Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Sentyabr 14:25
Şərh Yoxdur
14009

Aşura gecəsinin və gününün müstəhəb əməlləri

Bu gün Tasua günüdür. Sabah sentyabr ayının 20-i Aşura günüdür. Aşura gecəsinin  və gününün əməlləri

 

Aşura gecəsinin əməlləri:

1. Bu gecəni sabaha qədər əhya saxlamaq (oyaq qalmaq) Hədisdə deyilir: “Hər kim bu gecəni əhya saxlasa Allah Taala üçün bütün mələklərin ibadətini etmiş olar.”

2. Namazlar

* Bu gecə üçün rəvayətlərdə bir neçə namaz zikr olunmuşdur ki, onlardan biri 2 dənə 2 rikətli namazdır. Namazın hər rikətində “Fatihə” surəsindən sonra 50 dəfə “İxlas” surəsi oxunur. Namazı bitirdikdən sonra isə 70 dəfə “Subhanəllahi vəlhəmdu lillahi və la ilahə illəllahu vallahu əkbər və la haulə və la quvvatə illa billahil aliyyul-azim” zikri deyilir.

* Əmirəl möminin İmam Əlinin namazı, 4 rəkət (2 dəfə sübh namazı kimi) hər rəkətdə həmddən sonra ixlas surəsini oxu. Namazdan sonra Peyyğəmbərimizə və Əhli beytinə çoxlu salavat, onların düşmənlərinə isə lə’nət de .

* 100 rəkət namaz. (yəni: sübh namazı kimi 50 namaz) hər hərəkətdə həmddən sonra 3 ixlas surəsini (yəni: Qulhvəllah sursəini) oxu [Niyyət: Aşura gecəsinin namazını qılıram qürbətən iləllah]. 100 rəkəti qılıb qurtarandan sonra 70 dəfə de: Sübhanəllah vəlhəmdü illah vəla ilahə illəlahu vəllahu əkbər, vəla hovlə vəla qüvvətə illa billahil əliyil əzim.

3. Hz.İmam Hüseynin(ə) qəbri kənarında əhya saxlamaq.

4. Dua, ibadət və istiğfar etmək.

 

Aşura gününün əməlləri:

1. İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. Bu barədə Hz.İmam Rza(ə) buyurur: “Hər kim bu gün işlərini kənara qoyarsa, Allah-Təala istəklərinə çatdırar. Və hər kim bu gün hüznə qərq olarsa, Allah-Təala Qiyamət günü onu xoşhal edər”.

2. İmam Hüseyni (ə) ziyarət etmək.

3. Bu gün oruc tutmaq məkruhdur. Amma Əsr namazınadək yemək və içməkdən imtina etmək bu günün əməllərindəndir.

4. İmam Hüseyn (ə) zəvvarlarına su vermək.

5. 1000 dəfə “İxlas” surəsini oxumaq.

6. “Aşura” ziyarətini oxumaq.

7. 1000 dəfə “Allahumməl`ən qətələtəl-Huseyn” zikrini demək.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..