Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Aprel 14:38
Şərh Yoxdur
1165

Ayətullah Amuli: “Şeytan elə bir varlıqdır ki, Allahın izni ilə vəsvəsə edər”

Ayətullah Cavadi Amuli buyurur:

Bəşərin, xüsusilə möminlərin həyatında yaranan çətinliklərdən biri şeytanın vəsvəsələridir. Həzrət (s) xütbədə buyurur: “Bu ayda şeytan zəncirlənər“.

Sadəcə hürər, amma heç kəsə hücum etməz. Şeytan elə bir varlıqdır ki, Allahın izni ilə vəsvəsə edər. Şeytanın vəsvəsəsi rəhmət və nemətdir. Çünki kim hansısa bir məqama çatsa, bu vəsvəsə ilə mübarizə nəticəsindədir. O, böyük cihad meydanında qələbə çalmış insandır. Əgər vəsvəsə olmasa və günahın yolu bağlansa, o zaman itaət zəruri olar. İtaət zəruri olduqda, daha vəhyə, risalətə, təklif və dinə ehtiyac qalmayacaq. Günah olmayan bir aləm, din, vəzifə və əmr olmayan bir məkan olacaq.

Şeytanın vəsvəsəsi sadəcə kənardan hürmək həddindədir. Arif olanlar bu səsə diqqət etməz, öz yolunu gedər və məqsədinə çatarlar. Arif olmayanlar, yolu tanımayanlar, yolsuz dərhal şeytanın tələsinə düşərlər. Bu zaman şeytan hürməkdən əl çəkib belələrinə hücum edər. Əlbəttə, şeytan Allahın vilayətinin təsiri altındadır. Onun izni olmadan heç nə etməz və qiyamətdə açıq aşkar deyər:

 

وَقَالَ الشَّيْطَانُ لَمَّا قُضِيَ الْأَمْرُ إِنَّ اللَّهَ وَعَدَكُمْ وَعْدَ الْحَقِّ وَوَعَدْتُكُمْ فَأَخْلَفْتُكُمْ ۖ وَمَا كَانَ لِيَ عَلَيْكُمْ مِنْ سُلْطَانٍ إِلَّا أَنْ دَعَوْتُكُمْ فَاسْتَجَبْتُمْ لِي ۖ فَلَا تَلُومُونِي وَلُومُوا أَنْفُسَكُمْ ۖ مَا أَنَا بِمُصْرِخِكُمْ وَمَا أَنْتُمْ بِمُصْرِخِيَّ ۖ إِنِّي كَفَرْتُ بِمَا أَشْرَكْتُمُونِ مِنْ قَبْلُ ۗ إِنَّ الظَّالِمِينَ لَهُمْ عَذَابٌ أَلِيمٌ

“İş tamam olduqda Şeytan deyər: “Həqiqətən, Allah sizə haqq vəd verdi. Və mən sizə vəd verdim və vədimə xilaf çıxdım. Mənim sizin üzərinizdə, sizi dəvət etməkdən başqa heç bir hökmranlığım yox idi və siz (də) mənim dəvətimi qəbul etdiniz. Odur ki, məni məzəmmət etməyin, özünüzü məzəmmət edin. İndi nə mən sizin dadınıza yetişənəm və nə (də) siz mənim dadıma yetişənsiniz…”[1]

Əgər bir kəs bilərəkdən Allahın vədinə etina etməsə və şeytanın tələsinə düşsə, Allah ona bir müddət möhlət verər. İnsan bu möhlətdən istifadə etmədikdə, şeytanı ona müsəllət edər. Ona görə də Quranda belə insanların cəzalanması barədə seyilir:

أَلَمْ تَرَ أَنَّا أَرْسَلْنَا الشَّيَاطِينَ عَلَى الْكَافِرِينَ تَؤُزُّهُمْ أَزًّا

“Məgər şeytanları kafirləri yerlərindən şiddətlə təhrik etmələri üçün onların üstünə göndərməyimizi görmədin?!”[2]

Başqa bir yerdə buyurur:

إِنَّا جَعَلْنَا الشَّيَاطِينَ أَوْلِيَاءَ لِلَّذِينَ لَا يُؤْمِنُونَ

“Biz Şeytanları imanı olmayan kəslərin başçıları etmişik”.[3]

İmanı olmayanlar şeytanın vilayəti altında olarlar. Allah-Təala şeytanı təlim görmüş köpəklər kimi onlara müsəllət edər. Bu ayda həmin təlim görmüş köpək zəncirə vurular. Siz də elə bir iş görməyin ki, o, zəncirdən açılsın. O, sadəcə uzaqdan hürər. Onu zəncirdən açmayın, Allah onu sizə müsəllət edər.

Burada bir sual yaranır ki, əgər mələklər günah etməzlərsə, bəs onda niyə şeytan günah edir? Bu sualın cavabı budur ki, şeyatn cin tayfasındandır. O, mələklərin arasında idi, amma onlardan deyildir. Qurani-Kərim şeytan barədə deyir:

كَانَ مِنَ الْجِنِّ فَفَسَقَ عَنْ أَمْرِ رَبِّهِ

“O zaman ki, mələklərə “Adəmə səcdə edin” dedik. Cinlərdən olan İblisdən başqa onlar hamılıqla səcdə etdilər. Beləliklə o, öz Rəbbinin əmrindən çıxdı”.[4]

Şeytan özü Allah deyir: “Məni oddan yaratmısan”.

Allah da onun bu sözünü inkar etmir. Şeytanın oddan yaradılması Qurani-Kərim də təsdiqlənir.[5]

Mələk günah etməz. Cin isə bəzən itaətkar olar, bəzən üsyankar. Ona görə də Həzrət Peyğəmbər (s) buyurur ki, şeytanlar bu ayda zəncirlənərlər. Allahdan istəyin ki, onu sizə müsəllət etməsin. Əgər Allah şeytanı bizə müsəllət etmək istəsə, daxili və nəfsani qüvvələrimizə və düşüncələrimizə müsəllət edər. Yəni bizim nəfsani qüvvələrimizi şeytanın əlinə təslim edər.

 

www.ahliman.info

[1] «İbrahim» surəsi, ayə 22.

[2] «Məryəm» surəsi, ayə 83.

[3] «Əraf» surəsi, ayə 27.

[4] «Kəhf» surəsi, ayə 50.

[5] «Cannı (şeytanların atası olan birinci İblis) ondan qabaq tüstüsüz, çox isti və sirayət edən oddan yaratdıq». «Hicr» surəsi, ayə 27.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..