Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
18 Avqust 21:29
Şərh Yoxdur
990

“Mən elmin şəhəriyəm, Əli onun qapısıdır

“Mən elmin şəhəriyəm, Əli onun qapısıdır, şəhərə girmək istəyən gərək qapıya gəlsin”. «أَنَا مَدِينَةُ الْعِلْمِ و عَلِيٌّ بَابُهَا، فَمَنْ أَرَادَ الْمَدِينَةَ (العلم) فَلْيَأْتِ الْبَابَ‌» – (فلیأتها من بابها). Həzrət Peyğəmbər (s) Hakiş Nişaburi, “əl-Mustədrək ələs-səhihəyn”, c.5, s.330 (Darut-təəsil,1435 hq). Əhli-sünnənin məşhur hədis alimi Nişaburi bu hədisi səhih hesab etmişdir. Bəzi digər əhli-sünnə alimləri isə hədisin sənədini tənqid etmələrinə baxmayaraq, hədisi zəif bilənləri qınamış və bu hədisin ən azından “həsən” dərəcəsində olduğunu vurğulamışlar. Hədis şiə və sünni qaynaqlarında müxtəlif ibarələr ilə məna nəqli edilmişdir. Bu nəqllərin çoxluğu göstərir ki, hədis mötəbərdir, qondarma olduğunu deyənlər isə həmişəki kimi İmam Əlinin (ə) fəzilətlərini həzm edə bilməyənlərdir. Hədisin digər nəqlləri: أنا مدینة العلم و علىٌّ بابها فمن اراد العلم فلیأته من بابه (فَلیَأتِ بابَ المَدینَهِ) “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır, elm istəyən gərək elmin qapısından daxil olsun – (elm istəyən şəhərin qapısına gəlsin)”. أَنَا مَدِينَةُ الْعِلْمِ وَ عَلِيٌّ بَابُهَا فَمَنْ أَرَادَ الْعِلْمَ فَلْيَقْتَبِسْهُ مِنْ عَلِي‌ “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır, elm istəyən onu Əlidən öyrənsin”. (یا علی) أَنَا مَدِينَةُ الْعِلْمِ وَ أَنْتَ الْبَابُ، وَ كَذَبَ مَنْ زَعَمَ أَنَّهُ يَصِلُ إِلَى الْمَدِينَةِ لَا مِنْ قِبَلِ الْبَابِ (إلّا مِنَ البابِ) “Ey Əli, mən elmin şəhəriyəm, sən qapısan. Şəhərə qapıdan qeyrisindən girə biləcəyini güman edən kəs yalan danışmışdır.” أَنَا دَارُ الْحِكْمَةِ وَ عَلِيٌّ مِفْتَاحُهَا وَ لَنْ يُوصَلَ إِلَى الدَّارِ إِلَّا بِالْمِفْتَاحِ “Mən hikmət eviyəm, Əli onun açarıdır. Evə açardan qeyrisi ilə girilməz”. أنَا مَدینَهُ العِلمِ و عَلیٌّ بابُها، ولَن تُدخَلَ المَدینَهُ إلّا مِن بابِها “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır. Şəhərdən qapıdan qeyri yerdən girilməz”. أنا دارُ العِلمِ (الحِکمَهِ) و عَلِیٌّ بابُها “Mən elmin (hikmətin) eviyəm, Əli onun qapısıdır.” أنَا مَدینَهُ العِلمِ و عَلِیٌّ بابُها، فَمَن أرادَ البابَ فَلیَأتِ عَلِیّا “Mən elmin şəhəriyəm, Əli onun qapısıdır, qapını axtaran Əlini tapsın”. أَنَا مَدِينَةُ الْحِكْمَةِ (الحِکَمِ) وَ عَلِيٌّ (بنُ أبی طالِبٍ) بَابُهَا، فَمَنْ أَرَادَ الْحِكْمَةَ (المَدینَهَ ) فَلْيَأْتِ الْبَابَ (بابَها) “Mən hikmətlər şəhəriyəm Əli onun qapısıdır. Hər kəs (hikmət öyrənmək üçün) şəhərə girmək istəsə, qapıya gəlsin”. أنَا مَدینَهُ الحِکمَهِ و عَلِیُّ بابُها، ولَن تُؤتَی المَدینَهُ إلّا مِن قِبَلَ البابِ “Mən hikmət şəhəriyəm, Əli onun qapısıdır. Şəhərə qapısından qeyri bir yerdən girilməz”. یا عَلِیُّ، أنا مَدینَهُ الحِکمَهِ و أنتَ بابُها، فَمَن أتَی المَدینَهَ مِن البابِ وَصَلَ “Ey Əli, mən hikmət şəhəriyəm, sən onun qapısısan. Hər kəs şəhərə qapıdan girərsə, (məqsədə) çatar”. أَنَا مَدِينَةُ الْجَنَّةِ وَ عَلِيٌّ بَابُهَا، فَمَنْ أَرَادَ الْجَنَّةَ فَلْيَأْتِهَا مِنْ بَابِهَا “Mən cənnətin şəhəriyəm, Əli onun qapısıdır. Cənnəti istəyən qapıya gəlsin”. «أنَا مَدینَهُ الحِکمَهِ (و هِیَ الجَنَّهُ)، وأنتَ یا عَلِیُّ بابُها، فَکَیفَ یَهتَدِی المُهتَدی إلَی الجَنَّهِ ؟ ولا یَهتَدی إلَیها إلّا مِن بابِها!». “Mən hikmət şəhəriyəm (və o cənnətir), sən isə ey Əli, onun qapısısan. Belə isə hidayət yolunun yolçusu cənnətin yolunu necə tapmalıdır? Əlbəttə (cənnətə girmək üçün doğru yolu) təkcə qapıdan keçməklə tapa bilər”. P.S: Yazı uzun olmasın deyə bəzi oxşar nəqlləri mötərizə vasitəsi ilə bir mətnə yerləşdirmişəm. Hamısının mənbələrini də bu səbəbdən qeyd etmirəm. Bu hədislər çox sayda səhabə tərəfindən rəvayət edilmişdir. Bu hədis ümumilikdə hər iki məzhəbin qaynaqlarında mötəbər hesab edilir.

