Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
9 Mart 13:42
Şərh Yoxdur
3428

Axəril-zamanda qadınların vəziyyəti

Axəril-zaman hökuməti ilə bağlı bəyan olunan mövzulardan biri qadınların ictimai məqamları ilə bağlıdır.

Əmirəl-möminin (ə) buyurur: “O zaman ki, qadınlar hakim olar və uşaqlar hökumət edərlər”.

Həzrət Əli (ə) yenə buyurur: “O zaman ki, qadınlar səltənət taxtına qalib gələrlər və hər bir kişiyə qalib olarlar və onların istəyindən savayısına əməl olunmaz”.

İmam Sadiq (ə) buyurur: “Qadınları görərsən ki, kişilər kimi məclislər təşkil edərlər”.

Axəril-zamanda insanların ən çox rastlaşdırları çətinlik – iqtisadi böhranlardır. Bütün dünya üzrə iqtisadi çətinliklər müşahidə olunacaqdır. Qadınlar da bu hadisədən amanda qalmayacaqlar. Bəlkə ən çox zərbə onlara dəyəcəkdir. (Erfan/Deyerler)

İmam Əli (ə) buyurur: “Axəril-zamanda qadınlar dünyaya həris olduqları üçün həyat yoldaşlarının ruzi qazanmasında iştirak edərlər”.

Həzrət (ə) başqa yerdə buyurur: “Ən pis zaman olan axəril-zamanda elə qadınlar zahir olacaqlar ki, paltar geyinməklərinə baxmayaraq, paltarsız olarlar”.

Axəril-zamanda qadınların ictimai vəziyyəti:

1. Qadınlar təhlükəsizlikdə olmazlar. Zühurdan əvvəl cəmiyyəti hədələyən ən böyük təhlükə – ailələrin və namusların təhlükədə olmasıdır. Bu məsələ o qədər yayılacaqdır ki, çox az insan onun qarşısını almağa çalışacaqdır.

 

2. Qadınların əxlaqi səviyyələrinin aşağı düşməsi. Zühurdan əvvəl cəmiyyətdə fəsad və əxlaqsızlıqlar artacaqdır. Heyvani rəftarlar o qədər çoxalacaqdır ki, adi hal hesab olunacaqdır. Muhəmməd ibni Müslim deyir: “İmam Baqirə (ə) dedim: “Sizin Qaim (ə) nə zaman zühur edəcəkdir?”. İmam (ə) buyurdu: “O zaman ki, kişilər özlərini qadınlara bənzədəcək və qadınlar da kişilərə bənzəyərlər””.

 

3. Başçı və himayəçisi olmayan qadınların sayı artacaqdır. Axəril-zamanda dalbadal müharibələr olduğu üçün kişilərin sayı azalacaqdır. Ona görə də başçısı olmayan qadınların sayı artacaqdır. Onlar da özlərini himayə edənlərin ardınca olarlar. Həzrət Peyğəmbər (s) buyurur: “Qiyamət bərpa olmaz, məgər o halda ki, 50 qadın üçün bir başçı olsun”.

Əgər bu gün cəmiyyətə nəzər salsaq, görərik ki, hədislərimizin söylədiyi həmin nişanələri az və ya çox olaraq cəmiyyətdə müşahidə etmək olar. Bunu da qeyd etmək lazımdır ki, axəril-zamanda təkcə əxlaqı zəif qadınlar olmayacaqdır, əlbəttə ki, iffətli və imanlı qadınlar da olacaqdır.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..