Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
23 İyun 14:55
Şərh Yoxdur
1304

Ayətullah Amuli: “Əməli Allaha xatir xalis niyətlə etmək çətindir”

Ayətullah Cavadi Amuli buyurur:

Allah-Təala Qurani-Kərim buyurur: “Hansınızın əməlcə daha gözəl olduğunu sınamaq üçün ölümü və həyatı (siz insanlar üçün) yaradan Odur”.[1]

“Əməl” dedikdə birinin digərindən daha çox əməl etməsi nəzərdə tutulmur. Çünki bu ayədə söhbət kəmiyyətdən getmir.

Bir nəfər bu ayə barəsində İmam Cəfər Sadiqdən (ə) soruşduqda Həzrət buyurdu: “Bu ayədə əməlin çoxluğundan deyil, düzlüyündən söhbət gedir, o kəs düzgün əməl sahibidir ki, Allahdan daha çox qorxaun və xalis qəlbə, niyyətdə sahib olsun. Əməlin sonuna kimi xalis niyyətdə qalmaq əməlin özündən çətindir. Xalis əməl Allahdan başqa bir kəsdən tərif gözlənilməyən əməldir. Niyyət əməldən daha üstündür“.[2]

Əməl o vaxt xalis olar ki, ona görə insan başqasından tərif gözləməsin. “Mənə təşəkkür etmədilər” deməsin. İnsan bir ibadəti yerinə yetirib sonra başqalarından təşəkkür gözləyəndə, həmin əməl heyif deyilmi? İnsanın bu böyük və uca məqamı belə kiçik təvəqqelərlə kiçiltməsi də heyifdir. Əlbəttə, Allahın mədh-sənası xalis niyyətli bəndələrin arzusudur. Deməli olan və həyatın yaradılışı kimi əməlinin həqiqi və doğru niyyətə daha yaxın olduğunu aydınlaşdırmaq üçündür.

Xeyirli niyyət əməlin özündən üstündür. Çünki niyyət zakir və güclü olarsa, insanı həmin əməl icra etməyə vadar edəcək. Həmçinin niyyət əməldən daha çətindir. “Möminin niyyəti əməlindən daha yaxşıdır“,[3]əməllərin ən üstünü ən acı olanıdır[4] kimi sözlərin mənası bu deyil ki, niyyətim savab və mükafatı – asan olması ilə – əməlin savabından üstündür. Çünki bu ikisini yanaşı araşdırdıqda belə nəticə alırıq ki, niyyət daha çətindir. Deməli, əgər əməllərin ən üstünü onların ən çətinidirsə, bu baxımından niyyət əməldən daha üstün olacaq. Çünki “əməllərin ən acısı” dedikdə onların ən çətini nəzərdə tutulur.

İnsan cəbhələrdə vurulub öldürülə bilər. Lakin öldürülmək çox da çətin deyil, əməli Allaha xatir xalis niyətlə etmək çətindir. Nəfsi, Şeytanı beyindən uzaqlaşdırmaq çətindir. Çünki Həzrət bu kəlamda buyurur: “Niyyət əməllərdən daha üstündür”.

 

www.ahliman.info

[1] «Mülk» surəsi, ayə 2.

[2] «Kafi» cild 1, səh. 16.

[3] «Kafi» cild 1, səh. 182.

[4] «Bihar» cild 67, səh. 191.

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..