Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
15 İyul 17:46
Şərh Yoxdur
66

RÜM PADŞAHININ SƏFİRİ

İmam Zeynəlabidin (ə)-dan rəvayət olunur ki, İmam Hüseyn (ə)-ın kəsilmiş müqəddəs başını Yezidin yanına gətirdilər. Yezid şərab içir və İmamın (ə) başını qarşısında qoyurdu. Günlərin bir günü Rum padşahının səfiri Yezidin məclisinə gəldi. O, Rumun böyük şəxsiyyətlərindən biri idi. Yezidə dedi: «Ey ərəbin padşahı, bu baş kimin başıdır?» Yezid dedi: «Sənin bu başla nə işin vardır?» Dedi: «Mən öz padşahımın yanına qayıdandan sonra, o, bütün gördüklərimi məndən soruşacaq; bu baş və onun sahibi haqqında da padşah üçün danışmaq istəyirəm, təki, sənin şadlığına şərik olsun». Yezid dedi: «Bu baş, Əli ibn Əbu Talibin oğlu Hüseyn (ə)-ın başıdır».

Dedi: «Anası kimdir?» Yezid: «Anası Rəsulallahın (s) qızı Fatimədir». Dedi: «Vay olsun sənə və sənin dininə! Mənim dinim sizin dininizdən yaxşıdır. (Rum səfiri Nəsrani dinində idi.) Çünki atam, Davud Peyğəmbərin (s) nəslindən idi, mənimlə Davud (ə) arasındakı ata-babam həddindən artıq çoxdur, amma Nəsranilər məni böyük şəxsiyyət kimi tanıyırlar. Davud Peyğəmbərin (s) nəslindən olduğuma görə onlar mənim ayaqqabımın torpağını təbərrük üçün aparırlar. Amma siz öz Peyğəmbərinizin (s) qızının oğlunu öldürürsünüz, halbuki, Onun (Hüseyn (ə)-ın) və Peyğəmbərinizin (s) arasında bir qadın fasilə salıbdır. Sizin bu dininiz necə bir dindir?!» Sonra Rum səfiri Yezidə dedi: «Hafir» kilsəsi haqqında eşitmisənmi?»

Yezid: «De eşidim». Rum səfiri dedi: «Çin və Oman ölkəsi arasında bir dərya vardır. O dəryadan keçmək bir il çəkir. Orada heç bir abadlıq yoxdur. Yalnız dəryanın ortasında bir şəhər vardır. Şəhərin ərazisi səksən fərsəxdir. Yer üzündə ondan böyük şəhər yoxdur.

Həmin şəhərdən başqa ölkələrə yaqut və kafur aparırlar. Orada ud və ənbər ağacları mövcuddur. Bu şəhər Nəsranilərin əlindədir. Nəsranilərin padşahından başqa heç bir padşah orta yoxdur. Orada çoxlu kilsələr vardır. Ən böyük kilsə «Hafir» kilsəsidir. Onun mehrabında qızıl qutu asılıbdır. Qutunun içində bir ulağın dırnağı vardır. Deyirlər ki, həmin ulağı İsa Peyğəmbər (ə) minibdir. Qutunu ipək parçalarla büküblər. Nəsranilər hər il həmin kilsəni ziyarət etmək üçün uzaq yerlərdən gəlirlər və qutunun ətrafında təvaf (başına fırlanmaq) edirlər. Onu öpürlər. Onlar həmin kilsədə Allahdan öz hacətlərini istəyirlər. Bəli! Nəsranilər həmin dırnağa bu cür hörmət qaildirlər. Çünki, güman edirlər ki, İsa Peyğəmbərin (ə) ulağının dırnağıdır. Amma siz öz Peyğəmbərnizin övladını öldürürsünüz. Təəccüb edirəm sizə və sizin dininizə!»

Yezid dedi:«Bu Nəsranini öldürün! O, məni öz məmləkətimdə rusvay etdi». Nəsrani (Rum səfiri) öz ölümünü hiss edərək Yezidə dedi: «Sən məni öldürürsən?»Yezid: «Bəli». Nəsrani: «Dünən gecə sizin Peyğəmbərinizi (s) yuxuda gördüm. O mənə buyurdu: «Ey Nəsrani sən Behişt əhlisən». Mən Onun verdiyi bu şad xəbərə təəccüb etdim. İndi isə Onun sözünü başa düşdüm və deyirəm: «Әşhədu əlla ilahə illəllahu və əşhədu ənnə Muhəmmədən Rəsulullah!» Sonra Rum səfiri müqəddəs başını götürüb bağrıma basdı. O, Həzrətin başını öpür və ağlayırdı. Nəhayət Yezid (Allah ona lənət etsin) Ruh səfiri öldürtdürdü.

Digər “Məqalələr ” Xəbərləri

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi?

İmam Hüseyn (ə) Həzrət Zeynəbi (s) ağlamaqdan çəkindirirmi? İmam Hüseyn (ə) Kərbəlada iki yerdə Həzrət Zeynəbi (ə) və Əhli-Beytini (ə) ağlamaqdan, üzə,... Davamı..

Aşuradan ibrətlər

Aşuradan ibrətlər İlk dəfə Kufədən İmam Hüseynə (ə) dəvət məktubunu bu 4 nəfər yazdı: 1). Süleyman ibn Sürəd Xuzai – səhabə idi,... Davamı..

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR   Müslüm ibn Əqili, İbn Ziyadın Küfəyə gəlməsi xəbərini eşitdi. Müslüm, İbn Ziyadın onun Küfədə olduğundan xəbər... Davamı..

”TƏBLİĞ” AYƏSİ VƏ QƏDİR-XUM” HADİSƏSİ

Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində buyurulur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ... Davamı..

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?”

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?” Cavab: Tival surələr (uzun) Quranın ən uzun yeddi surəsidir: Bəqərə, Ali-İmran, Nisa,... Davamı..

Ən yaxşı sədəqə: zəifə və məzluma kömək etməkdir

İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlikdən öncəki həyatı və cavanlıq dövrü də kamil bir insanın həyat tərzi olub. Bunun dəlillərindən biri də... Davamı..

Quranın surələrə bölünməsinin səbəbi

Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da... Davamı..

Hacı Əhliman Rüstəmovun rəsmi səhifəsinin Telegram kanalı yaradılıb

Telegram istifadəçiləri olan oxucularımız artıq saytın məlumatlarını Telegram kanalımızda da oxuya bilərlər. İstifadəçilər www.ahliman.info-nun rəsmi Telegram səhifəsinə (t.me/ahliman_info) abunə olmaqla saytımızın bütün... Davamı..