Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
1 Aprel 14:36
Şərh Yoxdur
419

Sevgi ilə qəzəbin və ya əzəmətlə gözəlliyin vəhdəti

Allah bəsit həqiqətdir, heç bir çoxluğa malik deyil. Bu səbəbdən də substansional atributları elə Onun substansiyasından ibarətdir. Deməli, Allahın gözəl adları tək və vahid substansiyasının əlamətləridir. Hər bir ad bütün substansional, atributiv və aktiv kamillik səciyyələrinə malikdir. Allahın adlarındakı fərqlər əhatəlilik və digər təsnifatlar nəzərə alınmadan öz əksini yalnız kamillik səciyyələrinin təzahürü və gizliliyində tapır. Yəni hər bir ad bütün ilahi kamillikləri ehtiva edir və onların hamısının daşıyıcısıdır. Lakin adlar arasındakı fərqlilik bu kamil səciyyələrin aşkar və gizliliyi ilə izah edilir. Buna görə də hər bir adın simvolik ifadəsi digər adların kamil səciyyələrinin də daşıyıcısıdır. Baxmayaraq ki, sözügedən kamil səciyyələr faktiki olaraq görünmür.

Allahın camal və cəlal adları müxtəlif rəmzlərə malikdir[1]. Haqqın qəzəbi sevgisində, sevgisi isə qəzəbində gizli şəkildə mövcud olduğu üçün Allahın qəzəb atributu öz miqyasında ilahi sevgiyə, sevgisi isə öz miqyasında ilahi qəzəbə malikdir. Qisas və müdafiə ayələri sevginin qəzəb örtüyündə gizlənməsini bariz şəkildə təcəssüm edir. Qəzəb atributunu simvolizə edən qisas, edam, ölüm, qan tökülməsi, fəth, intiqam, qəzəb, hökmranlıq, istila, dominantlıq və s. xüsusiyyətlər sevgini simvolizə edən həyat bəxş etmək, diriltmək, qanın qorunması, sevgi, sağaltmaq, şadlıq və s. xüsusiyyətlərlə müşayiət olunur.

Cəlal və camal sahibi olan Allah belə buyurmuşdur: “Ey ağıl sahibləri, bu qisas (qisas hökmü) sizin üçün həyat deməkdir.”[2] Yəni zahiri edam daxilən həyat bəxş etmə xüsusiyyətinə malikdir, başqalarının haqsız yerə öldürülməsinin qarşısını alır. Bu fərdi ölüm cəmiyyətin sosial həyatını təmin edir. Keçəri qəzəb davamlı sevgiyə səbəb olur. Müqəddəs müdafiə və yadların hücumları zamanı qaçılmaz müharibə ilə bağlı belə buyurmuşdur: “Ey iman gətirənlər! Peyğəmbər sizi, sizləri dirildəcək bir şeyə (imana, haqqa) dəvət etdiyi zaman Allahın və Onun Peyğəmbərinin dəvətini qəbul edin.”[3] Bu ayə Allah yolunda ölməyi məhv olmaq, cihad və müdafiəni əbəs bir addım hesab edən insanın şübhəsinə aydınlıq gətirmək üçün müharibə və müdafiə ayələri kontekstində nazil olmuşdur. Ayənin məzmununa əsasən ilahi qəzəbi simvolizə edən zülm və zorakılığa qarşı mübarizə, kin-küdurətə qarşı qiyam və nahaqqa qarşı müharibə ilahi sevgini simvolizə edən  haqqla sülh bağlamaq, haqq-ədalət qarşısında təslim olmaq, fərdin özünün və digərlərinin həyatını xilas etmək səciyyələri ilə müşayiət olunur.

Bütün səmavi göstərişlər həyat bəxş edəndir. Həyatilik xüsusiyyəti cihad və müdafiə üçün səciyyəvi olmadığı halda yuxarıda qeyd olunan ayə nahaqqla müharibə, Allah yolunda fədakarlığa şamil olur. Quran məntiqində qüvvələr döyüşə o zaman səfərbər edilməlidir ki, çağırışçıların dəvətinin qəbul edilməsi həyat zərurətini təmin etsin. Zülmə qarşı aparılan mübarizə, bu yolda atılan addım, cihad və döyüş meydanında iştirakdan sonra əldə edilən yüksək şəhidlik zirvəsi Quranda belə qiymətləndirilir: “Allah yolunda öldürülənləri (şəhid olanları) heç də ölü zənn etmə! Əsl həqiqətdə onlar diridirlər. Onlara Rəbbi yanında ruzi (cənnət ruzisi) əta olunur.”[4] Deməli, ilahi qəzəbi simvolizə edən müdafiə fərdi və sosial həyatı, sağlam dünya və axirət həyatını sığortalayır. Bu, sevginin qəzəb örtüyü ilə örtülməsi və ya qəzəb örtüyünün sevgi toxumunu əhatə etməsidir.

[1] Camal və cəlal – gözəllik və əzəmət və ya sevgi və qəzəb məfhumlarını ifadə edir.

[2] Bəqərə surəsi/179.

[3] Ənfal surəsi/24.

[4] Ali-İmran surəsi/169.

Digər “Mənəviyyat ” Xəbərləri

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ

MƏRİFƏTİN YEGANƏ YOLU-TƏCRÜBƏ Ümumi bir anlayış olan təcrübi düşüncə elmi-tədqiqat sahəsində bir vasitə kimi ortaya çıxanda, mütəfəkkirlər təkcə bu düşüncə ilə təbiətin... Davamı..

ALLAHA İMAN 1

ALLAHA İMAN Qədim zamanlardan bəri, insanlar tam fəlsəfi-mücərrəd təfəkkür, yaxud dəlil-sübut metodu ilə əldə olunan düşüncə mərhələsinə yetişməmişdən əvvəl Allaha inanıb, iman... Davamı..

Ayət namazı necə qılınır? – QAYDA

2026-cı ilin ikinci və sonuncu Günəş tutulması bu gün – avqustun 12-də baş verəcək.  Bakı vaxtı ilə Günəş tutulması saat 19:34-də başlayacaq... Davamı..

Ərbəin’ gününün əməlləri

İmam Hüseynin (ə) ərbəinində o həzrəti yaxından ziyarət etmək müstəhəbdir və o həzrəti həmin gün ziyarət edən birinci şəxs Cabir ibn Abdullah... Davamı..

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir

Bəşir ibn Əmr əl-Həzrəmi Bəşir Yəmənin Həzrəmut vilayətindəndir. Kərbəlada şəhid oldu. Adı Kərbəla şəhidlərinə məxsus Rəcəbiyyə ziyarətində də keçir. O, əshabdan ən... Davamı..

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən

“Səlvətul-Həzin” Qəmliləri xoşhal edən İmam Zeynülabidin Əli ibn Hüseyn əs-Səccad (ə) buyurub: Aşura günü atam (ə) bədəninin yaralarından qan gəldiyi halda məni... Davamı..

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır

“Allahın bəndəyə vacib etdiyi ilk iş namazdır. Ölüncəyədək öz qüvvəsində qalan iş – (və ölüm zamanı insan üçün qalan son ümid də)... Davamı..

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..