Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 İyul 12:08
Şərh Yoxdur
409

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən sonda və Bəni-Haşimdən öncə şəhid olan iki nəfərdən biridir. Çox vəfalı və bəsirətli bir kişi idi. Bəşir İmam Hüseynin (ə) karvanına Aşuradan bir neçə gün öncə Kərbəlada qoşuldu. O, Reydə əsirlikdə və həbsdə olan oğlunun sorağına gedəcəkdi. Buna görə də İmam Hüseyn (ə) ondan beyətini götürdü və gedə bilərsən dedi. Amma o özünü beyətdən azad etmədi və imamını tək buraxmayaraq dedi: “Əgər səni tək qoyarsam, yırtıcılar məni diri-diri yesinlər! Mən gedim?! Getmək üçün səndən minik istəyim?! Səni bu az əshabınla tək qoyum, özüm isə asudə xatirlə geri qayıdım?! Yox, heç vaxt bu belə olamayacaq! “ Aşura günü bütün əshab şəhid olmuşdu. Təkcə iki nəfər qalmışdılar. O iki nəfərdən biri Bəşir idi. İmamdan (ə) döyüşmək üçün icazə aldı. Düşmənlərə hücum çəkdi. İlk döyüşdə şəhid oldu. Mübarək məzarı Kərbəlada İmam Hüseynin (ə) ayaq tərəfində şəhidlərin ümumi dəfn olunduqları yerdədir. Bəzi qaynaqlarda adı Buşr ibn Ömər keçib. Cavad Mühəddisi, “Aşura ensiklopediyası”, s.65.

Digər “Mənəviyyat ” Xəbərləri

Allahı axtarmaq çağırışı insan varlığının dərinliyindən gəlir

İnsan mürəkkəb cism çərçivəsindən kənar, bədən moketi ilə əsla məhdudlaşmayan böyük həyati yönlərə malikdir. Maddi və fiziki kostruksiyanın sərhədlərini aşan cəhətlərin öyrənilməsi... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) uzaqdan ziyarəti (oxunuşu və tərcüməsi)

Əllamə Məclisi “Zadul-məad” kitabında yazır ki, Şeyx Müfid, Şeyx Şəhid və Seyid ibn Tavusun qeydlərinə əsasən, Peyğəmbəri-Əkrəmi (s) Mədinədən başqa yerlərdən (uzaqdan)... Davamı..

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..