Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Oktyabr 23:12
Şərh Yoxdur
6734

İmam Zaman ağanın (ə.f) ziyarətməsində Aşuranın tanıtımı

“Nahiyeyi-müqəddəsə ziyarəti” kitabında İmam Zaman ağanın (ə.f) Aşura ilə bağlı xatirələrini oxuya bilərik ki, mənbələri mötəbərdir. Bu ziyarət İmam Hüseyn (ə) inqilabını dərk etməyənlər üçün yaxşı bir dərs ola bilər. Bəziləri elə bilir ki, bu qiyamın əsasında iki qrup arasında münaqişə durur və nəticədə də İmam (ə) özünü və ailəsini bilərəkdən qurban verir. Bu cür təfəkkür ilə Aşura hadisəsinə göz yaşı tökməyin mənası və faydası olmaz. (Tebyan/Deyerler)

İmam Zaman ağa (ə.f) bu ziyarətdə buyurur: “Salam olsun, soyundurulmuş bədənlərə! Salam olsun, səhranın torpağına düşənlərə! Salam olsun, vətənlərindən uzaq düşənlərə! Salam olsun, kəfənsiz dəfn olunanlara! Salam olsun, başı bədənindən ayrılmışlara! Salam o kəsə ki, onun əhd və peymanı sındırılmışdır! Hörmət pərdəsi cırılmışdır, qanı zülmlə tökülmüşdür. Salam olsun, qana bulaşmış saqqala!”.

Bu qəmli salamlardan aydın başa düşmək olur ki, İmam Zaman ağa (ə.f) bizə Kərbəla səhnəsini tanıtmağa çalışmışdır. O, qədər qəmgin və hüznlüdür ki, söylədikləri salamlar canına işləmişdir. İmam Zaman ağa (ə.f) İmam Hüseynə (ə) xitab edərək buyurur: “Əgər Kərbəlada olsaydım, qılıncların itiliyindən səni qoruyardım. Canımla, malımla, bədənimlə səni düşmənə qarşı müdafiə edərdim. Övladlarımı sənə fəda edərdim. Zamanın təxirə düşməsinə və İlahi təqdirə görə səninlə düşmənçilik edənlərlə döyüşə bilmədim. Ancaq hər səhər və aşxam sənin üçün qanlı göz yaşı tökürəm”.

İmam Zaman ağa (ə.f) buyurur: “Şəhadət verirəm ki, sən namaz qılmısan, zəkat vermisən, əmr-be-məruf etmisən, münkər və düşmənçiliyi qadağan etmisən, Allaha itaət etmisən, itaətsizlik etməmisən. Allaha və onun kəndirinə çəng, vurub Onu razı etmisən”.

İmam Zaman ağa (ə.f) buyurur: “O zaman ki, sən məğlub oldun, həqiqət xəyanətə uğradı, ölüm elçisi Rəsulallahın (ə) qəbrinin yanında dayandı və göz yaşı tökən sənin ölüm xəbərini ona verdi və dedi: “Ey Rəsulallah! Qızının oğlu cavan şəhid oldu, nəsli və ailəsi mübah oldu. Səndən sonra övladları əsir oldu”. Və Peyğəmbər (s) bu xəbəri eşidib pərişan oldu. Ürəyi qəmləndi, mələklər və peyğəmbərlər (ə) ona başsağlığı verdilər. Anası Zəhra (s.ə) qəmgin oldu və yaxın mələklərin dəstəsi gəldilər və atan Əmirəl-mömininə (ə) başsağlığı verdilər. Sənin üçün matəm məclisi təşkil edildi. Hurilər sənə görə üzlərinə və başlarına vurdular. Səma və sakinləri, behişt və gözətçiləri, dağlar, dənizlər, Kəbə, İbrahim məqamı, Məscidul-haram – bunlar hamısı ağladılar”.

 

www.ahliman.info

Digər “Əhli-Beyt ” Xəbərləri

‘Mübahilə’ gününün əməlləri

Zil-hiccə ayının 24-ü  “Mübahilə” günüdür. (Mübahilə – iki nəfərin bir-birinə qarşı nifrin və qarğış etməsi.) Peyğəmbəri-Əkrəmin (s) həzrət İsanın (ə) allahlıq məqamında... Davamı..

İmam Kazimin (ə) həyatına qısa bir baxış

İmam Kazimin (ə) mövludu və dünyaya gəlişi münasibəti ilə əziz həmvətənlərimizi və oxucularımızı təbrik edir və o həzrətin həyatı ilə bağlı qısa... Davamı..

İMAM ƏLİYYƏN-NƏQİNİN (Ə) HƏYATINA QISA BİR BAXIŞ

Şiələrin onuncu imamının adı Əli, ən məşhur ləqəbləri Nəqi və Hadi, mübarək künyəsi “Əbülhəsən”dir. İmam Kazim (ə) və imam Rzanın (ə) künyəsi... Davamı..

Qədir-Xum hadisəsinin əhəmiyyəti

Qədir-Xum bayramını “Allahın böyük bayramı” adlandırmışlar; bu bayram İslam təqvimindəki bütün bayramlardan yüksəkdə duran bir bayramdır. Qədir-Xum bayramı daha dolğun bir mahiyyətə... Davamı..

İmam Baqir (ə) və zahidin nəsihəti

Yay fəslinin qızmar istisi bir qədər şiddətlənmişdi. Mədinə və ətraf əkin yerləri qızmar Günəş hərarətinə bürünmüşdü. Özünü zahid və abid hesab edən... Davamı..

İMAM CAVADIN (Ə) HƏYATI

İMAM CAVADIN (Ə) HƏYATI Doqquzuncu imamın adı Mühəmməd, künyəsi Əbu Cəfər, ləqəbi Təqi və Cavaddın. O həzrət 195-ci hicri-qəməri ilində Mədinə şəhərində... Davamı..

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam

Həzrət Məsumənin (ə.s.) həyatı ilə bağlı 7 maraqlı məqam Biz burada “Əhli-beyt kəriməsi” ləqəbi ilə tanınan Həzrət Məsumənin (ə.s.) vəfatı münasibətilə o... Davamı..

İMAM SADİQİN (Ə) HƏYATI

İMAM SADİQİN (Ə) HƏYATI İmam Sadiq (ə) 83-cü hicri-qəməri ilinin Rəbiül-əvvəl ayının on yeddisi Mədinə şəhərində dünyaya göz açmış və 148-ci hicri... Davamı..