Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Mart 15:25
Şərh Yoxdur
2129

Allah yolunun talibləri üçün İmam Sadiqdən (ə) 9 qızıl nəsihət

Şeyx Şəmsəddin Muhəmməd ibni Məki nəql edir: “İmam Sadiqə (ə) dedim ki, mənə tövsiyələr və nəsihətlər versin.

 

İmam (ə) buyurdu: “Sənə 9 şeyi tövsiyə edirəm ki, bunlar Allah Təala yolunun talibləri üçündür. Allahdan istəyirəm ki, sənə onları həyata keçirtmək tövfiqi versin. Bu 9 şeydən üçü nəfsin islahına aiddir. 3 şey səbrə və 3 şey də elmə aiddir.

 

Bunları öyrən və zinhar ki, onları dəyərsiz hesab edəsən.

O üç şey ki, nəfsin islahına aiddir, ibarətdirlər:

1. O şey ki, ona iştahan və meylin yoxdur – onu yeməkdən çəkin. Çünki, bu iş axmaqlıq yaradar.

2. O zamana qədər ki, ac deyilsən – yemək yemə.

3. Nə zaman yemək yesən– halal yemək ye və Allahın adını çək.

 

O üç şey ki, səbrə aiddir, bunlardır:

1. O zaman ki, kimsə sənə desə ki, əgər bir söz desən, on dənə eşidəcəksən, cavabında de: əgər on dənə desən, bir dənə belə, eşitməyəcəksən.

2. Əgər kimsə sənə söyüş söyərsə, ona de: Əgər dediklərin doğrudursa, Allahdan istəyirəm ki, məni bağışlasın. Əgər yalan olarsa, Allahdan istəyirəm ki, səni bağışlasın.

3. Əgər kimsə sənə çirkin söz deyərsə, sən ona nəsihət ver və yol göstər.

 

O üç şey ki, elmə aiddir, bunlardır:

1. O şeyi ki, bilmirsən – alimlərdən soruş və zinhar ki, dalaşmaqla onlardan bir şey soruşasan.

2. Zinhar ki, öz rəyinlə bir iş görəsən və işlərində o yerə qədər ki, mümkündür – ehtiyata əməl et.

3. Fətva verməkdən çəkin, necə ki, şirdən qaçırsan. Boynunu insanlar üçün körpü qərar vermə””. (Hədənə/Deyerler)

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Kazimin (ə) şəhadəti

 İmam Kazimin (ə) şəhadət günüdür.  İmam Kazimin (ə) şəhadəti münasibəti ilə əziz həmvətənlərimizə və oxucularımıza başsağlığı verir və o həzrətin həyatı ilə... Davamı..

Xanım Zeynəb (s.ə) – Müsibətlər anası

15 Rəcəb – Xanım Zeynəbin (s.ə) vəfat günüdür. Xanım Zeynəb (s.ə.) qəhrəman, şücaətli, müqavimətli və yorulmaz bir qadın olub. Dünyada şücaətli qəhrəmanlar... Davamı..

İmam Əlinin (ə) həyatına qısa bir baxış

İmam Əmirəlmöminin Əli (ə) “amul-fil”in (fil ili) 30-cu ilində, Peyğəmbərin (s) hicrətindən, təqribən, 24 il əvvəl, Rəcəb ayının 13-ü Kəbə evində dünyaya... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

“Cavadul-Əimmə” ləqəbi ilə tanınan doqquzuncu imamımız həzrət Muhəmmədtəqi (ə) 195-ci hicri-qəməri ilinin Rəcəb ayının 10-da Mədinə şəhərində dünyaya göz açmışdır. Atası imam... Davamı..

İmam Hadinin (ə) həyatı

İmam Əli ibn Mühəmməd (ə) şiələrin onuncu imamıdır və o həzrətin ləqəbi Hadidir. O həzrət 212-ci hicri-qəməri ilinin Zil-həccə ayının 15-də dünyaya... Davamı..

1 Rəcəb – İmam Muhəmməd Baqirin (ə) mövlud günüdür

Beşinci imam “Baqir” ləqəbilə tanınan Mühəmməd ibn Əli ibn Hüseyn (ə) 57-ci (və yaxud 58-ci) hicri-qəməri ilində dünyaya göz açmışdır. Yəqubi o... Davamı..

Cəmadius-sani ayının 20-ci günü – Xanım Fatimeyi- Zəhranın (s.ə) mövludu

Cəmadius-sani ayının 20-ci günü bir neçə əməlin yerinə yetirilməsi müstəhəbdir:   Cəmadius-sani ayının 20-i  İslam Peyğəmbərinin (s) sevimli qızı və İmam Əlinin... Davamı..