Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Noyabr 11:18
Şərh Yoxdur
8019

Allahın ən yaxşı zikri – təsbihdir

”Ey iman gətirənlər, Allahı çox zikr edin! Ona hər səhər və axşam təsbih deyin”. (“Əhzab” 41-42).

Allahı yada salmaq ancaq dildə olmur, hər bir fikir, əməl və hərəkət Allah razılığına səbəb olarsa, Allahın zikri sayılar.

Quran Allahın zikri üçün bərəkətlər bəyan etmiş və bu zikrlərdən birinin namaz olduğunu bildirmişdir. “Namazı Məni anmaq üçün qıl!”. (“Taha” 14).

Allahı zikr etmək qəlbəri rahatladar. “O kəsləri ki, iman gətiriblər və qəlbləri Allahı yada salmaqla rahatlıq tapır”. (“Rəd” 28).

Allahın zikri insanı xoşbəxt edər. “Məni yad etməkdən üz döndərən kəs üçün isə (qeyb aləmindən qırıldığı, nəfsi qane olmadığı, gözü doymadığı, arxalandığı dayaqlar süst olduğu və hadisələrdən qorxduğu üçün, var-dövləti çox olsa belə) mütləq sıxıntılı həyat olacaqdır və Qiyamət günü onu Məhşərə kor gətirərik”. (“Taha” 124).

Hədislərimizin bir çoxunun nəzərinə görə, Allahı zikr etmək deyildikdə, Həzrət Zəhranın (s.ə) təsbihi nəzərdə tutulur. (Həvzəh/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kimin zakir (zikr edən) dili olar, ona dünyanın və axirətin xeyiri əta olunar”.

İmam Sadiq (ə) buyurur: “Hər bir şeyin həddi vardır, Allah zikrindən başqa”.

Hədislərimiz deyir ki, insan qəlbi də dəmir kimi paslana bilir və ancaq Allah zikri ilə bu pası aradan aparmaq olar.

Ona görə də deyə bilərik ki, Allahın zikri ancaq o deyildir ki, dildə deyilsin. İnsan əgər halal və harama riayət edərsə və bu zaman Allahı yada salarsa, günah edən zaman Allahı yada salarsa – o zaman zikr öz həqiqi mənasına çatar.

Yuxarıdakı ayədən çıxardığımız nəticələr:

1. Allahın zikri insana o zaman təsir edir ki, davamlı və çox olsun.

2. Allahın ən yaxşı zikri – təsbihdir.

3. Günün əvvəlini və axırını Allaha zikr edərək başlayıb, başa vuraq.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

Namaz vaxtlarını qoruyun

Həzrət İmam Rza (ə): “Namaz vaxtlarını qoruyun – (namazlarınızı vaxtında qılın), çünki insan başına gələcək hadisələrdən amanda deyil. Hər kəs namazın əvvəl... Davamı..