Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
21 Oktyabr 23:44
Şərh Yoxdur
3998

İmam Zaman ağanın (ə.f) mübarək dilindən İmam Hüseynin (ə) 10 xüsusiyyəti

Hər bir dahi şəxsiyyəti yaxşı tanımaq üçün onun yaxınlarına sorğu-sual etmək lazımdır. Məsum İmamların (ə) sorağına gedərək, İmam Hüseyni (ə) tanıyaq.

İmam Hüseyni (ə) bizlərə tanıdan Məsum İmamların (ə) içərisində İmam Məhdi (ə.f) də vardır. Mərhum Abbas Qumi “Nəfsi məhmum” kitabında İmamın (ə.f) dilindən İmam Hüseyni (ə) bizlərə tanıdır. (Tebyan/Deyerler)

 

Belə ki, İmam Məhdi (ə.f) cəddi haqqında buyurur: “Sən, ey Hüseyn! Allahın Rəsulu (ə) üçün övlad, Quran üçün sənəd, ümmət üçün qol idin. Allaha itaətdə çalışqan, əhd və peymana qarşı hafiz idin. Fasiqlərin yolundan üz çevirmisən, ah çəkmisən, zəhmət və əziyyətə düşmüş insanın ahını. Sənin səcdə və rükuların uzun idi, dünyada zahid və təqvalı idin”.

İmam (ə.f) bu dəyərli kəlamları ilə bizə İmam Hüseynin (ə) on xüsusiyyətini tanıtmışdır.

 

1. İmam Hüseyn (ə) Peyğəmbərin (s) övladı idi.

2. O, Quranın sənədi və dayağı idi. Qurani-Kərim, İmam Hüseynin (ə) müqəddəs varlığına söykənərək yayılmağa başladı.

3. İmam (ə) ümmətin sınmaz qolu idi. İslam ümməti onun varlığı ilə daha qüdrətli və güclü idi.

4. İmam (ə) itaət yolunda çox çalışqan və səy göstərən idi.

5. Həzrət (ə) verdiyi sözə və bağladığı əhdə həmişə vəfalı olmuşdur.

6. O, fasiqlərin yolundan üz çevirmişdi və heç bir zaman onlara tərəf meyl etməmişdir.

7. İmam (ə) dərdli halda ah çəkir və onun bu ahı – zəhmətə və əziyyətə düşən insanın naləsi idi.

8. İmamın (ə) səcdə və rükusu uzun olardı və uzun müddət səcdə və rükuda qalardı. Belə görünür ki, İmam Zaman ağamız (ə.f) bu sözləri ilə İmam Hüseynin (ə) Məbuduna qarşı nə qədər aşiq olduğunu bildirmək istəmişdir.

9. İmam Hüseyn (ə) dünyaya qarşı rəğbətsiz və laqeyd idi. Çünki, o, həqiqi zahid idi.

10. Onun dünyaya qarşı baxışı, başqalarından fərqli olaraq, dünyadan qopmuşların baxışı idi. Dünyanın naz və neməti onun üçün əhəmiyyətsiz və dəyərsiz idi.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur.

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur. Misirli susur.... Davamı..

İMAM ƏLİNİN (Ə) HƏYATI

Adı Əli (ə), atasının adı Əbu Talib, anası Fatimə binti Əsəd, doğulduğu yer Məkkədə yerləşən Kəbə evi, doğulduğu tarix Peyğəmbərin (s) hicrətindən,... Davamı..

İmam Mehdinin (ə) həyatı

İmam Mehdinin (ə) doğum günü münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa məlumatı nəzərinizə... Davamı..