Hacı Əhliman Rüstəmovun informasiya bloku


Fəcr | Gün | Zöhr | Şam | Gecə
29 İyun 15:56
Şərh Yoxdur
122

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR

MÜSLİM HANİNİN EVİNƏ PƏNAH APARIR

 

Müslüm ibn Əqili, İbn Ziyadın Küfəyə gəlməsi xəbərini eşitdi. Müslüm, İbn Ziyadın onun Küfədə olduğundan xəbər tuta biləcəyindən təşviş etdi. Çünki İbn Ziyad Müslümin Küfədəki fəaliyyətlərinin qarşısını ala bilərdi. Buna görə də Müslüm Muxtarın evindən çıxıb Haninin evinə getdi. Hani onu öz evində gizlətdi. Bu hadisədən sonra şiələr artıq Haninin evinə get-gəl edirdilər. İbn Ziyad Müslümin yerini öyrənmək üçün bir neçə casus təyin etmişdi. O, Müslümin yerini öyrəndi. İbn Ziyada Mühəmməd ibn Əşəsi, Əsma ibn Xaricəni və Əmribn Həccaçı öz yanına çağırıb dedi: «Nə üçün Hani bizimlə görüşməyə gəlmir?»Onlar dedilər: «Bilmirik, amma deyirlər ki, Hani xəstədir». İbn Ziyad dedi: «Eşitmişəm Hani sağalıbdır və evinin qabağında küşədə oturur. Əgər bilsəm xəstədir, onu yoxlamağa gedəcəyəm. Əvvəl siz gedib ona deyin ki, bizim haqqımızı tapdalamasın və bizimlə görüşməyə gəlsin. Çünki, onun kimi şərafətli insanın məndən uzaqlaşmasını istəmirəm».

Həmin üç nəfər axşam Haninin evinə getdilər. Onlar Haniyə dedilər: «Nə üçün İbn Ziyadla görüşməyə gəlmirsən? Halbuki, İbn Ziyad sənin hal-əhvalını bizdən soruşur. İbn Ziyada dedi ki, əgər Hani xəstə olsa, onun əyadətinə gedəcəyəm. O, eşidibdir ki, axşamlar keçədə oturursan və onunla görüşməyə getmədiyin üçün naratdır. Qüdrətli şəxs sənin kimi qəbilə başçısının etinasızlığına dözə bilməz. Allaha and veririk ki, atını minib bizimlə onun görüşünə gedəsən».

Hani paltarını dəyişib öz atına mindi və onlarla İbn Ziyadın yanına getdi. «Darül-imarə» sarayına yaxınlaşdılar. Haninin ürəyinə nə isə dammışdı. O narahat idi. Buna görə də Həssan ibn Əsma ibn Xaricəyə dedi: «Qardaş oğlu, and olsun Allaha, mənim İbn Ziyaddan gözüm su içmir. Bu haqda sən nə fikirləşirsən?» Həssan dedi: «Əmi, and olsun Allaha! Mənim sənin barəndə heç bir qorxum yoxdur, bu fikirləri başından çıxart».

Əlbəttə, Həssan, İbn Ziyadın Hanini nə üçün çağırdığını bilmirdi. Hani, ibn Ziyadın yanına getdi. İbn Ziyadın gözü Haniyə sataşan kimi dedi:

 

أَتَتکَ بِخَائِنٍ لَکَ رِجلاهُ

«Hər kəs sənə xəyanət etmək istəsə, onu öz ayaqları sənin yanına gətirəcək».[1] Sonra İbn Ziyad yanında oturan Şüreyh Qaziyə üzünü çevirib, Haniyə işarə edərək bu beyti dedi:

 

غَدِیرُکَ مِن خَلِیلِلکَ عَن مُرَاد                 أُرِیدُ حَیَاتَهُ و یُرِیدُ قَتلِی

İbn Ziyadın Haniyə işarə edərək beyti oxumaqdan məqsədi bundan ibarətdir: «Mən Haninin yaşamağını istəyirəm, amma o, mənim ölümümü istəyir. O öz evində mənim əleyhimə iş görür». Hani dedi: «Ey əmir, bu sözlərdən məqsədin nədir?» İbn Ziyad qışqıraraq dedi: «Kəs səsini ey Hani! Bu nə deməkdir ki, öz evində Yezidin və müsalmanların əleyhinə iş görürsən. Müslüm ibn Əqili öz evinə aparıb, onun üçün silah, döyüşçü hazırlayıb, onları öz evinin ətrafındakı evlərdəgizlədibsən?!» Hani dedi: «Mən bu cür iş görməmişəm». İbn Ziyad dedi: «Xeyir, sən bu işləri görübsən». Hani yenə də inkar etdi. İbn Ziyad: «Qulum Müəqqələ deyin ki, bura gəlsin».

