Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 Mart 12:33
Şərh Yoxdur
742

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur.

Misirli materialistlərdən biri mübahisə etmək məqsədilə Məkkəyə yollanır və İmam Sadiqlə (ə) görüşür. İmam (ə) “Suallarını ver”, – deyə buyurur.

Misirli susur.

İmam (ə) buyurur:

– Yerin altı və üstünün olduğunu qəbul edirsənmi?

Misirli:

– Bəli.

– Yerin altına girmisənmi?

– Xeyr.

– Yerin altından xəbərin varmı?

– Bilmirəm, ancaq güman edirəm ki, yerin altında nə isə var.

– Güman dəqiq bilmədiyin, əmin olmadığı məsələ qarşısında acizlik çəkməyindən xəbər verir.

– İndi, de görüm, göyə qalxmısan?

– Xeyr.

– Bilirsən, orada nə var?

– Xeyr.

– Nə qərbə gedib çıxmısan, nə şərqə, nə yerin altına getmisən, nə də göyə qalxıb göylərin fövqündə nələrin olduğundan xəbər tutmusan. Maraqlıdır ki, bütün bunları etmədiyin halda, onlarda olan varlıqları inkar edirsən. Heç ağlı başında olan bir adam da bilmədiyi şeyi inkar edər? (Gözünlə görmədiyin üçün Yaradanın varlığını necə inkar edirsən?)

– Bu vaxta qədər heç kəs mənimlə belə diskusiya aparmayıb.

– Deməli, sən Allahın varlığına şübhə edirsən, hesab edirsən ki, Allah ola da bilər, olmaya da bilər.

– Bəlkə də belədir.

– Bilməyən insanın əlində heç bir dəlil və sübut olmaz. Daha doğrusu, bilməyən adamın əli boş olar. Bil ki, bizim Allahın varlığı ilə bağlı heç bir şəkk-şübhəmiz yoxdur. Məgər günəş, ay, gecə və gündüzün yalnız öz orbiti üzrə hərəkət etdiyini görmürsənmi? Əər gedib-gəlmək onların öz gücləri daxilindədirsə, nə üçün gedib qayıdırlar? Nə üçün qayıdırlar? Əgər onların ixtiyarı öz əllərindədirsə, nə üçün gündüz gecə, gecə isə gündüz olmur? And olsun Allaha ki, onlar öz hərəkətlərində ixtiyarsızdırlar, fenomenləri öz orbitlərində Allah hərəkət etdirir, böyüklük və əzəmət Ona məxsusdur.

– Doğru deyirsiniz!

– Əgər insanları təbiət aparırsa, nə üçün geri qaytarmır, əgər qaytarırsa, nə üçün aparmır? Bil ki, bütün yer və göy Onun iradəsi altındadır. Nə üçün göylər yerə tökülmür? Nə üçün yerin təbəqələri bir-birinə qarışmır, göylərə qalxmır və yerin üzərində yaşayan insanlar bir-birinə yapışmır?

Misirli:

– Yerin və göyün rəbbi və sahibi olan Allah onları dağılıb məhv olmaqdan qoruyur.

Diskusiya bu yerə çatdıqda Misirlinin qəlbində iman işığı parladı, Haqqa təslim olub İslamı qəbul etdi[1].

Unutmamalıyıq ki, biz maddənin yönləri ilə həbs olunmuş və mütləq varlığı adi baxışla təsəvvür edə bilmirik. Əgər bir kəndliyə “Dünyada London adlı iri və əhalisi çox olan bir şəhər var” desək, onun təsəvvüründə öz kəndindən onlarla dəfə böyük bir kənd mənzərəsi canlanacaq. Təsəvvüründəki şəhərin binaları, əhalisinin geyim forması, həyat tərzi, insanların bir-birləri ilə münasibətləri və sair xüsusiyyətlərinin öz kəndlərindəki xüsusiyyətlərin bənzəri olduğunu düşünəcək.

Bu adamın reallıqdan uzaq olan təsəvvürünü islah etmək üçün ona deyə biləcəyimiz söz yalnız bu ola bilər ki, London sən fikirləşdiyin bu kəndlər kimi deyil, oradakı vəziyyət sənin öz kəndində gördüyün vəziyyət kimi deyil.

Biharül-ənvar, c.3, səh.51-52

[1] Biharül-ənvar, c.3, səh.51-52

Digər “Əhli-Beyt ” Xəbərləri

Bu gün xanım Fatimeyi-Məsumənin (s.ə) vəfat günüdür.

Bu gün qəməri təqvimi ilə rəbiüs-sani ayının 10-u yeddinci İmam Musa Kazımın (ə) qızı xanım Fatimeyi-Məsumənin(s.ə) vəfat günüdür. İmam Rza (ə) bir... Davamı..

8 Rəbius-sani – İmam Həsən Əskərinin (ə) mövlud günüdür.

İmamət və vilayət səmasının 11-ci ulduzu imam Həsən Əskərinin (ə) mövludu münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

İMAM SADİQİN (Ə) ŞƏXSİYYƏTİ Adi: Cəfər; Ləqəbləri: Sadiq, Tahir, Qaim, Kafil, Münci, Sabir, Müsəddiq, Mühəqqiq, Kaşifül-həqaiq; Künyəsi: Əbu-Əbdillah; Atası: imam Mühəmməd Baqir... Davamı..

İSLAM PEYĞƏMBƏRİNİN (S) HƏYATI

İslam Peyğəmbərinin adı Mühəmməd (s), məşhur künyəsi Əbülqasim, məşhur ləqəbləri Əhməd və Mustafa, bərəkətli ömrü isə 63 ildən ibarət olmuşdur. O həzrət... Davamı..

Hz. Peyğəmbər (s) haqqında dünya şöhrətli alim və tarixçilər nə deyiblər?

Hz. Məhəmməd Peyğəmbər (s) yalnız müsəlmanların deyil, əsrlər boyu müxtəlif dinlərə və dünyagörüşlərinə mənsub tarixçi, filosof və alimlərin də diqqətini cəlb etmiş... Davamı..

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik”

“Biz səni aləmlərə yalnız rəhmət olaraq göndərdik” Qurani-Kərim Hz. Məhəmmədin (s) peyğəmbərliyini yalnız bir qövmə və ya müəyyən bir dövrə aid etmir.... Davamı..

Quranda Hz. Məhəmmədin (s) Adı — Allahın Seçilmiş Elçisi

Hz. Məhəmməd (s) Allah-Taalanın bəşəriyyətə göndərdiyi sonuncu peyğəmbər və ilahi risalətin tamamlayıcısıdır. Qurani-Kərimdə onun mübarək adı “Məhəmməd” olaraq dörd dəfə, “Əhməd” olaraq isə bir dəfə açıq... Davamı..

Peyğəmbəri-Əkrəmin (s) xanım Xədicə (s.ə) ilə izdivacı

Rəbiül-əvvəl ayının 10-u İslam Peyğəmbəri (s) ilə xanım Xədiceyi-Kübranın (s.ə.) izdivacına təsadüf etdiyindən, bu barədə qısa məlumatı əziz oxucularımızın nəzərinə çatdırırıq:  ... Davamı..