Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
8 Aprel 13:16
Şərh Yoxdur
163

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK

XOŞA GƏLMƏZ RƏFTARLARDAN ÇƏKİNMƏK

Allah-taala Maidə surəsinin 23-cü ayəsində insanlara ata-ana ilə gözəl rəftar etməyin vacib olmasını xatırlatdıqdan sonra onlarla kobud rəftar etməyi qəti qadağan edərək buyurur:

«…Uf!-belə demə, üstlərinə qışqırıb acı söz söyləmə…»

Diqqət yetirmək lazımdır ki, insanın hər hansı bir səhv və ya kobudluqla rastlaşarkən etiraz əlaməti olaraq dilə gətirdiyi ən sadə və münasib söz «uf!» kəlməsidir. Deməli, Allah-taala bizlərə valideynlərə qarşı hətta belə bir kiçik kobudluğa yol verməməyimizi də qəti qadağan etmişdir.

İmаm Sadiq (ə) bu haqda buyurur: «Ən sadə kobudluq «uf!» deməkdir. Əgər bundan da sadə ifadə olsaydı, Allah-taala onu da qadağan edərdi»[1]

Əgər valideyinlərə «uf!» deməklə narazılıq bildirmək kobudluq sayılırsa, onda onları döymək, söymək və təhqir etməyin nə dərəcədə qəbahət və haram olması məlum məsələdir.

Məsum imamlardan (ə) nəql olunmuş bir çox hədis və rəvayətlərdə valideynə qarşı kobudluq edənlərin ağır əzablarla cəzalandırılacaqları göstərilir.

Peyğəmbərdən (s) nəql olunmuş hədisdə ata-anaya qarşı pis rəftar etmək Allaha şərik qoşmaq, döyüş meydanını tərk etmək kimi böyük günahlardan biri sayılır.

«Qiyamət günü Allah dərgahında böyük günahlardan biri də Allaha şərik qoşmaq, günahsız mömin bir şəxsi öldürmək, fərarilik və valideynə qarşı pis rəftar etməkdir».[2]

Başqa bir hədisdə deyilir: «Allah tərəfindən (valideynlərlə pis rəftar edənlərə) belə xitab olunar: İstədiyin hər bir işi gör və bil ki, səni bağışlamayacağam».[3] Yəni, valideynin üzünə qayıdanlar nə qədər xeyirxah işlər görsələr də Allahın nəzərindən uzaq olarlar. Lakin unutmaq olmaz ki, bütün günahları tövbə etməklə aradan aparmaq mümkündür və bu günah nə qədər böyük olsa da insan peşman olaraq Allah-taaladan bağışlanmasını diləyə bilər.

Valideynlərə qarşı edilən kobud rəftarlar haqda iki mühüm mətləbə işarə etmək lazımdır:

  1. Rəvayətlərdə göstərilən valideynlərə qarşı kobud rəftarların nümunələri;

İmаm Səccad (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Ata-anaya acıqla baxmaq və onlara qəzəblənmək valideynə qarşı kobudluq hesab olunur».[4].

Peyğəmbərdən (s) nəql olunmuş rəvayətdə deyilir: «Valideyni kədərləndirən şəxs onlara qarşı kobud rəftar etmiş olur».[5]

İsra surəsinin 24-cü ayəsindən və bu məzmunda nəql olunmuş bir çox rəvayət və hədislərdən bu nəticəyə gəlmək olаr ki, valideynə qarşı olunan hər hansı bir hörmətsizlik və kobud rəftar islam nöqteyi-nəzərindən haram və böyük günahlardan hesab olunur. Valideyn övladına qarşı haqsızlığa yol versə belə, övlad onlara qarşı kobudluğa yol verməməlidir.

İmаm Sadiq (ə)-dan nəql olunmuş rəvayətdə deyilir: «Allah-taala valideynə – övladına qarşı haqsızlığa yol versə belə – acıqla baxan şəxslərin namazlarını qəbul etməz».[6].