Müəqqəl İbn Ziyadın casusu idi. O, Müslimin və onun dostları haqqındakı xəbərləri toplayıb, çoxlu sirlərini İbn Ziyada demişdi. Müəqqəlgəlib İbn Ziyadın yanında durdu. Bunu görən Hani başa düşdü ki, Müəqqəl casus imiş. Müəqqəl hiyə işlədərək Haninin evinə gedib, Müslümü orada görmüşdü.

Hani dedi: «Ey əmir, and olsun Allaha! Mən Müslümü öz evimə dəvət etməmişəm. O, özü mənim evimə pənah gətiribdir. Mən də utandığımdan onu geri qaytara bilmədim və öz evimdə ona yer verdim. Buna görə də onu qorumaq mənim öhdəmə düşdü və onu qonaq kimi qəbul etdim. İndi ki, sən bu məsələni bildin, icazə ver gedim ona deyim ki, mənim evimdən çıxıb getsin. Hara istəsə getsin, təki, mən öz öhdəmdə olan vəzifəmi yerinə yetirim». İbn Ziyad dedi: «And olsun Allaha! Müslimi bura gətirməsən, səni heç yerə buraxan deyiləm». Hani İbn Ziyada kəskin və qətiyyətlə cavab verdi: «And olsun Allaha, mən heç vaxt Müslimi sənə təhvil verməyəcəyəm! Ey İbn Ziyad! Sən istəyirsən ki, öz qonağımı sənin əlinə verim və sən də onu öldürəsən?» Haninin cavabında qəzəblənmiş İbn Ziyad dedi: «And olsun Allaha, onu sənin əlinlə gətirdəcəyəm!» Hani dedi: «And olsun Allaha, mən onu gətirməyəcəyəm!»

Hani ilə İbn Ziyadın arasında şiddətli mübahisə getdiyi üçün Müslüm ibn Əmr Bahili dedi: «Ey Əmir! İcazə ver, mən özüm Hani ilə ayrıca söhbət edim». O, ayağa qalxıb Hanini «darül-imarə»nin başqa otağına apardı. İbn Ziyad onları görür və söhbətlərini eşidirdi. Müslüm ibn Əmr Haniyə dedi: «Ey Hani! Səni and verirəm Allaha, özünü ölüm ayağına vermə və öz qəbiləni müsibətə salma! And olsun Allaha, mən səni ölümdən qurtaracağam. Müslüm ibn Əqili bu camaatın əmisi oğludur. Onu öldürməyəcəklər və ona zərər yetirməyəcəklər. Sən Müslümi ibn Ziyada təslim et. Bu iş sənin üçün ar deyil. Çünki sən onu sultana təhvil verirsən, sultana təslim etmək nöqsan deyil». Hani dedi: «And olsun Allaha, bu iş məni rusvay edər. Müslüm mənim evimə pənah gətirib və o, mənim qonağımdır. Mən Peyğəmbər (s) övladını, İmam Hüseyn (ə)-ın nümayəndəsini heç vaxt düşmən əlinə vermərəm. Halbuki, qolum qüvvətli və köməyim çoxdur. And olsun Allaha, əgər heç kəs mənə kömək etməsə, yalqız qalsam və məni öldürsələr də Müslümü düşmənə təhvil etməyəcəyəm». Müslüm ibn Əmr Bahili ona and verməyə başladı və lakin Hani deyirdi: «And olsun Allaha, onu İbn Ziyada təslim etməyəcəyəm».

Bunu eşidən İbn Ziyad əsəbiləşib dedi: «Onu mənim yanıma gətirin!» Hanini onun yanına apardılar. İbn Ziyad dedi: «And olsun Allaha! Əgər Müslümi təhvil verməsən, başını bədənindən ayıracağam». Hani qeyzlə dedi: «Əgər məni öldürsən, evinin ətrafını qılınclar bürüyəcək».[2] İbn Ziyad dedi: «Ey biçarə, məni qılınclarla qorxudursan?»

