Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
10 Aprel 13:19
Şərh Yoxdur
365

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər bir müsəlmanın üzərinə düşən ən başlıca vəzifələrdəndir.

Həzrət Peyğəmbər (s) və məsum imamlardan (ə) bu məzmunda bir çox hədis və rəvayətlər nəql olunmuş və onun əhəmiyyətinə xüsusi diqqət yetirilmişdir.

İndi isə baxaq görək qohumluq əlaqələrini kəsmək nə kimi nəticələr verir. Hər şeydən əvvəl qeyd etmək lazımdır ki, bu məsələ Qurani-Kərimdə də öz əksini tapmış və qohumluq əlaqələrini kəsənlərə bağışlanmayacaqları haqda ciddi xəbərdarlıq edilmişdir. Məhəmməd surəsinin 22-ci ayəsində deyilir:

«Əgər [Məhəmməd əleyhissəlamdan] üz döndərsəniz, sizdən yer üzündə fitnə-fəsad törətmək və [cahiliyyət dövründə olduğu kimi] qohumluq tellərini qırmaq gözlənilməzmi?!»

Başqa bir ayədə qohumluq münasibətlərini kəsənlər fitnə-fəsad törədənlər və ziyana uğrayanlar adlandırılır:

«O kəslər ki, Allahla [Ona iman gətirmək və itaət etmək barəsində] əhd bağladıqdan sonra onu pozur, Allahın birləşdirilməsini buyurduğu şeyləri parçalayır [möminlərlə dostluğu, qohum-əqrəba ilə əlaqələri kəsir] və yer üzündə fitnə-fəsad törədirlər. Məhz belələri [dünyada və axirətdə] ziyana uğrayanlardır!»[1]

Bu məzmunda həzrət Peyğəmbərdən (s) nəql olunmuş hədisdə deyilir:

«Qohumluq əlaqələrini kəsənlərə Allahın rəhməti şamil olmayacaqdır».

İmаm Baqir (ə)-dan nəql olunmuş rəvayətdə deyilir:

«Peyğəmbərin (s) kitabında deyilirdi: Qohumluq əlaqləri kəsildiyi zaman var-dövlət fitnə-fəsad törədən şəxslərin əlinə düşər».[2]

İmаm Baqir (ə) həzrət Əli (ə)-dan bu məzmunda nəql etdiyi başqa bir rəvayətdə buyurur: «Qohumluq əlaqlərinin kəsilməsi nəticəsində insanın var-dövlətinin soyğunçu və qarətçilərin əlinə düşməsinin bir neçə səbəbi ola bilər. Bunlardan biri də cəmiyyət üzvlərinin bir-birinə qarşı soyuq münasibət bəsləmələri və məsuliyyətsizlikdir. Təbii ki, belə bir şəraitdə cəmiyyətdə mövcud olan bəzi mənfi ünsürlər onlara nüfuz edərək asanlıqla var-dövlətlərini mənimsəyə və ya qarət edə bilərlər».

İmаm Sadiq (ə)-ın Həzrət Əli (ə)-dan nəql etdiyi rəvayətdə deyilir: «Bu üç xislətə malik olan şəxslər əməllərinin nəticəsini görməyincə dünyalarını dəyişməzlər. Zülmkarlar, qohumluq əlaqələrini kəsənlər, Allahla [dinlə] mübarizə məqsədi ilə and içən və yalan danışan şəxslər».[3]

[1] Bəqərə-27.

[2] Biharul-ənvar, 73-cü cild.

[3] Biharul-ənvar, 74-cü cild.

Digər “Mənəviyyat ” Xəbərləri

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..