  1. Kobud rəftar etməkdən çəkinmək və gözəl davranmağın vacibliyi təkcə mömin və müsəlman valideynlərə deyil, eləcə də qeyri-müsəlman və müşrik valideynlərə də aiddir. Yəni, valideyn qeyri-müsəlman və müşrik olsa belə, onlarla gözəl rəftar edilməli və heç bir kobudluğa yol verilməməlidir. Loğman surəsinin 14-15-ci ayələrində bu haqda buyurulur:

«Biz insana ata-anasına yaxşılıq etməyi [valideyninə yaxşı baxmağı, onlarla gözəl davranmağı] tövsiyə etdik. Anası onu [bətnində] çox zəif bir halda daşımışdı. Uşağın süddən kəsilməsi isə iki il ərzində olur. [Biz insana buyurduq]: Mənə və ata-anana şükr et. Axır dönüş Mənədir!

Əgər ata-anan bilmədiyin bir şeyi Mənə şərik qoşmağına cəhd göstərsələr, [bu işdə] onlara itaət etmə. [Qalan] dünya işlərində onlarla gözəl keçin [onlara itaət et]…»

Ayənin məzmunundan belə qənaətə gəlmək olаr ki, valideyn qeyri-müsəlman, müşrik olsa və övladını Allaha şərik qoşmağa və ya Onu inkar etməyə vadar etsə də onlarla gözəl davranılmalı və kobudluğa yol verilməməlidir. Şübhəsiz ki, belə bir rəftar onlarda islama qarşı rəğbət hissinin yaranmasına, hətta onu qəbul etmələrinə də səbəb ola bilər.

Tarixdə baş vermiş hadisələrdən birində deyilir: İmаm Sadiq (ə)-ın vasitəsi ilə islamı qəbul etmiş Zəkəriyya ibn İbrahim deyir: İmаm Sadiq (ə) məni islam dini ilə tanış etdikdən sonra bu ilahi dini rəğbətlə qarşılayıb [qəbul edib] ondan soruşdum: Atam, anam və qohum-əqrəbamın hamısı məsihidirlər və anamın gözləri görmür. Mən onlarla birlikdə yaşayır, bir qabda yemək yeyirəm. Bunun bir nöqsanı varmı? İmаm Sadiq (ə) soruşdu: Onlar donuz əti yeyirlərmi? Dedim, nəinki yemir, hətta ona əl də vurmurlar. İmаm Sadiq (ə) buyurdu: Elə isə bunun heç bir nöqsanı yoxdur. Ananın qayğısına qal, onunla gözəl rəftar et və dünyasını dəyişdikdə onun dəfnini öz üzərinə götür.

Zəkəriyya deyir: Kufəyə imam Sadiq (ə)-ın yanına qayıdanadək onun tövsiyələrini yerinə yetirirdim. Anama yemək verir, paltarlarını yuyur və daim ona qulluq edirdim. Bir gün anam mənə dedi: Oğlum! Nə qədər ki, bizim dinimizdə idin, mənə nə belə qayğı göstərir, nə də belə qulluq edirdin. Dedim: Bizə bu xeyirxah işi Peyğəmbərin (s) övladlarından biri tövsiyə etmişdir. Anam dedi: O peyğəmbərdirmi? Dedim: Xeyr, lakin peyğəmbər övladıdır. Dedi: Yox, o peyğəmbərdir. Çünki bu peyğəmbər tövsiyələrindəndir. Dedim: Yox ana, o peyğəmbər deyil. Çünki bizim peyğəmbərdən (Həzrət Məhəmməddən (s)) sonra yer üzünə heç bir peyğəmbər gəlməyəcəkdir və o peyğəmbər övladıdır. Anam dedi: Oğlum! Sənin qəbul etdiyin din, dinlərin ən yaxşısıdır, məni bu dinlə tanış et.

