Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
13 Sentyabr 12:51
Şərh Yoxdur
1332

Alimi əziz tutan Allahı və Peyğəmbəri (s) əziz tutmuşdur

Həzrət Peyğəmbər (s) buyurur: “Alimləri əziz tutun ki, onlar peyğəmbərlərin varisləridir. Hər kim onları əziz tutarsa, həqiqətən Allah və Rəsulunu əziz tutmuşdur”.

İmam Səccad (ə) buyurur: “Sənin elmi rəhbərinə görə boynundakı haqq odur ki, onu böyük tutub, hörmət edəsən. Ona yardım edəsən ki, sənə lazım olan elmi sənə öyrətsin. Belə ki, zehnini onun üçün boşaldasan və bütün idrak qüvvəsi ilə ona diqqət edəsən. Ürəyini istəklərdən pak edəsən. Gözünü ləzzət və şəhvətdən tərk olmuş halda ona dikəsən. Bil ki, elmi ondan elə öyrənməlisən ki, onun nümayəndəsi kimi bu elmi cahillərə öyrədə biləsən”. (Tebyan/Deyerler)

Həzrət Peyğəmbər (s) buyurur: “Alimlərin qarşısında təvazökar olun. Onları yüksək tutun, necə ki, mələklər alimləri yüksək tutarlar. Qanadlarını aşağı salar və onun üçün bağışlanma istəyərlər”.

Həzrət Peyğəmbər (s) buyurur: “Üç nəfəri heç kəs yüngül hesab etməz və təhqir etməz. O münafiqdən başqa ki, nifaqı hamıya aşkardır:

1. O kəs ki, saçını İslam yolunda ağartmışdır.

2. Xeyirli müəllim.

3. Adil rəhbər”.

 

Həzrət Peyğəmbər (s) buyurur: “Hər kim alimlərlə yoldaş olar, mənimlə yoldaş olar. Hər kim mənimlə yoldaş olar, sanki Allahla yoldaş və yaxın olmuşdur”.

 

www.ahliman.info

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..