Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
16 Noyabr 20:56
Şərh Yoxdur
963

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

Heç bir şey SALAVAT qədər dərdimə dəymir

İrfan və mərifət yolunun saliki, rəbbani alim, Həzrət Ayətullah Seyyid Bəhauddini (r.ə) buyurub:
Üç şey istər maddi və istərsə də mənəvi çətinlik, sıxıntı, problem və müşküllərin həlli üçün çox böyük təsirə malikdir:
1). Qoyun qurban kəsib fəqirlərə və yoxsullara paylamaq. Fəqirləri doyurmaq üçün tökülən qurbanlıq qanı çox bəla və çətinlikləri ortadan götür.
2). Kisa hədisi oxumaq və dua etmək. “Bəla dalğalarını dua ilə qaytarın” (hədis).
3). 14 min salavat zikr etmək – (və bu salavatların savabını peyğəmbərlərin, saleh insanların, övliyaların, şəhidlərin, vəsilərin, imamların, möminlərin və öz ölənlərinin ruhuna hədiyyə etmək). Bu 14 min salavatı qrup halında və bir neçə məclisdə də demək olar, mütləq bir nəfərin deməsi və bir dəfəyə deyilməsi şərt deyil.
(*** məsələn: 14 nəfər sözləşir ki, Cümə günü Sübh namazından Zöhr namazınacan və ya Cümə Axşamı gecəsi Şam namazından yatana qədər hər nəfər 1000 salavat filan müşkülün həlli üçün zikr etsinlər. Bu halda qrup şəkilində 14000 salavatı tamam zikr etmiş olurlar.)

Ölənlər üçün salavat zikr etməyin çox müsbət xüsusiyyətləri və faydaları var. Bəzən mən (müşküllərin həlli üçün) ölənlərə salavat hədiyyə edirəm, çox təəccüblü təsiri və nəticəsi olur.
Bir dəfə yuxuda gördüm ki, (tanıdığım insanlardan) bir nəfər bərzəx aləmində bir neçə əzaba düçar olub. Ona bir qədər salavat zikri hədiyyə etdim. Sonradan ikinci dəfə yuxuma gəldi, gördüm ki, əlhəmdulillah, salavatların savabı ona nicat verib.
Bir nəfər deyirdi ki, anam rəhmətə gedəndən sonra onu yuxuda gördüm. Anam yuxuda mənə dedi ki, oğlum, heç bir şey salavat qədər mənim ruhumu şad etmir, mənə göndərdiyin ən yaxşı hədiyyə salavat zikridir.

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..