filan yerdə namazınızı əvvəl vaxtda qılmadınız?”. Deyirsiniz ki, xəcalət çəkdim. Həya üzündən heç bir xeyir işi tərk etməyin”.

 

Harada olursansa-ol, namazı əvvəl vaxtda qıl

“Hansısa elmi müəssisədə, elmi mərkəzdə, filan institutda işləmək insanı namazı əvvəli vaxtda qılmaqdan çəkindirməməlidir. Diqqət və qəlb hüzuru ilə yerinə yetirməlidir. Bu sizin qəlbinizi yuyar. Siz cavansınız və qəlbləriniz nuranidir”.

 

Dua və namazın ruhu

“Cavan tələbələr üçün dini maarif öyrənmək, Allaha təvəssül etmək, İmamlara (ə) təvəssül etmək, “Ərəfə” duasını oxumaq, etikaf mərasimini təşkil etmək, camaat namaz qılmaq çox yaxşıdır. Dini mərasimlərdə, mərasimin ruhuna diqqət edin. Ancaq zahiri olmasın, insan şeir oxusun, göz yaşı töksün. Dua və namazın ruhu budur ki, Allahla rabitə qurasan, mənəviyyatdan bəhrələnəsən, ruhunu pak edəsən, zehni vəsvəsədən uzaq olasan, namazı əvvəl vaxtda qılasan. Ancaq zahirə diqqət etmək böyük eybdir. Ehtiyatlı olun ki, bu eybə düçar olmayasınız”.

“Namazı diqqətlə qılmaq, əvvəl vaxtda qılmaq, qəlb hüzuru ilə qılmaq çox təsir qoyur”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..