Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
14 Dekabr 13:32
Şərh Yoxdur
3129

Allaha yaxınlaşmaq əzmində olanlar üç yoldan birini seçməlidir

Saleh insanlar və saleh cəmiyyətlə rabitənin zərurəti

İnsan ictimai bir varlıqdır. Onun həyatı başqaları ilə rabitələrsiz ötüşmür. Allah-təala insanı öz həmnövləri ilə maddi və mənəvi rabitələrə ehtiyaclı xəlq etmişdir. Tənha, cəmiyyətdən uzaq yaşamaq istəyən insan nə maddi, nə də mənəvi baxımdan inkişaf edə bilər. Çünki maddi həyat başqalarının elm və təcrübəsindən istifadə ilə davam edir. İnsan dini məclislərdə iştirak etmədən, moizə və nəsihətlərdən faydalanmadan mənəvi baxımdan inkişaf edə bilmir. Demək, mənəvi baxımdan təkamül üçün də ictimai rabitələrə ehtiyac var. İnsanlar ictimai rabitələri qırıb həmkarlıqdan çəkinsələr hansısa mənəvi təkamüldən danışmağa dəyməz. Şübhəsiz ki, əgər cəmiyyətdə saleh insanlar varsa ictimai rabitələr faydalıdır. Saleh insanlarla rabitələr gücləndikcə insan kamilləşir.

Kimsə öz həyatını tənhalıqda keçirə bilmir. O ictimai rabitələrə qatılmağa məcburdur. Təbii ki, cəmiyyətdəki fərdlər əxlaq və etiqad baxımından eyni səviyyədə olmur. Cəmiyyəti ümumi şəkildə iki qrupa bölmək olar: Allaha bəndəlik yolunu tutub onun razılığına uyğun yaşayanlar və dini dəyərlərə biganə insanlar. İkinci qrupdan olanlar zahirən dini prinsipləri qəbul etsələr də dünyaya bağlılıq səbəbindən həyatlarında dini ölçüləri gözləmirlər. Onlar bəzən rəsmi şəkildə haqlı olmadıqlarını etiraf edir, bəzən də öz etiqad və əməllərinə don geyindirməyə çalışırlar.

Saleh olmaq istəyənlər, ilahi dəyərlərə əməl etməyə çalışanlar, Allaha yaxınlaşmaq əzmində olanlar üç yoldan birini seçməlidir. Birinci yol budur ki, insan yalnız zəruri məqamlarda cəmiyyətlə rabitə saxlayıb, imkan həddində bu rabitələrdən çəkinsin. İkinci yol budur ki, bütün ətrafla rabitəyə qatılıb hər addımda özünü azğınlıqdan gözləsin. Üçüncü yol budur ki, insan saleh insanlarla rabitə saxlasın. Ən münasib yol da budur. Bu yolu seçən insan saleh insanlarla rabitəyə önəm verir, başqaları ilə yalnız zəruri hallarda və onların təlim-tərbiyəsi məqsədi ilə görüşür.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..

Ərəfə’ gününün əməlləri

Zilhiccə ayının 9-cu günü “Ərəfə” günüdür. “Ərəfə” günü bayram kimi tanınmasa da, böyük bayramlardan biridir. Allah-Taala həmin gün öz bəndələrini ibadət və... Davamı..

İMAM ƏLİ (Ə) İLƏ XANIM ZƏHRANIN (S) EVLƏNMƏSİ

Zilhəccə ayının 1-ci günü  imam Əmirəlmöminin Əli (ə) ilə xanım Fatimeyi-Zəhranın (s) evləndiyi gündür. Elə bu məqsədlə, onların evlənməsi ilə bağlı qısa... Davamı..

Zilhiccə ayının 1-ci gününün məxsus əməlləri

Zilhiccə ayının birinci günü çox mübarək gündür və həmin gün bir neçə əməlin yerinə yetirilməsi tövsiyə olunur: 1. Oruc tutmaq;birinci günün orucu səksən... Davamı..

İmam Rzanın (ə) İmam Cavada (ə) məktubu

Əhməd ibn Məhəmməd ibn Əbu Nəsr Bəzənti belə  nəql edir: قَرَأتُ كِتابَ أبِي الحَسَنِ الرِّضا إلى أبي جَعفَرٍ‘: ياأبا جَعفَرٍ، بَلَغَني أنَّ... Davamı..