Əvvəl deyirsən: ”Ya mən ərcuhu likulli xəyrin və amənə səxətəhu ində kulli şərr, ya mən yu`til kəsirə bil-qəlil, ya mən yu`ti mən səələhu, ya mən yuti mən ləm yəsəlhu və mən ləm yərifhu təhənnunən minhu və rəhmətən. Ə`tini biməsələti iyyakə cəmiə xəyrid-dünya və cəmiə xəyril axirəh, vəsrif ənni biməsələti iyyakə cəmiə şərrid-dünya və şərril axirəh, fə-innəhu ğəyru mənqusin ma əətəytə və zidni min fəzlikə ya Kərim.”
Tərcüməsi: “Ey o Kəs ki, Ondan bütün xeyirlərə ümidim var və bütün şərlər yanında Onun qəzəbindən aman axtarıram. Ey o Allah ki, mənim az əməlimin müqabilində çox əta edir. Ey o Allah ki, Ondan istəyənə əta edir. Ey o Allah ki, Ondan istəməyənə də əta edir. Və (hətta) Onu tanımayana da əta edir. İndi mən gəlmişəm, öz dilimlə istəyirəm. Sən Öz geniş rəhmətinlə mənə əta et. İlahi, Pərvərdigara! Mənə bu dünyanın və axirətin bütün xeyirlərini nəsib et. İlahi, məndən bütün bu dünyanın və axirətin şərlərini uzaq et!”
Sonra saqqalı varsa sol əli çənəyə (və ya saqqalı yoxdursa başa) qoyub (qadınlar sadəcə oxuyurlar), sağ əlin şəhadət barmağını qibləyə tərəf tutub bir qədər qaldıraraq deyirsən: “Ya zəl-cəlali vəl ikram, ya zənnə’mai vəl cud, ya zəlmənni vət-təvli, hərrim şəybəti ələn-nar” (sol əlini başına qoyan “şeybəti” sözünün yerinə “şəri ” desin).