Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
19 Oktyabr 20:30
Şərh Yoxdur
1067

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr, yəni yada salmaq, xəbərsiz qalmamaq və unutmamaq

Zikr yada salmaqdır. Yada salmaq xəbərsiz olmağın əksidir. Allahdan, vəzifə məsuliyyətindən xəbərsiz olmamaq, maddi mərhələdən sonrakı mələkut aləmində ilahi məmurlarla qarşılaşan həssas zamandan xəbərsiz olmamaq və qiyamətdə Allah qarşısında insanın böyük hesabatından xəbərsiz olmamaq. Bu xatırlamalar həlledicidir.

Quran müsəlmanlara müraciətlə buyurur: “Allahı çox yad edin!”[1] Zikr, yəni yad etmək. Zikr və yad etmək, xəbərsiz olmağın və unutmağın qarşı tərəfidir. Müxtəlif hadisələrə qərq olmaq və əsas məsələdən qəflətdə qalmaq Adəm övladlarının böyük bəlasıdır; istəyirlər belə olmasın. Bu yad etmək də yalnız yad edib xatırlamaq deyil. Bizdən çoxlu zikr istəmişlər.

Zikr, yəni yad etmək, xatırlamaq və diqqətli olmaq

Zikr  xatırlamaq və diqqətli olmaqdır. Quranın şərif ayəsi buyurur: “Həqiqətən, sizə elə bir kitab nazil etdik ki, onda sizin zikriniz var”.[2] Yəni Quranı bütün müsəlmanların zikr etməsinin və diqqətli olmasının vasitəsi kimi təqdim edir. Çünki çox insanlar zaman boyu dünya həqiqətlərindən, ən əsası Rəbbin müqəddəs zatından qafil olmuşlar.

“Zikr yalnız bəzi sözləri təkrarlamaq deyil, ilahi vəzifəni və Allahın nemətini yad etməkdir”.

Zikr yalnız bəzi sözləri tələffüz və təkrar etmək deyil. Bu sözlər zikr vasitələrindən biridir. Zikr isə Allahı yad etmək, vəzifəni yad etmək və ilahi neməti yad etmək deməkdir: “Allahın sizə verdiyi nemətini xatırlayın ki, siz bir-birinizə düşmən ikən O sizin qəlblərinizi birləşdirdi və Onun neməti sayəsində qardaş oldunuz”.[3] Əgər diqqət yetirsəniz, Quranda çox yerlərdə Allahın nemətini yad etməyə işarə vurulmuşdur.

Zikr, yəni həqiqəti yada salmaq

Bu böyük bəlanın qarşısını almaq, həmçinin onu müalicə etmək üçün Allahın dini insana zikri öyrətmişdir. Zikr – həqiqəti yada salmaqdır.

Zikr, yəni qafil olmamaq

Zikr və hidayət məsələsinə özümüzün əsas məsələmiz kimi diqqət yetirməliyik. Deməli, bu gün bizim xalqımızın düzgün diqqət yetirməyə ehtiyaclı olduğu mövzulardan biri də zikr və qafil olmamaq mövzusudur.

Zikr, ayıq olmaq

“Bu (Quran) aləmlərə yalnız bir zikrdir!”[4] Bu bütün bəşər üçün zikrdir, xatırlamadır, xatırlatmadır, xəbərdarlıqdır.

Zikr, günaha doğru getməyin maneəsi

Bəli, zikr nə deməkdir? Həzrət imam Baqir (ə) həmin hədisdə “hər bir halda Allahı yad etmək” məsələsini izah etmişdir: günaha doğru getdikdə Allahın zikri ona mane olur. Zikr odur ki, Allahı yad edib, günah etməsin – doğru olmayanı danışmağı, yalan deməyi, qeybət etməyi, haqqı gizlətməyi, insafsızlıq etməyi, təhqir etməyi, xalqın malını, beytül-malı, zəiflərin malını mənimsəməyi, yaxud onların barəsində diqqətsizlik göstərməyi və digər müxtəlif günahları etməsin. Bütün bunlarda insan Allaha diqqət yetirsin. Allah zikri insanın bu günahlara tərəf getməsinə mane olur. Sonra həzrət buyurur ki, bu, Quranın bir ayəsinin təfsiridir: “Allahdan qorxanlara şeytandan bir vəsvəsə toxunduğu zaman onlar (Allahı) xatırlayıb düşünərlər”.[5] Şeytan onlara yaxınlaşanda, onlara toxunanda, hələ tam canlarına düşməyəndə tez xatırlayarlar: “və dərhal görən olarlar”. Bu zikr onların gözlərinin açılmasına bais olur. Hər bir halda Allahı yad etməyin mənası budur.

