Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
3 Avqust 15:08
1 Şərh
5458

Ayətullah Behcətin dəftərxanasının zühur barəsində suala cavabı

Bu yaxınlarda “Zühur olduqca yaxındır” adlı bir məlumat yayılıb. Və bu xəbər, mərhum arif Ayətullah Behcətə istinadla verilirdi. Ayətullah Behcətin dəftərxanası da bununla bağlı rəsmi açıqlama verib. “Abna”-nın verdiyi məlumata görə, bununla bağlı mərhum ustadın dəftərxanasına ünvanlanan sual və bu suala verilən cavab aşağıdakı kimidir.

Sual: “Bəziləri deyirlər ki, Ayətullah Behcət bildiribmiş: əvvəllər cavanlara müjdə verirdik ki, İmam Zaman ağanın (ə.f) zühurunu görəcəklər, amma indi qocalara da müjdə veririk ki, qocalar da İmamın (ə.f) zühurunu görəcəklər, – bunu Ayətullah Behcət deyibmi?”

Cavab:
1. Bu barədə ağa Behcətə soruşulmuşdu və o da demişdi: “Bir nəfər məsciddə mənə yaxınlaşdı və dedi ki, İmam Zaman ağanın (ə.f) məzhərinə yetişmişdim və sual verdim ki, mən zühuru görəcəm?”. Burada nəql olunan mətləbləri Ayətullah Behcət ona yaxınlaşan həmin adamın dilindən deyib, öz dilindən deməyib.

2. Həmçinin Ayətullah Behcət bu barədə buyurub ki, “əgər belə bir məlumatım olsa idi, onu birinci öz şagirdlərimə deyərdim.

3. Mümkündür ki, bu, ümumi zühura deyil, şəxsi zühura şamil olsun.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

HƏZRƏT ZEYNƏBİN (S.Ə.) HƏYATINA QISA BİR BAXIŞ

Cəmadiul-əvvəl ayının 5-i  iffət və müqavimət nümunəsi xanım Zeynəbin (s.ə.) doğum günüdür. Bu münasibətlə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir, o xanımın... Davamı..

10 Rəbius-sani Xanım Fatimeyi-Məsumənin (s) vəfat günüdür.

Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o Xanımın bir sıra xüsusiyyətlərinə toxunacağıq ki, onun şəxsiyyəti və... Davamı..

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

 İmam Həsən Əskərinin (ə) mövlud günüdür.   İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi... Davamı..

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti

İmam Həsən Əskərinin (ə) şiələrə vəsiyyəti ✅1). Sizlərə tövsiyə edirəm ki, təqvalı olun və Allahdan qorxun; Quran baxımından insanların bir-birindən təkcə üstün... Davamı..

PEYĞƏMBƏRİN (S) HƏYATI

Peyğəmbərin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət “amul-fil”in... Davamı..

İmam Həsən Əskəri (ə.s)-ın Şəhadəti

Abbasi xəlifələri və Abbasi iqtidarının nümayəndələri, Əhli-Beyt İmamlarının (ə) on iki nəfər olduğunu və on ikincisinin qeybətdən sonra zühur edib zalımların batil... Davamı..

 İmam Rzanın (ə) şəhadət günüdür

 İmam Rzanın (ə) şəhadət günüdür İmam Rza (ə) 148-ci hicri-qəməri ilinin Zil-qədə ayında anadan olmuşdur. O Həzrətin künyəsi Əbülhəsən, ləqəbi Rzadır və... Davamı..

İmam Həsənin (ə) həyatına qısa bir baxış

Səfər ayının 28-i  İslam Peyğəmbərinin (s) rehləti və imam Həsənin (ə) şəhadət günüdür. Elə bu münasibətlə əziz oxucularımıza başsağlığı verir və İslam... Davamı..