Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
7 Avqust 13:54
Şərh Yoxdur
3682

Allah Təala Quranda Yezidi lənətləmişdir

Muhənna ibni Yəhya bir gün Əhməd ibn Hənbəldən soruşur: “Sizin Yezid ibni Müaviyyə (Allah hər ikisinə lənət etsin) haqqında nəzəriniz nədir?”. O, cavab verir: “Yezid həmin o kəsdir ki, böyük bir cinayət etdi və Peyğəmbərin (s) Mədinəsini qarət etdi”.

 

Əhməd ibni Hənbəlin oğlu Saleh nəql edir: “Bir gün ona dedim: Atacan! İnsanlar bizə deyir ki, siz Yezidin dostlarındansınız”.

 

O, cavabında deyir: “Oğlum! O kəs ki, Allaha və Qiyamət gününə iman bəsləyir, Yezidin dostu ola bilərmi?”.

 

Dedim: “Bəs niyə onu lənətləmirsən?”.

 

Əhməd ibni Hənbəl dedi: “Yezidi necə lənətləməyim ki, Allah onu lənətləmişdir?!”.

 

Dedim: “Quranın harasında Allah Yezidi lənətləmişdir?”.

 

Dedi: “O yerdə ki, buyurur: “Odur ki, sizdən (siz münafiqlərdən və imanı zəif olanlardan) İslamdan üz döndərəcəyiniz (və ya İslamda qüdrət və hakimiyyətə çatacağınız) təqdirdə yer üzündə fəsad törətmək və öz qohumluqlarınızı (qohumluq əlaqələrinizi) tamamilə kəsməkdən başqa bir şey umulur?! Onlar Allahın lənət etdiyi və (batini) qulaqlarını kar və (qəlb) gözlərini kor etdiyi kəslərdir”. (“Muhəmməd (s)” 22-23)”.

 

O, davam etdi: “Oğlum! O zaman ki, Yezid hökumətə gəldi, ilk ildə qohumluq əlaqəsini kəsdi və Hüseyni (ə) öldürdü. İkinci il fəsad etdi, Mədinəni qarət etdi, qətllər etdi. Üçüncü ildə Kəbəyə cəsarət etdi. Məgər Hüseyni (ə) qətl etməkdən və üç gün Mədinədə qətliam etməkdən böyük fəsad vardırmı? Bu, o halda olmuşdu ki, Qureyşin böyüklərindən, mühacir və ənsarlarından öldürülmüşlərin sayı 700 və məşhur olmayan öldürülmüş insanların sayı 10 min nəfər idi ki, qadınlardan, kişilərdən, qullardan ibarət idi.

 

İnsanlar qan dənizinə batmışdılar. O yerə çatır ki, qan Peyğəmbərin (s) qəbrinə qədər gəlib çatmışdı. Məscidlər qanla dolu idi. Ondan sonra Yezid əmr etdi ki, Məkkə şəhərində mancanaq qursunlar. Oranı yandırıb viran etdi. Halbuki, Həzrət Peyğəmbər (s) buyurmuşdu: “Hüseyni (ə) öldürən atəşdən olan tabutdadır və dünya əhlinin əzabının yarısını çəkir. Əl və ayaqlarını dəmir zəncirlərlə bağlamış və onu başı üstə atəşə salırlar”(Tebyan/Deyerler).

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..