Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 İyul 15:26
Şərh Yoxdur
4048

Alimlər və ilahi rəhmət

İlahi alimlər Allahın geniş və sonsuz rəhmətinin şamil olduğu insanlardır. İmam Baqir (əleyhissalam) buyurur:

رَحِمَ اللّه عَبداً اًحيا العِلمَ

Allah rəhmət eləsin bizim elmimizi dirçəldən bəndəyə!”

Ravi «Elminizi dirçəltməyin mə’nası nədir?» – deyə soruşduqda həzrət buyurdu: “Din və təqva əhlinin ilahi elmlər barəsində mübahisəsi (müzakirəsi) elmlərin dirilməsinə səbəb olur.”[1]

İbrətli nöqtələr:

  1. Allahın rəhməti ali ilahi ne’mətlərdəndir və Yusif Peyğəmbər ən çətin şəraitlərdə deyir:

اِلاَّ مَا رَحِمَ رَبِّى

Allahın rəhmətinin nicat verdiyi şəxslərdən başqa (əmmarə nəfsi hamını pisliklərə sürükləyir).”[2]

Ariflərin mövlası Həzrət Əmirəl-mö’minin Əliyyibni Əbitalib (əleyhissalam) «Kumeyl» duasında mütəal Allaha xitab edərək ərz edir:

وَاِدخالَکَ اِيّایَ فی سَعَةِ رَحمَتِک

Məni özünün geniş rəhmətinə daxil et!”

Öz qələmləri, dilləri və təfəkkürləri ilə həqiqətlərin canlanmasına çalışan alim bəndələrə ilahi rəhmət şamil olur. Bundan da gözəl və yüksək bir məqam ola bilərmi?!

  1. Hər bir fərdin elmi bəhsləri və müzakirələri hər bir şəraitdə onu kamala və tərəqqiyə sövq edir. Hətta elmi mübahisələrdə dindarlıq və ilahi təqva ilə yanaşı olan yazı və söhbətlər bütün müvəffəqiyyətlərin açarıdır. Bu elmi yığıncaqlar və müzakirələr riyakarlıqdan, özünü bəyənməkdən, ilahi xüsusiyyəti olmayan hər bir şeydən pak olmalıdır ki, insanı alim və arifcəsinə olan me’raca çatdıra bilsin.

www.ahliman.info

________________________
[1] «Üsuli-kafi», 1-ci cild, səh.41

[2] «Yusif» surəsi, ayə:53

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..