Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
11 Aprel 13:42
Şərh Yoxdur
1146

Ayətullah Amuli: “Oruc tutanın mükafatı Allaha qovuşmaqdır”

Ayətullah Cavadi Amuli buyurur:

Oruc insanın təqvaya çatması üçündür.[1] Təqvalı insanın iki dərəcəsi vardır:

Birincisi, nemətlərlə dolu olan cənnətdir:

 

إِنَّ الْمُتَّقِينَ فِي جَنَّاتٍ وَنَهَرٍ

«Həqiqətən təqvalılar cənnətlər, bağlar, axan çaylar, daimi rifah və aydınlıq içərisində olacaqlar».[2]

Bu, zahiri ləzzətlər üçündür.

İkincisi Allah yanında olan məqamdır:

 

فِي مَقْعَدِ صِدْقٍ عِنْدَ مَلِيكٍ مُقْتَدِرٍ

«Kamal və qüdrət sahibi olan hökmdarın yanında, doğruluq məqamında olacaqlar».[3]

Bu mərhələdə artıq cənnət nemətlərindən, alma-armuddan söhbət getmir. Çünki cənnət və onun çayları, yemək və içəcəkləri cism və bədənə aiddir. Allahla görüş isə ruh üçündür. Bu orucun sirri və batinidir.

İmam Sadiq (ə) buyurur: «Oruc tutan iki vaxt sevinər; iftar vaxtında və Allahla görüşəndə».[4]

Başqa bir yerdə də təxminən eyni sözü buyurur.[5]

Oruc tutan bəzi dualarda Allahdan tam cəmal istəyir. «Ey Allahım, sənin cəmalının ən üstününü istəyirəm…»[6]

Məşhur şair Nizami Gəncəvi məcazi və həqiqi eşq barəsində deyir: «Leyli ömrünün sonunda xəstə ikən anasına vəsiyyət edib dedi: «Ana, mənim bu sözümü Məcnuna çatdır və ona de ki, əgər birinə bağlanmaq istəsə mənim kimi bir qızdırma ilə aradan gedənə könül verməsin».

İnsan özünə, Allahdan başqasına ümumiyyətlə aradan gedə biləcək hər şeyə könül verməsi heyifdir. Çünki Allahdan başqa hər şey aradan gedəcək. Bu, insanın mükafatı ola bilməz. Oruc tutanın mükafatı Allaha qovuşmaqdır.

Bizə deyirlər ki, mübarək ramazan ayının səhərlərində Allahadan mütləq cəməl istəyin, sadəcə qulaq asmaqla kifayətlənəyin. Çünki qulaq asmaq istəmək deyil. İnsan bu sözləri deməklə nə qədər uca məqamlara nail ola bilər: «Ey Allahım, mən Səndən nurunun ən üstününü istəyirəm».

Mübarək ramazan ayının dualarını bizə öyrədblər ki, bilək, oruc tutan insan bu sözləri deməyə layiqdir. Oruc tutan insan «Ey Allahım, mən Səndən cəlalının ən üstününü istəyirəm» deyə bilər.

Burada söhbət cənnətin huri və qılmanından, bağ və çaylarından getmir. Burada mənəvi kamallardan danışılır. İnsan üçün belə bir məqam vardır. Əgər bu məqamlar olmasaydı, bizə bu duaları oxumaq tövsiyə edilməzdi. Deməli, bu məqamlara çatmaq olar. Müstəhəb oruc tutub iftar yeməyini müsəlman olamayan əsirə vermək mümkündür.

İslam fiqhinin hökmlərindən bir qismi vəqf məsələlərinə aiddir. Fəqihlər deyir ki, insan bağını, mülkünü, ya mağazasını kafirin yaşayışını təmin etmək üçün ona vəqf edə bilər. Bu, bir ibadətdir. Əlbəttə, hərbi kafirlər[7] və qanı hədər olanlar istisnadır. Peyğəmbər (s) buyurur: «(Dinindən asılı olmayaraq) hər susamış şəxsə, həmçinin heyvanlara su verib sirab etməyin savabı vardır».[8]

Fiqh kitablarında bu görüşdən anlaşılan ümumi mənaya əsaslanaraq deyiblər ki, əgər insan ac heyvanı doydursa, ya bir yırtıcıya su versə, cənnətlə mükafatlanar.

Əgər insan müstəhəb oruc tutsa və iftar yeməyini əsirə verib «Biz sizə Allah rizası üçün yemək verdik»[9] deyər. «Hansı tərəfə üz tutsanız Allahın üzü (səmti) oradır»[10] ayəsinə əsasən, bu mümkündür. Əgər Əhli-Beyt (ə) xidmətçisi olan Xanım Fizzə bu macərada iştirak edirsə, burada məlum olur ki, biz də bu məqama çata bilərik. Əgər biz özümüzü ucuza satmışıqsa, zərər etmişik.

