Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Oktyabr 09:00
Şərh Yoxdur
6162

Axirət əhli olmaq istəyən üçün Loğmanın 2 tövsiyəsi

Loğman Həkim öz oğluna iki dəyərli nəsihət verir ki, bütün insanlara şamil olur. O, deyir: “Oğlum! Dünyada iki şeyə riayət et ki, axirət əhli olasan! Birincisi budur ki, yaxşı yoldaş tap ki, səni axirət əhli etsin. Çünki əgər şər yoldaşın olsa, onunla əyləşmək səni cəhənnəm əhli edər. Onun nəfsi – təsiredəndir.

İkincisi budur ki, dünyada sənə çatana qənaət et ki, sağlam yaşaya biləsən”.

«Vay olsun mənə! Kaş (mənim azmağıma səbəb olan) filankəsi (özümə) dost tutmayaydım». «Həqiqətən o, Allahın zikr edilərək xatırlanması (və ya Peyğəmbər və Qur’anın həqiqəti) mənə çatdıqdan sonra o (həmin dost) məni ondan (zikrdən, Peyğəmbərdən və Qur’andan) yayındırdı». Şeytan insanı həmişə xar edib və (indi də) edir”. (“Furqan” 28-29).

İnsanın şəxsiyyətinin formalaşmasında bir çox amillərin təsiri vardır. O cümlədən: iradəsinin, istəklərinin, qərarlarının, dostlarının. İnsan istər-istəməz təsir altına düşəndir. Fikir və düşüncələrinə dostu təsir qoya bilir.

Bəs həqiqi dostu tapmağın meyarı hansılardır?

Bu meyarlar ibarətdir: Allaha və Qiyamət gününə iman bəsləmək, saleh əməl, dini agahlığın olması, ixlas, mehribanlıq, vüqar, ədəb və mətanət, səfa və səmimiyyət, düzlük və doğruluq, əfv və güzəşt…

Ona görə də əgər dostunda bu meyarlar varsa, onunla dostluq etmək sənə axirəti qazandırar. Əks halda səni cəhənnəmlik edər.

Həzrət Peyğəmbər (s) buyurur: “O kəsə ki, Allah böyük xeyir istəyər – layiqli və saleh dostu nəsibi edər. Əgər İlahi həqiqətləri, halal və haramı, haqqın istəklərini unutsa, yadına salar və əgər onlara diqqət edərsə, əcr almağı üçün ona yardım edər”.

İmam Əli (ə) buyurur: “Nəfsi istəklərinin ardınca gedənlə dostluq etmək imanın unudulmasına və şeytanın hüzuruna səbəb olar”.

Qənaət et ki, sağlam həyat sürəsən.

Loğmanın oğluna tövsiyə etdiyi ikinci nəsihət budur ki, əlində olanlara qənaət edəsən. Qənaət etməyin həyatımıza təsiri o qədər böyükdür ki, İmam Səccad (ə) bu haqda buyurur: “Ən üstün əməl odur ki, insan əlində olana qane olsun”. Bəzi hədislərdə qənaət insanın səadət amili kimi tanıdılmışdır.

İnsan əgər qənaət etməzsə, günaha batar. Qənaət ilə batini rahatlıq arasında sıx rabitə vardır. Batini rahatlıq öz-özlüyündə meydana gəlməz. Onun meydana gəlməsinə səbəb olan amillərdən biri də qənaətdir. Qənaət edən insan rahat olar, çünki sabahkı günü üçün qəm yeməz. Əlində olanlara diqqət edər.

Quranın bizlərə tanıtdığı təyyibə həyat da məhz qənaət olarsa, hasil olar. Ona görə də Loğman oğluna bu iki şeyi nəsihət edir. Yaxşı dost və qənaət insana axirəti və axirət səadətini qazandıra bilər.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..