Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Mart 12:10
Şərh Yoxdur
9515

Ayətullah Müctehidi Tehrani: “Əgər dünya və axirət istəyirsən, əgər ruzi, sərvət istəyirsənsə…”

Mərhum Ayətullah Müctehidi Tehrani buyurmuşdur: “Mən çox alim, arif görmüşəm, İmam Xomeynidən tutmuş  Ayətullah Bürucerdi, Ayətullah Şahabadi, Ayətullah Hairiyə qədər. Əgər onların nəsihətlərinin hamısını xülasələşdirib bir cümlədə vermək istəsəm belə deyərdim. Ey insan, əgər dünya və axirət istəyirsən, əgər ruzi, sərvət istəyirsən, bir sözlə, hər şey istəyirsənsə namazı öz vaxtında qıl. Namazı təxirə salma.

Bəzi insanların qarınları Allahları olub. Bəziləri namaz vaxtı evdə oturub nahar edirlər və namazı xatırlamırlar. O kəslər ki, namazını əvvəl vaxtı qılmır, namazı onları bəd dua edir və deyir ki,  necə məni zay etdin,  elə də Allah səni zay etsin. Elə bu səbəbdəndir ki, həmin şəxslər həmişə giriftarçılıq içərisində olarlar. Həmişə də soruşarlar ki, ağa mən nə edirəm alınmır. Çünki namazı əvvəl vaxtı qılmırsan. Alimdən soruşdular ki, niyə nə iş görürük səmərə vermir? Cavabında buyurdu ki, çünki namazı əvvəl vaxtı qılmırsınız və namazınız da sizi bəd dua edir. Ustadımız mərhum Bürhan 65 il əvvəl minbərdə belə bir söz dedi ki, hələ də xatirimdədir. “O şəxs ki, Məğrib namazını o qədər gec qıla ki, göy üzərini ulduzlar örtə, məlundur”. Məhz buna görə Ayətullah Mərəşi Nəcəfi Şam azanı verilən kimi namaza tez başlayardı ki, göy üzünü ulduzlar örtməsin. Sübh namazı da eyni cürdür. Hər kim Sübh namazını o qədər gec qıla ki, ulduzlar yoxa çıxsın, məlundur. Bəli, iki nəfər məlundur; Şam namazını o qədər gec qılan kəs ki, ulduzlar göyü örtmüş olsun və sübh namazını o qədər gec qılan ki, ulduzlar artıq görsənməsin. Hər ikisi məlundur. Yəni Allahın rəhmətindən uzaqdırlar”.

 

Ayətullah Behcətin (r) ustadı Əllamə Qazi də tələbələrinə namazı vaxtında qılmağı tövsiyə edərmiş. Ayətullah Behcəti ağa buyurub: “Əllamə Qazi deyəndə namazı vaxtında qılın hər şeyi əldə edərsiniz, daha yaxşı qılın, demədi. Yəni keyfiyyətini şərt etmədi. Yalnız dedi vaxtında qılın düzələcək.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..