Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
25 Oktyabr 14:12
Şərh Yoxdur
4458

Astronomiya ilə nücum elminin fərqi. Nücum elmini haraya qədər öyrənmək olar?

Astronomiya elmi ulduzların qanunları ilə məşğul olan elmdir. Bu elm ulduzları, planetləri, kainatları, səma cisimlərini öyrənir. Astronomiya elmi hələ qədim zamanlardan insanların arasında nücum elmi kimi məşhur idi. İllər keçdikcə bu elm də inkişaf etməyə başladı və astoromiya ilə məşğul olan alimlər bu qənaətə gəlib çatdılar ki, göy cismləri Yerə təsir edə bilir. Bəziləri isə bu qənaətə gəldilər ki, guya hər bir insanın göydə bir ulduzu vardır və bu yolla yeni bir sahə meydana gəldi ki, ona əhkami-nücum adını qoydular.

İslam dini zühur edən zaman insanların arasında bu cahil fikirlər hələ də qalırdı ki, ulduzlar insanların taleyini həll edə bilir. Hətta o zaman ki, Əmirəl-möminin (ə) Nəhrivana döyüşmək üçün yollanır, bir nəfər qabağını kəsib deyir ki, ulduzlar bu döyüşə indi getməyini istəmir, çünki məğlub olacaqsan. Həzrət (ə) bu sözləri eşidəndən sonra buyurur: “Sən güman və iddia edirsən ki, hər kim müəyyən saatda seyr etsə, pislik ondan geri qayıdacaqdır? O saatdan qorxudursan ki, hər kim onda hərəkət edərsə, ziyan onu bürüyəcəkdir? Hər kim səni bu iddiada təsdiq edərsə, Quranı inkar etmiş olar. Öz məqsədinə çatmaq üçün Allahdan yardım istəməkdə özünü ehtiyacsız bilmiş olar. Sənin dediyin kimi hər kim bu cür iş görsə, Allahı deyil, səni öz vəlisi hesab edər. Öz iddiana görə, bu, sənsən ki, onu müəyyən saata hidayət edirsən ki, mənfəətə nail olsun və ziyandan amanda olsun”.

O zaman Həzrət (ə) üzünü insanlara çevirib buyurdu: “Ey insanlar! Nücum elmini öyrənməkdən əl çəkin, məgər o qədərini (öyrənin ki) səhrada və ya dənizdə insana yol göstərər. Bu elm sizi kəhanətə vadar edir. Münəccim – qeybdən xəbər verən kahindir. Kahin isə sehrbaz kimidir. Sehrbaz kafir kimidir. Kafirin yeri isə atəşdədir”. İmam (ə) bu döyüşdən qələbə ilə qayıdır. (Tebyan/Deyerler)

Quran astronomiya elmi haqqında buyurur: “Həmçinin quru və dənizin qaranlıqlarında doğru yolu tapmağınız üçün ulduzları sizin üçün yaradan Odur. Həqiqətən, Biz (Öz tövhid, qüdrət və hikmət)ayələri(mizi) bilən dəstə üçün ətraflı açıqladıq”. (“Ənam” 97).

“Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar”. (“Nəhl” 16).

Qədim zamanlarda bu günün müasir texnikası olmadığına görə insanlar gündüzlər yolu Günəş, gecələr isə Ay və ulduzların vasitəsilə tapırdılar.

Yunus ibni Əbdürrəhman nəql edir: “İmam Sadiqə (ə) dedim: “Qurbanın olum, məni nücum elmindən agah et”. İmam (ə) buyurdu: “Bu elm –  peyğəmbərlərin (ə) elmidir”. Soruşdum: “Bəs Əli ibn Əbutalib (ə) onu bilirdi?”. Buyurdu: “Nücum elminə bütün insanlardan daha agah idi”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..