Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
12 Fevral 13:22
Şərh Yoxdur
2979

Aqibətin xeyirli olmasını istəyənlər üçün İmam Zaman ağanın (ə.f) buyuruşu

İmam Zaman (ə.f) buyurur: “Bir halda ki, Əhli-Beyt (ə) davamçıları günahdan uzaq olarlar, əməllərinin sonu bəyənilmiş və yaxşı olar”.

Bu hədis – İmam Zaman ağanın (ə.f) Şeyx Mufidə yazdığı məktubun bir hissəsidir.

 

İmam (ə.f) mühüm nöqtəyə işarə edərək buyurmuşdur ki, əgər mənim davamçılarım aqibətlərinin xeyirli olmasını istəyirlərsə, Allah Təalanın qadağan etdiyi günahlardan uzaq olmalıdırlar. (Tebyan/Deyerler)

 

Çünki hər bir əməl özünəməxsus təsirə malikdir. Nəfsimiz malik olduğumuz fikirlər və yerinə yetirdiyimiz əməllər sayəsində qurular. O kəs ki, günah etməkdən qorxmaz – baxmayaraq ki, o günah kiçikdir, yoxsa böyükdür, həqiqətdə öz varlığını qaraldar və zülmətə böyayar. Ona görə də nurlu və pak olan layiqli yerə daxil olmağa ixtiyarı yoxdur.

 

Günah – insan ruhuna düşən bir atəşdir. İnsan illər boyu səy göstərər və çoxlu savablar qazanmağa çalışar. Sadəcə bir günah etməklə bütün ömrü boyu hasil etdiyini bada verər.

Ona görədir ki, İmam (ə.f) bizi bu təhlükədən agah edir və aqibətimiz üçün nə qədər təhlükə yaratdığını bir daha xatırladır.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İMAM HÜSEYNİN (Ə) HƏYATI

Şəban ayının 3-ü İmam Hüseynin (ə) doğum günüdür. Elə bu münasibətlə əziz oxucularımızı təbrik edir və o həzrətin təvəllüdü ilə bağlı bəzi... Davamı..

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..