Hani elə fikirləşirdi ki, tayfası onun nə halda olduğunu biləcək. Səbir kasası dolmuş İbn Ziyad dedi: «Onu mənim yanıma gətirin!» Hanini İbn Ziyadın qarşısında oturtdular. O, əlindəki ağacla Hanini döyməyə başladı. O gədər vurdu ki, Haninin burnu sındı, paltarı al-qana bulaşdı və üz-közü yaralandı. Nəhayət, ağac sındı. Bunu görən Hani əlini atıb qarovulçulardan birinin qılıncını götürmək istədi. Lakin həmin qarovulçu Haniyə imkan vermədi və onun yaxasında tutaraq möhkəm saxladı. İbn Ziyad qışqırdı: «Onun əl qolunu bağlayın!»Hanini sürüyə-sürüyə «darül-imarə»nin otaqlarından birinə saldılar, otağın qapısını bağlayıb İbn Ziyadın fərmanı ilə bir neçə gözətçinin nəzarəti altında onu saxladılar. Bu zaman Əsma ibn Xaricə ya da Həssan ibn Əsma ayağa qalxıb dedi: «Ey əmir, bizə əmr etdin ki, Hanini sənin yanına gətirək, biz də onu gətirdik. Sən isə onun üz gözünü əzib, saqqalını qana buladın. İndi də onu öldürmək istəyirsən?»İbn Ziyad əsəbiləşib dedi: «Sən də bizim yanımızdasan?» O, əmr etdi ki, onu da döysünlər.Məmurlar onu susana qədər döydülər. Sonra əl qolunu bağlayıb zindana saldılar. Əsma ibn Xaricə (ya Həssan ibn Əsma) özünü bu halda görüb dedi:

 

إِنَّا لِلَّهِ وَإِنَّا إِلَيْهِ رَاجِعُونَ

«Hamımız Allah tərəfindən gəlmişik və Allaha tərəfinə qayıdacağıq».[3] O, Haninin «darül-imarə»yədaxil olmamışdan söylədiyi sözləri yadına salıb dedi: «Ey Hani! İndi mən öz ölümümü sənə xəbər verərərm».

Əmr ibn Həccacın qızı Rəvihə Haninin əyalı idi. Əmr ibn Həccac Haninin ölüm xəbəri eşitdi. O, Məzhəc tayfasının hamısını toplayıb, «darül-imarə»ni mühasirəyə alaraq uca səslə dedi: «Mən Əmr ibn Həccacam və bu cəmiyyət Məzhəc tayfasının döyüşçüləri, böyük şəxsiyyətləridir. Biz padşahın itaətindən boyun qaçırmayıb və müsalmanlardan ayrılmamışıq. Lakin eşitmişik ki, bizim rəhbərimiz Hanini öldürüblər».

İbn Ziyad onların «darül-imarə»ni mühasirəyə almasını və söhbətlərini eşidəndən sonraŞürey Qaziyə əmr etdi: «Get, Hanini gör və onun tayfasına de ki, Hani diridir!» Şürey, İbn Ziyadın əmrini yerinə yetirdi və onlara dedi: «Hani ölməyibdir. O, «darül-imarə»də ibn Ziyadın qonağıdır». Məzhəc tayfası Şüreyhə inanıb öz evlərinə qayıtdılar.

 

MÜSLİM İBN ƏQİLİN QİYAMI

 

Haninin ölüm xəbəri Müslüm ibn Əqilə çatdı. Müslüm ibn Əqili onunla beyət edənlərin hamısını bir yerə toplayıb, ibn Ziyadla müharibə etmək üçün evdən çıxdı. İbn Ziyada «darül-imarə» sarayına pənah apararaq onun qapılarını bağlatdırdı. Müslümin dostlarıilə ibn Ziyadın qoşunu arasında şiddətli döyüş başladı. İbn Ziyad onların «darül-imarə»də bir yerdə olanlar sarayın başına çıxıb, Müslümün köməkcilərini qorxutmaq üçün deyirdilər, Şam (indiki Suriya) qoşunu Küfəyə gəlir. Həmin gün bu minval ilə sona çatdı, gecə oldu və hava qaraldı. Müslimin köməkçiləri yavaş-yavaş aradan çıxmağa başladılar. Onlar bir-birinə deyirdilər: «Nə üçün biz fitnə odunu alovlandıraq?Yaxşısı budur ki, öz evimizdə oturaq, nə Müslümü qoşulaq, nə də ibn Ziyada. Allah-Təala özü onların işini həll edəcək». Hamı getdi. Müslüm yalnız on nəfər qalmışdı. Bu zaman Müslüm şam namazını qılmaq üçün məscidə getdi. Həmin on nəfərdə Müslümlə birlikdə getdilər. Belə bir vəziyyəti görən Müslüm qərib tək məsciddən çıxdı və Küfənin küçələrində sərgərdan halda yola düşdü.[4] Nəhayət, o bir qadının evinin qapısı yanında dayandı. Həmin qadının adı Tövəidi. Müslüm ondan su istədi. Tövə öz oğlu Bilalın yolunu gözləyirdi. Tövə su gətirdi və Müslüm suyu içdi. Sonra Müslümo qadından sığınacaq yeri istədi. Tövə Müslümün xaişini qəbul edib, ona öz evində yer verdi.