İslаm dini haqda ona bəzi məlumatlar verdim və o da dediklərimi qəbul edib müsəlman oldu. Ona namaz qılmağı öyrətdim, эünorta və axşam namazlarını qıldı və həmin gün vəziyyəti ağırlaşdı və dünyasını dəyişdi. Onu müsəlmanlarla birlikdə islam qayda-qanunları ilə dəfn etdik.

MEHRİBANÇILIQ

İsra surəsinin 24-cü ayəsində valideynlərlə gözəl rəftar etmək və onlarla gülərüz və mehribanlıqla davranmaq tövsiyə olunur. İmаm Sadiq (ə) ayənin izahında buyurur: «Onlara gülər üzlə nəzər sal, səsini onların səsindən ucaltma, onlara əl qaldırma və yol gedərkən onlardan irəli keçmə».

O həzrət həmin ayənin «Pərvərdigara! Onlar məni körpəliyimdən [nəvazişlə] tərbiyə edib bəslədikləri kimi, Sən də onlara rəhm et» hissəsinə çatdıqda buyurdu: Səni döydükləri zaman (mehribanlıqla) söylə: Allah sizi bağışlasın![7]

[1] Yеnə оrаdа

[2] Ət-Тərğib vət-tərhib, 3-cü cild, səh-327.

[3] Kənzul-ummal.

[4] Biharul-ənvar, 74-cü cild səh-61

[5] Kənzul-ummal.

[6] Biharul-ənvar, 74-cü cild, səh-61.

[7] Biharul-ənvar, 74-cü cild, səh-39, Üsuli-kafi, 2-ci cild, səh-158

Digər “Mənəviyyat ” Xəbərləri

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ

QOHUMLUQ ƏLAQƏLƏRİNİN KƏSİLMƏSİ Artıq məlum oldu ki, qohum-əqrəba ilə gözəl münasibətdə olmaq, onların dərd-qəminə şərik çıxmaq, qarşılaşdıqları çətinliklərdə onlara köməklik etmək hər... Davamı..

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT

QOHUM-ƏQRƏBA İLƏ GÖZƏL ÜNSİYYƏT Hər bir müsəlmanın üzərinə düşən digər ictimai vəzifələrdən biri də qohum-əqraba ilə sıx ünsiyyətdə olması və onlarla gözəl... Davamı..

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək... Davamı..

 Həzrət Xədicənin vəfatı ili və günü barədə fərqli fikirlər var.

Lakin daha çox məqbul edilən fikir budur ki, o həzrət Məhəmməd Peyğəmbərin (s) peyğəmbərlik məqamına çatmasından yəni “besət” hadisəsindən 10 il sonra... Davamı..

Mübarək Ramazan ayının birinci gecəsinin əməlləri və duaları

Mübarək Ramazan ayının birinci gecəsinə məxsus əməllər və dualar aşağıdakılardan ibarətdir: 1. Ayın çıxmasını izləmək və gözləmək; 2. Ayı gördükdə üzü qibləyə dayanıb əlləri... Davamı..

Son fürsət! Təkcə bir gün qaldı!

Son fürsət! Təkcə bir gün qaldı! Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى... Davamı..

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı

Şəban ayının son gününün orucunu Ramazan ayının orucuna birləşdirməyin savabı حَدَّثَنَا أَحْمَدُ بْنُ مُحَمَّدِ بْنِ يَحْيَى الْعَطَّارُ قَالَ حَدَّثَنَا سَعْدُ بْنُ عَبْدِ... Davamı..

Mübarək Şəban ayının 15-ci gününün gecəsinə məxsus əməl və dualar

Mübarək Şəban ayının 15-ci gününün gecəsi çox mübarək bir gecədir. İmam Sadiq (ə) atası imam Baqirdən (ə) nəql edir ki, o həzrətdən... Davamı..