Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Dekabr 14:49
Şərh Yoxdur
7909

Allah qorxusunun insanın rəftarına tərbiyəvi təsiri

Sual: Allah qorxusu məfhumu aydınlaşdıqdan sonra belə bir sual yaranır ki, Allah öz bəndələrini qorxutmaq əvəzinə başqa bir tərbiyəvi üsul seçə bilməzdimi? Olmazdımı ki, bəndələr mükafat vədi ilə doğru yola dəvət edilsin, günahdan çəkindirilsin?

Cavab: Qısaca belə cavab vermək olar, Allah-təala bizi daha yaxşı tanıdığından hansı üsulun daha təsirli olacağını bilir. Əzab vədi daha təsirli üsuldur və Allah öz peyğəmbərlərini qorxudan ünvanında göndərir. Quranda oxuyuruq: “Biz səni haqq olaraq müjdə verən və qorxudan ünvanında göndərdik. Aralarında qorxudan peyğəmbər olmayan heç bir ümmət olmadı.”[1]

Peyğəmbərlər həm müjdə, həm də əzab vədi ilə dəvət etsələr də, onlar daha çox qorxudan ünvanı ilə təqdim olunmuşlar.

Uyğun sualı psixoloji baxımdan da cavablandırmaq olar. Elmi və təcrübi üsullarla sübuta yetirilmişdir ki, qorxu hissi insanları işə daha çox təşviq edir. Demək olar ki, insanı təlaşa təhrik edən 90 faiz qorxudur. Təlaşa təşviq baxımından müjdə yalnız 10 faiz təsirə malikdir. İnsanlar adətən uğursuzluq qorxusundan çalışırlar. Tənbehdən, ata-ananın məzəmmətindən, ətrafdakıların qınağından qorxmayan insan adətən bir çox işlərdən, eləcə də təhsildən yayınır. Çox az tələbəni elmə sövq edən eşqdir. Bu səbəbdən də ata-ana öz övladlarını təhsilə təşviq etmək üçün onu uğursuzluğun pis aqibəti ilə qorxudurlar.

Əksərimiz həm cəhənnəm əzabına, həm də behişt nemətlərinə etiqadlı olsaq da, çox vaxt vəzifələrimizi əzab qorxusundan yerinə yetiririk. İnsanların çox az qismi savab və mükafat ümidi ilə öz vəzifəsini yerinə yetirir. Əlbəttə ki, bəzi işlərdə insanı fəaliyyətə təşviq edən təkcə ümiddir. Axı müəyyən işlərin yerinə yetirilməməsi müqabilində cəza nəzərdə tutulmamışdır. Bəli, müstəhəb işlər müqabilində savab nəzərdə tutulur və bu işləri tərk edənlər cəzalandırılmır. Əlbəttə ki, bu məqamda da mükafatı əldən çıxarmaq qorxusu olur.

Aydın olur ki, fərdi və ictimai həyatda bir çox rəftar və əməllərin hərəkətvericisi qorxudur. Çətinlik, nemətləri itirmək, hörmətdən düşmək qorxusu bu qəbil qorxulardandır. Amma axirət dünyasına inananlar üçün birinci gecə qəbir qorxusu, cəhənnəm qorxusu daha təsirlidir. Mənəvi baxımdan ali mərifət dərəcəsinə çatanlar üçün ən böyük və ən üzücü qorxu Allahın diqqətindən məhrumluq qorxusudur. Bəli, belə bir məhrumluq böyük əzabdır. Bu səbəbdən də Allah-təala əhd-peymanı pozanları məzəmmət edərkən onların diqqətdən məhrum edilməsini böyük əzab sayır və buyurur: “Allahın əhdini və öz andlarını ucuz qiymətə satanlar üçün axirət bəhrəsi yoxdur. Allah qiyamət günü onlarla danışmaz, onlara baxmaz, onları paklamaz. Onlar üçün ağrılı əzab olacaq.”[2]

Uşaqlar üçün aclıq ana nəvazişindən məhrumluqdan daha asan olduğu kimi, Allahla ünsiyyət şirinliyini dadanlar üçün cəhənnəm əzabından da ağır Allahın diqqətindən məhrumluqdur. Beləcə, Allahın lütf və diqqətindən məhrumluq qorxusu aşiqlər üçün bəndəlik vəzifələrinin yerinə yetirilməsində ən güclü mühərrikdir.

 

www.ahliman.info

[1] “Fatir”, 24

[2] “Ali-İmran”, 77

Digər “Mənəviyyat ” Xəbərləri

Qəzəb odu

İmam Baqir (ə) buyurmuşdur: إِنَّ هَذَا الْغَضَبَ جَمْرَةٌ مِنَ الشَّيْطَانِ تُوقَدُ فِي قَلْبِ ابْنِ آدَمَ “Qəzəb və əsəbilik Adəm övladının qəlbində şeytanın... Davamı..

AĞIL nədir?

AĞIL nədir? İmam Həsəndən (ə) soruşdular ki, “ağıl” nədir? Buyurdu: “Münasib fürsət yaranıncaya qədər çətinliklərə sinə gərmək, dözmək – (yersiz hərəkətə keçməmək).... Davamı..

Həqiqi müsəlmanın iki əlaməti

İslam Peyğəmbəri (s) buyurur: لاَ تَنْظُرُوا إِلَيٰ كَثْرَةِ صَلاتِهِمْ وَ صَوْمِهِمْ وَ كَثْرَةِ الْحَجِّ وَ الْمَعْرُوفِ وَ طَنْطَنَتِهِمْ بِاللَّيْلِ وَ لـٰكِنِ انْظُرُوا... Davamı..

Nəfsi təzkiyə etməyin əhəmiyyəti

Allah-Taala Qurani-Kərimin mübarək əş-Şəms surəsində 11 dəfə and içdikdən sonra 9 və 10-cu ayələrdə buyurur: «… قد افلح من زکاها و قد... Davamı..

“Yaxşılıq etdiyin adamın pisliyindən qorx”

اِتَّقِ شَرَّ مَنْ احْسَنْتَ اِلَیْهِ İmam Əliyə (ə) nisbət verilən bu söz əslində hədis deyil, Ərəb atalar sözüdür ki, bəziləri səhvən O... Davamı..

Qəlblərə daman elm yağışı

Loğman (ə) öz oğluna buyurur: يا بُنَيَّ… إِنَّ اللهَ عَزَّ وَ جَلَّ يُحْيِي القُلُوبَ بِنُورِ الْحِكْمَةِ كَمَا يُحْيِي الْأَرْضَ بِوَابِلِ السَّمَاءِ “Oğlum!... Davamı..

Cəmiyyəti məhv edən amillər

İslam Peyğəmbəri (s) buyurmuşdur: أرْبَعٌ لا يَدْخُلُ بَيْتاً وَاحِدَةٌ مِنْهَا إلاَّ خَرِبَ وَ لَمْ يَعْمُرْ بِالْبَرَكَتِ؛ ألْخِيَانَةُ وَ السَّرِقَةُ وَ شُرْبُ الْخَمْرِ... Davamı..

Şeytanın üzünü qaraldan əməl

Şeytanın üzünü qaraldan əməl عَنْ يُونُسَ بْنِ ظَبْيَانَ قَالَ: قُلْتُ لِلصَّادِقِ (ع): مَا الَّذِي يُبَاعِدُ عَنَّا إِبْلِيس؟ قَالَ (ع): الصَّوْمُ يُسَوِّدُ وَجْهَهُ... Davamı..