Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 İyul 22:04
Şərh Yoxdur
241

Aşuradan ibrətlər

Aşuradan ibrətlər

İlk dəfə Kufədən İmam Hüseynə (ə) dəvət məktubunu bu 4 nəfər yazdı:
1). Süleyman ibn Sürəd Xuzai – səhabə idi, Cəməl və Siffeyn döyüşlərində İmam Əlinin (ə) qoşununda döyüşmüşdü. Amma Müslim ibn Əqili Kufədə tək qoydu, Kərbəlaya da gəlmədi, Muxtara da qoşulmadı. Hicrinin 65-ci ilində 90 yaşında ikən TƏVVABİN (tövbə edənlər) qiyamına başçılıq etdi və şəhid oldu.
2). Müsəyyib ibn Nəcbi Fəzari – tabeindəndir (səhabədən hədis eşidənlər). Qadisiyyənin fəthində öz qəbiləsinə başçılıq edib. Cəməl, Siffeyn və Nəhrəvan döyüşlərində İmam Əli (ə) üçün döyüşdü. Amma Kufədə Müslimi tək qoydu və Kərbəlaya da gəlmədi. Hicrinin 65-ci ilində TƏVVABİN qiyamında şəhid oldu.
3). Rifaət ibn Şəddad Bəcəli – Quran qairisi, rəşadətli adam idi. Kufədə Müslimi tək qoydu. Kərbəlaya gəlmədi. TƏVVABİN qiyamında iştirak etdi. Muxtarın qiyamına qoşularaq 66-cı hirci ilində şəhid oldu.
4). HƏBİB ibn MÜZAHİR (ya Müzəhhər) – bəziləri deyirlər səhabə olub. Quran hafizi, zahid, abid və çox sadə həyat tərzi yaşayan biri idi. İmam Əli, İmam Hüseyn və İmam Həsənin (ə) yaxınlarındandır. Bütün döyüşlərdə iştirak edib. İmam Əlinin (ə) xilafətində “xüsusi təyinatlı dəstə”nin komandiri idi. Bundan əlavə İmam Əlinin (ə) “sir sahibi” hesab edilir. O, Meysəm Təmmara və Meysəm də ona necə şəhid olacaqları barədə danışmışdı -(qeybi xəbərlərə agah idilər).
Müslim Kufəyə gələndə Həbib və Müslim ibn Övsəcə onun üçün camaatdan gizlincə beyət alırdılar. Kufəlilər Müslimin ətrafından dağıldıqdan sonra onlar (Həbib və ibn Övsəcə) gizlincə Kufədən qaçaraq özlərini Məhərrəm ayının 7-də İmam Hüseynə (ə) çatdırdılar.
“Rəsulullahın (s) övladı məzlumcasına öldürülərsə və bizi diri qalarıqsa, Qiyamət günü Peyğəmbər (ə) yanında heç bir üzrümüz olmaz” – demişdi HƏBİB.

Mənbə: Baqir Düryab Nəcəfi, “Əvvəlinha dər Aşura”, s.30.

Digər “Məqalələr ” Xəbərləri

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR   Müslüm ibn Əqili, İbn Ziyadın Küfəyə gəlməsi xəbərini eşitdi. Müslüm, İbn Ziyadın onun Küfədə olduğundan xəbər... Davamı..

”TƏBLİĞ” AYƏSİ VƏ QƏDİR-XUM” HADİSƏSİ

Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində buyurulur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ... Davamı..

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?”

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?” Cavab: Tival surələr (uzun) Quranın ən uzun yeddi surəsidir: Bəqərə, Ali-İmran, Nisa,... Davamı..

Ən yaxşı sədəqə: zəifə və məzluma kömək etməkdir

İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlikdən öncəki həyatı və cavanlıq dövrü də kamil bir insanın həyat tərzi olub. Bunun dəlillərindən biri də... Davamı..

Quranın surələrə bölünməsinin səbəbi

Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da... Davamı..

Hacı Əhliman Rüstəmovun rəsmi səhifəsinin Telegram kanalı yaradılıb

Telegram istifadəçiləri olan oxucularımız artıq saytın məlumatlarını Telegram kanalımızda da oxuya bilərlər. İstifadəçilər www.ahliman.info-nun rəsmi Telegram səhifəsinə (t.me/ahliman_info) abunə olmaqla saytımızın bütün... Davamı..

Qurani-Kərimin ərəb dilində olmasının səbəbləri

1. Allah-Təala Quranda buyurur: “Biz elçimizi öz qövmünün dilində göndəririk”. Yəni, Həzrət Peyğəmbərin (s) bir ərəb olaraq ərəbcə danışdığına və yaşadığı mühitin... Davamı..

Quran kimə lənət oxuyur?

Həzrət Peyğəmbər (s) buyurur: “Çox Quran oxuyanlar vardır ki, Quran onlara lənət oxuyur’’. “Quran (sadəcə) oxumaq üçün deyil, hidayət olub əməl etmək... Davamı..