Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 Noyabr 13:58
Şərh Yoxdur
3345

Allah nə dünya, nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər

Elə ki asudə oldun, ibadətə çalış. Həvəslə Allahına tərəf üz tut.”[1]

 

Həzrət Muhəmməd (s) buyurur:

“Qiyamət günü ən ağır sorğu- sual, işlərini başqaları (nökər, xidmətçi və s) görən, özü isə başçılıq edən kimsə ilə olacaqdır. İş görmək zəhmət və əziyyət olsa da işsiz dayanmaq fəsad və pozğunluğa səbəb olar.” [2]

Allah nə dünya, nə də axirət işləri ilə məşğul olmayan sağlam işsiz insana nifrət edər.”[3]

“İki şey var ki, camaatın çoxunda fitnəyə (sınaq və ya fəsad) səbəb olar: sağlamlıq və asudəlik.”[4]

 

İmam Əli (ə) buyurur:

Nəfsin istəkləri asudəlikdən baş qaldırar.”[5]

“Bil ki, dünya sınaq və çətinlik sarayıdır. Bu sarayda insanın elə asudə və bekar bir saatı yoxdur ki, qiyamət günündə onda həsrət yaratmasın.”[6]

“Necə də xoşdur ki, insanın özü ilə elə saatları, elə anları olsun ki, heç bir çəkindirən onu həmin anlardan saxlamasın.”[7]

Əgər iş görmək zəhmət və əziyyətdirsə, daima işsiz qalmaq da fəsada və pozğunluğa gətirib çıxarar.”[8]

 

İmam Səccad (ə) (duada): “(İlahi!) Qəlblərimizi Səni xatırlamaqla hər bir yad etməkdən, dillərimizi Öz şükrünlə hər bir şükürdən, bədənlərimizi Özünə itaətlə hər bir başqa itaətdən qoru. Əgər bir işdə bizimçün işdən asudəlik müəyyən etmisənsə, onu sağlam asudəlikdən et ki, ondan bizə heç bir günah çatmasın. Bizdə məyusluq yaratmasın ki, pis əməlləri yazan mələklər günahların olmadığı boş əməl dəftəri ilə qayıtsınlar. Xeyir yazanlar bizə yazılan xeyir əməllərdən şad geri dönsünlər.”[9]

İmam Səccad (ə) (Məkarimul Əxlaq duasında): “İlahi! Məhəmməd və Onun ailəsinə salam göndər və məni məşğul edib (ibadət və bəndəliyindən) saxlayan işlərdən məni ehtiyacsız et. Məni sabah (qiyamətdə) barəsində sorğu-sual edəcəyin bir işə vadar et. Günlərimi naminə yaradıldığım məqsədin yolunda asudə et.”[10]

İmam Səccad (ə) (həmin duada):İbadətdə keçən sağlamlıq və səhhəti, iffətlə müşayət olunan asudəliyi mənə ruzi buyur.”[11]

İmam Səccad (ə) (Ərəfə gününün duasında): “İlahi güc və qüdrətindən olan güclə, qüdrətlə Sənin sevdiyin şeyləri yerinə yetirmək üçün asudəçiliyin və Sənə yaxınlaşmağa səbəb olanların naminə çalışmağın dadını mənə dadızdır. Mənə tərəf ərməğanlarından bir ərməğan göndər, ticarətimi xeyirli, dönüşümü ziyansız et. Məni Öz məqamından qorxut və Səninlə görüşə müştaq et.”[12]

 

İmam Kazim (ə):Böyük Allah çox yatan bəndəyə nifrət edir. Allah bekar bəndəyə nifrət edir.”[13]

 

www.ahliman.info

[1] İnşirah, ayə 7-8

[2] Tənbihul-xəvatir, c. 1, səh. 60

[3] Nəhcül-Bəlağənin şərhi, c. 17, səh.146

[4] əl-Kafi, c. 8, səh.152, hədis136

[5] Ğurərul-hikəm, hədis 9251

[6] Nəhcül-Bəlağə, məktub. 59.

[7] Ğurərul-hikəm, hədis 9684

[8] Biharul-Ənvar, c. 77,səh. 419, hədis 40

[9] Əs-Səhifətus-Səccadiyyə, səh.51, dua 11

[10] əs-Səhifətus-Səccadiyyə, səh. 81, dua 20

[11] əs-Səhifətus-Səccadiyyə, səh.87, dua 20.

[12] əs-Səhifətus-Səccadiyyə, səh. 200, dua 47

[13] Mən la yəhzuruhul-fəqih, c. 3, səh.169, hədis 635

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..