Mənim əsas məqsədim olan sonrakı hədisin əvvəlində təxminən oxuduğum hədisə oxşar ibarələrlə həmin üç məsələ qeyd olunur. O hədisdə “hər bir halda Allahı yad etmək” vardır. Burada İmam Sadiqin (ə) hədisində isə “hər bir yerdə Allahı yad etmək” kimi göstərilmişdir. Lakin mənim nəzərdə tutduğum budur: Deyir hər bir halda Allahı zikr etmək dedikdə məqsədim bu deyil ki, “sübhanəllah vəl-həmdü lillah və la ilahə illəllah vəllahu əkbər”  – deyəsiniz. Bu, dil zikridir: “Baxmayaraq ki, bu da ondandır”. Yəni bu da zikrdir, bu da yaxşıdır, bu da dəyərlidir. Lakin mənim məqsədim təkcə bu deyil. Məqsəd budur ki, Allahın itaətinə, yaxud günaha doğru getdikdə Allahı yad et. Allahı belə yad etmək, Onun belə zikri nəzərdə tutulur. Düzdür, bizim rəvayətlərimizdə, bu dualarda, bu müxtəlif zikrlərdə, həzrət Zəhra (s.ə) təsbehində və digər zikrlərdə göstərilənlərin hamısı zikr vasitələridir. İnsan mənalara və həqiqətlərə diqqət yetirməklə bunları dilinə gətirməlidir, diqqət halı əldə etməlidir. Əlbəttə, bunlar çox dəyərlidir.

 

[1] Əhzab, 41

[2] Ənbiya,10

[3] Al-imran,103

[4] Yusuf, 104

[5] Əraf, 201

Digər “Mənəviyyat ” Xəbərləri

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi

Həzrət Cəbrayılın (ə) Peyğəmbərə (s) Kərbəla türbəti verməsi Əhli-Sünnənin böyük hədis alimi, fəqih və məzhəb imamı Əhməd ibn Hənbəl özünün “əl-Müsnəd” adlı... Davamı..

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu

İmam Hüseynin (ə) Kərbəladan qardaşına məktubu “Sanki dünya heç yox imiş və sanki axirət əzəldən var imiş” İmam Baqirdən (ə) rəvayət olunan... Davamı..

Aşura gününün əməlləri

İmam Hüseyn (ə) və Kərbəla şəhidlərinə əzadarlıq etmək. İmam Rza (ə) buyurur: “Allah-Taala, “Aşura” günü işlərini tərk edən şəxsin dünya və axirət... Davamı..

Tasua Gününün Əməlləri

1. Namazlar Gecənin sonunda 4 rükət namaz Hər rükətdə “Həmd” surəsindən sonra: Ayətül-kürsü – 10 dəfə “İxlas” surəsi – 10 dəfə “Fələq”... Davamı..

Məhərrəm ayının birinci gününün əməlləri

“Məhərrəm” – Əhli-beytin və şiələrinin matəm ayıdır. İmam Rzadan (ə) nəql olunur ki, Məhərrəm ayı daxil olanda, heç kim atam imam Kazimi... Davamı..

Qədir-Xum gününün əməlləri

Zil-hiccə ayının 18-i  “Qədir-Xum” gündür və İslamda ən böyük bayramlardan biridir. Bir rəvayətdə imam Sadiqdən (ə): “Müsəlmanların cümə günü, “Fitr” və “Qurban”... Davamı..

Qurban bayramının əməlləri

Zilhiccə ayının 10-cu günü  Qurban bayramıdır və çox şərəfli bir gündür. Həmin günün bir neçə əməli vardır. 1. Qüsl etmək; 2. Bayram... Davamı..

ƏRƏFƏ GÜNÜ – DUA GÜNÜ

Ərəfə” günü bütün rəmz və sirləri ilə birgə yenə gəlib çatmaqdadır. Mərifət günü, elə bir gün ki, qəlblərin baxışı səmaya dikəlib! “Ərəfat”... Davamı..