Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
26 İyul 09:28
Şərh Yoxdur
5006

Ayətullah Cavad Amuli: “Ölüm və qəbir məsələsi o qədər mühümdür ki, insanın bildikləri belə yadından çıxır”

Ayətullah Cavad Amuli təfsir dərsində buyurmuşdur: “Övlad və mal-dövlət bu dünyada olan zinətlərdir. Ancaq bunlar insanın zinəti deyildir. Quran ayələrinə nəzər salaraq, demək olar ki, iman, elm, ədəb və ağıl insanın zinətidir. İmam Kazım (ə) buyurmuşdur: “Bəşər əvvəllər yuxu görmürdü, sonradan görməyə başladı”.

Soruşurlar ki, bunun səbəbi nədir? Həzrət buyurur: “Allah Təala bir rəsul məbus edir, o, da insanları ibadət və itaətə dəvət edir. İnsanlar deyirlər ki, əgər sənin dəvətini yerinə yetirsək, bizim bu işdə xeyrimiz nə olacaqdır? Sənin mal və nəsil cəhətdən bizdən üstünlüyün yoxdur? Həmin peyğəmbər (ə) buyurur: “Əgər mənə itaət etsəniz, Allah sizi behiştə daxil edər. Əgər boyun qaçırsanız, cəhənnəmə daxil edər”. Dedilər ki, behiştlə cəhənnəm nədir? Peyğəmbər (ə) də behiştlə cəhənnəmi onlara başa saldı. Soruşdular: “Nə vaxt oraya gedəcəyik?” Buyurdu: “Ölən zaman”. Dedilər: “Biz ölülərimizi görürük ki, onlardan ancaq sümükləri qalır. Ona görə də peyğəmbəri inkar etdilər”.

Allah da yuxunu onlara göndərdi. İnsanlar peyğəmbərin (ə) yanına gəlib, bunun nə olduğunu soruşurlar. Buyurur ki, Allah Təala bu cür iradə etmişdir ki,  ruhunuzun necə olduğunu belə biləsiniz. Ölümdən sonra isə ruhunuz əzabda olacaqdır”.

Əgər insan çox yeyən olarsa, ruhunun bütün səyləri bu sahədə olacaqdır. Sanki bir həkimin əlinə bir əl maşını verirlər ki, şəhəri təmizləsin. O, şəhəri təmizləyir, ancaq onun bu əməyinə heyfdir. Ancaq əgər az yeyən olarsa, ruhu rahat olar, bədəni də düzgün idarə edər.

Yuxuda da bu bədəni ilə səyahət edər. Hərəmlərə, müqəddəs yerlərə gedər. Yaxşı insanlarla söhbət edər, gözəl bir yuxu nəsibi olar.

İmam Baqir (ə) buyurur: “O zaman ki, meyit qəbrə daxil olur, ruhu cəsədinə qayıdır. İki mələk gəlir və onu sorgu-sual edirlər”. İmam Baqir (ə) bu hədisi nəql edən zaman ağlamışdır, ölüm və qəbir məsələsi o qədər mühümdür ki, bədihi olan şeylər yaddan çıxır. Baxmayaraq ki, dinin əlifbasını soruşurlar, nə fiqhi, nə fəlsəfi və nə üsuli suallar verirlər, Allahdan, dindən soruşurlar. Bir müsəlmandan soruşurlar ki, dinin nədir? Yadına düşmür. Əgər o, həqiqi müsəlman olarsa və din onun üçün bir mələkəyə çevrilərsə o zaman Allahını, peyğəmbərini xatırlayar. O kəs ki, nizamlı olaraq, namaz qılır, azanı, iqaməni və şəhədətləri deyir, qəbirdə sual verəndə Həzrətin mübarək adını çəkər, Əhli-beytin (ə) adını çəkər. Ancaq o kəs ki, namaz əhli deyildir, onun yadına düşməyəcəkdir”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..