Digər “Hədislər ” Xəbərləri

Dörd әmәli yеrinә yеtirәnə Аllаh cәnnәtdә bir еv tikәr

Əgər insan Allahın razılığını qazanmaq, Allah bəyənən tərzdə yaşamaq, başqa sözlə, səadət və xoşbəxtlik yolunda addımlamaq istəyirsə, nümunəvi insanların həyat tərzi, rəftarları... Davamı..

Üsamə bin Zeyd deyir:

Üsamə bin Zeyd deyir: “Bir gecə hər hansı bir ehtiyacıma (işimə) görə Peyğəmbərin (s) qapısını döydüm. Peyğəmbər (s) bayıra çıxdı, lakin libasının... Davamı..

10 nəfər 10 şeyi gözləməsin:

10 nəfər 10 şeyi gözləməsin: 1. Təkəbbürlü adam özü barəsində başqalarından xoş söz və tərif eşitməyi. 2. Hiyləgər və hoqqabaz adam dostunun... Davamı..

Peyğəmbərin (s) ədəbindən idi…

Peyğəmbərin (s) ədəbindən idi… Günlərin birində Peyğəmbər (s) Mədinə məscidinin bir guşəsində tək oturmuşdu. Bu zaman məscidə müsəlmanlardan biri daxil oldu. Məsciddə... Davamı..

Əhli-beytə (ə) məxsus altı xislət və yeddi fəzilət

İmam Səccad (ə) Yezidin məclisində belə buyurmuşdur: أيُّهَا النّاسُ، اُعطينا سِتًّا، وفُضِّلنا بِسَبعٍ: اُعطينَا العِلمَ، والحِلمَ، والسَّماحَةَ، والفَصاحَةَ، والشَّجاعَةَ، والمَحَبَّةَ في قُلوبِ... Davamı..

“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi

1.“Rəsul”, “nəbi” və “mühəddəs” sözlərinin fərqi Büreyd İcli deyir ki, İmam Baqirdən (ə) “rəsul”, “nəbi” və “mühəddəs” haqda soruşduqda, o Həzrət buyurdu: الرَّسولُ... Davamı..

Bəzilərinə bəxş edilən xas nemət

1. Bəzilərinə bəxş edilən xas nemət İmam Cavad (ə): إِنَّ لِلّهِ عِباداً يَخُصُّهُمْ بدوامِ النِّعَمِ، فَلَا تَزالُ فيهِم ما بَذَلوا لَها، فَإذا... Davamı..

Qohumlara yaxşılığın təsirləri

1. Qohumlara yaxşılığın təsirləri İmam Rza (ə) buyurmuşdur: صِلَةُ الرَّحِمِ مَنْسَأَةٌ فِي الْأَجَلِ مَحْبَبَةٌ فِي الْأَهْلِ “Qohumlara yaxşılıq ölümü təxirə salır və ailədə məhəbbət yaradır.” (“Üsuli-kafi”,... Davamı..