Tövənin[5] xain oğlu Müslüm onların evində olmasını ibn Ziyada xəbər verdi. İbn Ziyada Mühəmməd ibn Əşəsi çağırıb, Müslümi ələ keçirmək üçün onu bir dəstə döyüşçü ilə göndərdi.Onlar Tövənin evinə yaxınlaşdılar. Müslüm düşmənin atlarının ayaq səslərini eşidib döyüş paltarını geyərək öz atına mindi və onlarla döyüşməyə başladı. O, düşmənin çoxunu həlak etdi. Mühəmməd ibn Əşəsi fəryad çəkdi: «Ey Müslüm! Sənin çanın amandadır (Özünü təslim et!)». Müslüm cavab verdi: «Hiyləgər və facir xalqın amanı, aman vermək deyil». Sonra Müslüm döyüşə başladı. O, döyüş zamanı Həmran ibn Malikn yazdığı aşağıdakı şeiri oxuyurdu:

 

و اِن رأیت الموت شیئا نکرا                               أَقسمت لا أُقتَل اِلا حُرّا

أو أخلط البارد سُخنا مُرّا                                   أکره أن أُخدَعُ أو أُغَرّا

اَضربکم و لا اخاف ضَرّا                                 کل امرئ یوما یلاقی

«And içmişəm ki, mərdcəsinə öləcəyəm. Əgər ölüm şərbətin acı və çətinliklə içsəm də azadcasına öləcəyəm. Heç kəs hiylə işlədib məni əsir edə bilməz. Həmçinin, sərin və şirin suyu acı su ilə qarışdırmaqdan xoşum gəlmir.(Yəni, müharibə meydanında şücaət və rəşadətimdən göz yumub özümü düşmənə təslim etmərəm.)»

İbn Ziyadin qoşunundakılar dedilər:«Ey Müslüm! Mühəmməd ibn Əşəs sənə yalan demir və səni aldatmır».Müslüm onların sözünə etina etmədi. Nəhayət, Müslüminbədəninə vurulan qılınc və nizələrin yarası onu taqətdən saldı. Düşmən qoşunu öz hücumunu gücləndirdi. Bir nəfər namərdcəsinə nizə ilə Müslümü arxadan vurdu. Müslüm atdan yerə yaxıldı. Onu əsir etdilər vəİbn Ziyadın sarayına apardılar. Müslüm, İbn Ziyada salam vermədi. Qaravulçulardan biri dedi: «Əmirə salam ver!» Müslüm dedi: «Vay olsun sənin halına, o mənim əmirim deyil!» İbn Ziyad dedi: «Əhəmiyyəti yoxdur, salam versən də, verməsəndə səni öldürəcəyəm». Müslüm dedi: «Məni öldürməyin böyük bir məsələ deyil. Çünki səndən də çirkin adamlar məndən yaxşı şəxsiyyətləri öldürüblər. Bundan əlavə sən insanları namərdcəsinə öldürür, dözülməz vəziyyətdə onların qulaq, burunlarını kəsir və öz batinini aşkar edirsən. Öz düşməninə qələbə çalanda onunla qəddarcasına rəftar edirsən. Həqiqətən, səndən başqa heç kəs bu çür cinayətləri törətməyə hazır deyil». İbn Ziyaddedi: «Ey fitnə törədən günahkar, öz imamının əleyhinə qiyam edib müsalmanların arasına ixtilaf salırsan?» Müslüm dedi: «Ey Ziyadın oğlu, yalan danışırsan, müsalmanlar arasında Müaviyə ilə oğlu Yezid ixtilaf saldı, sən və atan Ziyad ibn Übeyd fitnə odunu alovlandırdınız. Ümüdvaram ki, Allah-Təala şəhadəti mənə qismət edəcək və məni insanların ən napakı öldürəcək». İbn Ziyada dedi: «Ey Müslüm, böyük məqamı arzu edirsən, amma Allah-Təala onu öz əhlinə qismət edir».Müslüm dedi: «Ey Mərcanınin oğlu, o məqamın əhli kimdir?» Dedi: «Yezid ibn Müaviyə!» Müslüm kinayə ilə dedi: «Əlhəmdulillah, mən razıyam Allah-Təala özü bizimlə sizin aranızda hökm etsin». İbn Ziyada dedi: «Güman edirsən ki, sənin hakimiyyətdə payın vardır?» Müslüm dedi: «And olsun Allaha, gümanım yox, yəginim vardır».Dedi: «Ey Müslüm, mənə de görüm nə üçün bu şəhərə gəlibsən və şəhərin nəzim-intizamını bir-birinə vurubsan?» Müslüm dedi: «Mən bu şəhərə ixtilaf salmaq və fitnəkarlıq üçün gəlməmişəm. Amma camaatın inamı budur ki, siz çirkin işlərə mürtəkib olur, yaxşı işləri əvəz, xalqın razılığı olmadan onlara hökmranlıq, Allahın göstəriş verdiyi işlərə camaatı vadar edir və xalqla İran və Rum padşahları kimi rəftar edirsiniz. Məhz buna görə də biz xalqı yaxşı işlərə dəvət etmək, əyri yollardan çəkindirmək, onları Quranın və İslam Peyğəmbər (s) göstərişlərinə dəvət etmək üçün bu şəhərə gəlmişik. Bizim bu işləri görməyə ləyaqətimiz vardır».

