Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
17 İyul 12:40
Şərh Yoxdur
2125

Allah Təala niyyətə savab verər ki, həmin savab əməlin özündə olmaz

Həzrət Peyğəmbər (s) buyurur: “Möminin niyyəti əməlindən daha üstündür. Kafirin niyyəti əməlindən də pisdir. Hər əməl edən, niyyəti əsasında əməl edər”.

Zeyd Hişam nəql edir ki, İmam Sadiqə (ə) dedim: “Eşitmişəm ki, demisiniz: “Möminin niyyəti onun əməlindən daha üstündür”. Necə ola bilər ki, niyyət əməldən üstün olsun?”. Həzrət (ə) buyurur: “Bu səbəblə ki, o qədər əməl vardır ki, başqalarına göstərmək niyyətilə yerinə yetirilər. Halbuki, xalis niyyət Allah üçündür. Ona görə də Allah Təala niyyətə savab verər ki, həmin savab əməlin özündə olmaz””.

Həzrət Sadiq (ə) başqa yerdə buyurur: “Mömin insanın niyyəti onu cavidan behiştlik edər və kafir insanın niyyəti onun atəşə və cəhənnəmə daxil olmasını layiqli edər”.

Bəs necə edək ki, niyyətimiz ixlaslı olsun?

1. Etiqadı və tanımanı gücləndirmək. İmam Əli (ə) buyurur: “Allaha yəqin, niyyətin xalis və pak olmasına səbəb olar”. Ona görə də Allahı və sifətlərini tanımaq və İlahi elmə diqqət etmək bütün rəftar və əməllərimizə, hətta niyyətimizə belə təsir qoyacaq və qəlb hüzuru əldə etməyimizə səbəb olacaqdır. Başqa tərəfdən özümüzün nə qədər aciz və zəlil olmağımıza diqqət etməyimiz, niyyətimizin xalis olmasına yardım edəcəkdir.

2. İnsanlardan ümidi kəsmək. İmam Əli (ə) buyurur: “İxlasın başlanğıcı – insanların əlində olandan ümidi kəsməkdir”. Əməllərimizin çirklənməsinin səbəblərindən biri də budur ki, insan başqalarının yardımına ümid bəsləyir. Elə bilir ki, başqa insanlar onun çətinliklərini daha rahat aradan qaldıra bilərlər. Ona görə də Allaha söykənmək yerinə, Onun məxluquna ümid bəsləyirlər. Əgər insan başqalarına ümid etməkdən əl çəksə, niyyəti xalis olar.

3. İbadətlə məşğul olmaq. Əməldə ixlaslı olmağın yollarından biri – ibadət etməkdir. İmam Əli (ə) buyurur: “Daxilin paklığı – ibadət ağacının meyvəsidir”.

4. İnsani dəyərlərə diqqət etmək. İslam dininin nəzərinə görə, insan – Allahın yer üzündəki xəlifəsidir. Mömin o kəsdir ki, özünü ancaq Allaha təqdim edər. Çünki ancaq Allah insanın həqiqi dəyərini bilir və ona görə də onu baha qiymətə qəbul edir. Allah bəndəsinin ən kiçik xeyir işinə belə mükafat verir və onu behiştə aparır. Allah bəndəsinin niyyətinə də mükafat verir, baxmayaraq ki, həmin niyyəti əmələ keçməmişdir. Ona görə də o kəs ki, özünü behiştdən azına satar – zərər etmiş olar.

5. Gördüyü əməlin sonuncu olduğunu təsəvvür etmək. Əgər insan düşünsə ki, gördüyü əməl sonuncu əməlidir, onu ixlasla yerinə yetirər.//Deyerler.org

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..