Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Fevral 09:55
Şərh Yoxdur
2048

Ayətullah Cavadi Amuli: “İnsanı Allaha çatmağa qoymayan onun dünyasıdır”

Ayətullah Cavadi Amuli buyurur: İnsanı Allaha yaxınlaşdıran yeganə cəhət dünya və təbiətdən pak olmaqdır. Çünki dünyaya bağlı olan insan Allaha çatmaz. İnsanı Allaha çatmağa qoymayan onun dünyasıdır, istər mal-dövlət olsun, istər məqam, istər də özünü sevmək.

Allah-Təala qüsl, dəstamaz və təyəmmümü bəyan edəndən sonra buyurur:

وَلَٰكِنْ يُرِيدُ لِيُطَهِّرَكُمْ

“Allah sizi paklaşdırmaq istəyir”.[1]

 

Yəni bu təharətin sirri sizin paklaşmağınızdır. İnsan pak olmayınca, pak olan Allah çatmaz. Allahın həm maddi, həm də ibadi cəhətdən təyin etdiyi bütün göstərişlərin sirri batinin paklanmasıdır. Bu təharət Allahın bəyəndiyi bir əməldir.

 

Allah-Təala buyurur:

لَمَسْجِدٌ أُسِّسَ عَلَى التَّقْوَىٰ مِنْ أَوَّلِ يَوْمٍ أَحَقُّ أَنْ تَقُومَ فِيهِ ۚ فِيهِ رِجَالٌ يُحِبُّونَ أَنْ يَتَطَهَّرُوا ۚ وَاللَّهُ يُحِبُّ الْمُطَّهِّرِينَ

“Şübhəsiz, ilk gündən təqva üzərində qurulmuş məscid sənin onda namaza durmağına daha laiqdir. Orada paklanmağı sevən kişilər vardır. Allah pakları sevir”.[2]

 

Bu paklanma (təharət) vəzifə deyil, bəyənilmiş bir əməl olduğu üçün istənilir. Onlar batinin paklığını istəyirlər. Əgər çalışıb təharətə nail olsalar, Allahın sevimlisi olarlar. O zaman dünyada onlarla müxlifət edə biləcək heç nə qalmaz.

Allahın sevimlisinə çevrilən insana yaradılış nizamının itaət etməməsi mümkün deyil. Çünki Allahın sevimlisi olan kəsin Allahın istədiyindən başqa istədiyi olmaz. Cahan başdan-başa ilahi istək qarşısında itaətkar olduğundan Allahın sevimlisinə də itaət edəcək. Allahın sevimlisi qalib olar. Şübhəsiz, heç bir amil ona zərər verə bilməz. Çünki bütün varlıq alımi Allahın qoşunudur:

وَلِلَّهِ جُنُودُ السَّمَاوَاتِ وَالْأَرْضِ

“Göylərin və yerin orduları Allaha məxsusudur”.[3]

 

Allah öz məhbubunu qoruyar və heç nə ona müsəllət ola bilməz.

 

www.ahliman.info

[1] «Maidə» surəsi, ayə 6.

[2] «Tövbə» surəsi, ayə 108.

[3] «Fəth» surəsi, ayə 4.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..