Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
20 İyun 16:15
Şərh Yoxdur
5233

Ayətullah Kəşmiri: “Dediyi kimi etdim və ilk tikəni ağzıma aparan kimi, bərzəx gözüm bağlandı…”

Ayətullah Seyyid Kərim Kəşmiri Əhli-beyt (ə) məktəbinin böyük alimlərindəndir. Alim təlim-tərbiyə ilə yanaşı, böyük əxlaq və ürfan müəllimi idi. Alimin xəttatlıq qabiliyyəti var idi və şairlik zövqü də gözəl idi. Alimin qeyb gözü açılmışdı və özü bu haqda buyurur: “Mən Nəcəfi-Əşrəf şəhərində İlahi övliyalarla olan yaxınlığım və nəfsimi tərbiyə etdiyim sayəsində bərzəx gözüm açılmışdı. İnsanların bərzəx simalarını görürdüm. Bir çox görkəmli insanlar ki, onlara xüsusi hörmətim var idi, xoşagəlməz bərzəx simasına malik idilər. Onları görən zaman çox əziyyət çəkirdim. Lakin bəzən elə insanlar olurdu ki, hövzə ilə, əxlaq və ürfanla əlaqələri olmurdu, ancaq çox gözəl bərzəx simasına malik olurdular. Ona görə də çalışırdım ki, cəmiyyət içinə az çıxım. (Tebyan/Deyerler)

Get-gedə bu hal məndə artmağa başladı və mən evdən bayıra çıxan zaman qorxurdum. Qorxurdum ki, hörmət etdiyim şəxsə gözüm sataşar və onu xoşagəlməz simada görərəm. Ona görə də çalışırdım ki, başımı yuxarı qaldırmayım. Bir gün xəlvətdə nəfsimi mühasibə edirdim və öz-özümə dedim: “Baxmayaraq ki, bərzəx gözümün açılmağına görə qəlb yəqinin mühüm mərhələsinə çatmışam, ancaq əvəzində bəzi insanlara qarşı nəzərim dəyişmişdir. Mənim onlara olan hüsnü-zənnim sui-zənnə çevrilmişdir. Bu, əxlaqi cəhətdən düzgün iş deyildir. Çünki mümkündür ki, bu insanların bərzəx siması bəzi əməllərinə görə gələcəkdə dəyişsin və mən onları hal-hazırkı simalarına görə qiymətləndirim”.

Ona görə də özümə çarə düşünməyə başladım. Qərara aldım ki, bəsirət əhlinə müraciət edərək, bu problemimi həll edim. Bir neçə gün keçdi və gözəl alimlərdən biri ki, Hindistanda yaşayırdı, İmam Əlini (ə) ziyarət etmək məqsədilə Nəcəfə gəldi.

Mən bir neçə il əvvəl onunla tanış olmuşdum və nurani simasından istifadə etmişdim. O gün ki, məni görməyə gəldi, ilk baxışda halımdan xəbərdar oldu. Mənə dedi: “Bərzəx gözünü əldə etmək çox çətindir. Onu əldən vermək isə çox asandır”.

Dedim: “Bu halı davam etdirməyə taqətim yoxdur”. Dedi: “Bu gün qəssaba get və dana əti al və de ki, onu açıq səma altında kabab etsinlər. Sonra da nuş et. Sənin problemin həll olacaqdır”. Dediyi kimi etdim və ilk tikəni ağzıma aparan kimi, bərzəx gözüm bağlandı. Mən də rahat nəfəs aldım”.

Bu böyük alim haqqında çox möcüzələr nəql edirlər. O cümlədən mərhum Qazi nəql edir: “Bir gün Hacı Seyyid Mürtəza Kəşmiri ilə bir yerdə Həzrət İmam Hüseyni (ə) ziyarət etmək üçün Nəcəfdən Kərbəlaya gedirdik. Əvvəl Beynul-hərəmeyn bazarında olan mədrəsələrin hücrələrinə daxil olduq. Bu hücrənin pilləkənləri var idi və Hacı Seyyid qabaqda gedirdi və mən də onun arxasınca hərəkət edirdim. Pilləkən qurtaran zaman hücrənin qapısına çatanda gördük ki, qapıda qıfıl vardır. Kəşmiri ağa mənə nəzər saldı və dedi: “Deyirlər ki, hər kim Musanın (ə) anasının adını bağlı qıfıla desə, açılar. Mənim anam Musanın (ə) anasından əskik deyildir”. Əlini qıfıla qoyub dedi: “Ya Fatimə!”. Açılmış qıfılı qarşıma qoydu və biz hücrəyə daxil olduq”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..