Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
22 İyul 12:11
Şərh Yoxdur
12

Ölülərin səsini heyvanlar da eşidir

Ölülərin səsini heyvanlar da eşidir
Həzrət Peyğəmbər (s) buyurur:
إنَّ المَوتَى ليُعذَّبونَ في قبورِهِم (عذابا)، حتَّى إنَّ البهائمَ لتسمعُ أصواتَهُم
“Həqiqətən, ölülər qəbirlərində (elə bir) əzaba məruz qalarlar ki, hətta heyvanlar belə onların (fəryad) səslərini eşidər.” – (Albani, “Səhihul-cameus-səğir və ziyadətuhu”, hədis:3741 (əl-Məktəbətul-İslami, Beyrut, 1408 hq, ç.3).
Oxşar bir hədis buyurur:
يُعَذَّبُونَ فِي قُبُورِهِمْ عَذَابًا تَسْمَعُهُ الْبَهَائِمُ
Həzrət Peyğəmbər (s) başqa bir hədisə buyurur:
لَولا أن لا تَدافَنوا لَدَعَوتُ اللهَ أن يُسمِعَكُم مِن عَذابِ القَبرِ
“Əgər (dəhşətdən) bir-birinizi dəfn etməyəcəyinizdən qorxmasaydım, qəbir əzabından [bəzi səsləri] sizə də eşitdirməsi üçün Allaha dua edərdim.”  (Heysəmi, “Məcməuz-zəvaid”, c.3, s.56, hədis:4291).
Bu hədis “Sahih-i Müslim” (Kitabul-Cənnə, hədis 2868 – Zeyd ibn Sabit və Ənəs ibn Malikdən) və Əhməd ibn Hənbəlin “Müsnəd”ində və Nəsainin “Sünən”ində eyni sözlərlə qeyd olunmuşdur.
P.S: məntiqi nəticə:
Ölülərin axirət aləmində fəryad etmələri üçün dilləri varsa, deməli eşitmək üçün qulaqları da var. Əgər onların səsini heyvanlar eşidirsə və lazım gələrsə, peyğəmbər (s) bizə də eşitdirə bilərdisə, deməli, onlar da bu dünyada baş verənləri icazəli olduqları halda görə və eşidə bilirlər.
Belə isə Allahın yanında sevimli olan şəxslərin və saleh insanların qəbrinə ziyarətə getməyin, onlara salam verməyin və onlardan dua etmələrini xahiş etməyin heç bir problemi yoxdur. Çünki onlar Allah yanında uca məqam sahibdirlər, bizi görür və eşidir, arzularımızı Allaha çatdırır və qəbulu üçün dua edirlər.
@mirmehemmed_beshir

Digər “Məqalələr ” Xəbərləri

VALİDEYN HÜQUQU

Artıq keçən dərsdən məlum oldu ki, İslаm dini ictimai dindir. Onun davamçıları Allaha xatir bir-birini sevir və səmimi dostluq əlaqələri qururlar. Burada... Davamı..

Quran həzrət Fatiməni (əleyhasəlam) tanıtdırır

Bəzi hədislərdə “Mişkat”ı həzrət Peyğəmbərin (sallallahu əleyhi və alih) mübarək vücudu və “Misbah”ı Əmirəl-mömininə (əleyhissəlam) yaxud Peyğəmbərin elminə və “Zücacə”ni Əmirəl-mömininə tətbiq... Davamı..

Müsibətlərin ən çətini: Şam, Şam, Şam!

Müsibətlərin ən çətini: Şam, Şam, Şam! İmam Zeynül-Abidin Əli ibn Hüseyn əs-Səccad (ə) əsirlikdə başlarına gələn ağır müsibətləri danışarkən Nöman ibn Münzər... Davamı..

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi?

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi? İmam Hüseyn (ə) Kərbəlada iki yerdə Həzrət Zeynəbi (ə) və Əhli-Beytini (ə) ağlamaqdan, üzə,... Davamı..

RÜM PADŞAHININ SƏFİRİ

İmam Zeynəlabidin (ə)-dan rəvayət olunur ki, İmam Hüseyn (ə)-ın kəsilmiş müqəddəs başını Yezidin yanına gətirdilər. Yezid şərab içir və İmamın (ə) başını... Davamı..

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi?

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi? İmam Hüseyn (ə) Kərbəlada iki yerdə Həzrət Zeynəbi (ə) və Əhli-Beytini (ə) ağlamaqdan, üzə,... Davamı..

Aşuradan ibrətlər

Aşuradan ibrətlər İlk dəfə Kufədən İmam Hüseynə (ə) dəvət məktubunu bu 4 nəfər yazdı: 1). Süleyman ibn Sürəd Xuzai – səhabə idi,... Davamı..

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR   Müslüm ibn Əqili, İbn Ziyadın Küfəyə gəlməsi xəbərini eşitdi. Müslüm, İbn Ziyadın onun Küfədə olduğundan xəbər... Davamı..