 

www.ahliman.info

[1] «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi sizə (də) oruc yazıldı və qərara alındı, (ki) bəlkə (ruhunuz qüvvətlənsin və nəfsi istəklərdən) çəkinəsiniz». «Bəqərə» surəsi, ayə 183.

[2] «Qəmər» surəsi, ayə 54.

[3] «Qəmər» surəsi, ayə 55.

[4] «Vəsailuş-şiə» cild 10, səh. 403.

[5] «Rovzətul-muttəqin» cild 3, səh. 226; «Vəsailuş-şiə» cild 10, səh. 400.

[6] «Məfatihul-cinan», «Səhər» duası.

[7] İslam dini ilə düşmənçilik edən və din əleyhinə mübarizə aparan kafirlər. Qanı hədəf olanlar da elə bu səbəbdən öldürülməsi vacib, ya caiz olan kafirlərdir. Red.

[8] «Bihar» cild 71, səh. 370. Mərhum Mühəqqiq deyir: Peyğəmbər (s) bu sözünə əsasən, zimmi (hərbi olmayan) kafirə – əcnəbi olsa belə – sədəqə vermək olar. Qeyd etmək lazımdır ki, bu, onlara məramını təsdiqləmək və ya gücləndirmək üçün deyil, sadəcə humanistlikdir. Buna sübut odur ki, mərhum Mühəqqiq əhli-kitabın məbədlərinə nəyisə vəqf etməyi caiz bilmir. Daha çox məlumat üçün müraciət edin: «Cəvarihul-kəlam» cild 28, səh. 30. «Bihar» cild 71, səh. 370-371.

[9] «İnsan» surəsi, ayə 9.

[10] «Bəqərə» surəsi, ayə 115.

Digər “Ramazan ” Xəbərləri

Ayətullah Amuli: “Bizim mübarək ramazan ayında ən böyük vəzifəmiz azad olmaqdır.”

Ayətullah Cavadi Amuli buyurur: Böyüklərimiz deyiblər: Oruc tutmaq çətin və ağır olsa da, Allahın buyurduğu «Ey iman gətirənlər, sizdən əvvəlkilərə yazıldığı kimi... Davamı..

Sabah Fitr bayramıdır. Bayram gecəsinin və gününün əməlləri

Xəbər verdiyimiz kimi sabah may ayının 3-ü mübarək Fitr bayramıdır. Bu gün mübarək Ramazan ayının son günü və eləcə də bu gecə... Davamı..

İstihlal Mərkəzi: Sabah mübarək Ramazan ayının 30-cu günüdür

Bu gecə Ramazan ayının 29-dan 30-a keçən gecə, İstihlal Mərkəzi Şəvval ayının hilalını müşahidə etmədi. Bu səbəbdən sabah may ayının 2-i  mübarək... Davamı..

Ayətullah Amuli: “Ramazan ayının sonunda Allahın dostları qəriblik hiss edirlər”

Ayətullah Cavadi Amuli buyurur: Bu vida ilə biz elə əziz bir dostdan ayrılırıq ki, onun ayrılığı dözülməzdir. Məna əhli olan üçün bu... Davamı..

Ayətullah Amuli: Qədr gecələrində ilahi elmləri öyrənməkdən üstün heçnə yoxdur

Ayətullah Cavadi Amuli buyurur: Peyğəmbər (s) zamanında o Həzrəti minlərlə insan görüb. Lakin onlar bir yana, Həzrət Əli (ə) bir yana. Deyilənə... Davamı..

Ayətullah Amuli: “Azad insan öz idarəçiliyini nəfsinin ixtiyarına qoymaz”

“Allah tərəfindən səndə azad olanlar nə çoxdur...” Allah-Təala oda, bəlaya, əxlaqi rəzilliklərə mübtəla olanları bu zəncirlərdən azad etdi. Azadlıqdan daha üstün hansı... Davamı..

Bu gecə birinci Qədr gecəsidir. Qədr gecəsinin əməlləri

Bu gün Ramazan ayının birinci Qədr gecəsi (əhya) qeyd olunacaq.   Qədr gecələrinin  müştərək olan müstəhəb əməlləri aşağıdakılardır: 1. Gün batarkən Qədr gecəsinin... Davamı..

İmam Səccad (ə): Salam olsun o aya ki, biz bu ayda Allahdan nə istədiyimizi anladıq

“Ey ötdükcə arzuların yerinə yetişməsində yaxınlıq yaranan, onda olan əməllər bol olan ay, salam olsun sənə”. Biz bu ayda nə istəyəcəyimizi başa... Davamı..