Artıq Müslümin sözlərinə dözə bilməyən İbn Ziyad İmam Əli (ə), İmam Həsən (ə), İmam Hüseyn (ə) və Müslümə təhqiramaiz sözlər deməyə başladı. Səbri tükənmiş və bu sözləri eşitməyə taqəti olmayan Müslüm fəryad çəkib dedi: «Sən və atan bu təhqirlərə layiqsiniz. İstədiyini et, ey Allahın düşməni!»

 

MÜSLİM, HANİ VƏ ONLARIN ŞƏHADƏTİ

 

İbn Ziyad Bəkr ibn Həmraya əmr etdi ki, Müslüm«darül-imarə»nin damına çıxarıb orada boynunu vursun. Müslüm gedə-gedə Allahı zikr edir, Allahdan bağışlanmağını istədi və Peyğəmbər (s) salavat göndərirdi. Damın üstündə dayandıqları vaxt Bəkr vəhşət burumuş halda damdan aşağı endi. İbn Ziyada dedi: «Sənə nə olub?» O dedi: «Ey əmir, Müslümi öldürən zaman qara üzlü, vəhşətli simalı bir kişi mənim qarşımda durub barmaqlarını çeynəyirdi. Mən onu görərkən indiyə qədər görmədiyim qorxu bütün vücudumu bürüdü». İbn Ziyada dedi: «Bəlkə Müslümin ölümü səni qorxuya salıbdır?» Sonra qaniçən İbn Ziyad Haninin gətirilməsini əmr etdi. Hanini öldürmək üçün İbn Ziyadın yanına gətirdilər. Bu zaman Hani deyirdi:

 

وامذحجاه و أين منى مذحج واعشيرتاه و أين منى عشيرتى

«Mənim tayfam haradadır? Mənim qohum-əqrabam haradadır?»

Cəllad Haniyə dedi: «Boynunu qabağa əy!» Hani dedi: «And olsun Allaha, canımın alınmasında səxavətli deyiləm və öz ölümümdə sizə kömək etməyəcəyəm. İbn Ziyadın Rüşeyd adında olan qulu qılıncını çəkib Hanini şəhid etdi».

İbn Ziyad Müslüm ibn Əqilin və Hani ibn Ürvənin şəhadət xəbərini yazıb Yezid üçün göndərdi. Bir müddətdən sonra onun məktubunun cavabı gəldi. Yezid ibn Ziyadın işlərinə görə ona təşəkkür edərək yazmışdı: «Mənə xəbər çatıbdır ki, İmam Hüseyn (ə) Məkkədən çıxaraq Küfəyə tərəf yola düşübdür. Amma sən görək mühakiməyə başlayıb intiqam alasan. Əgər şəhərdə hər kəsin müxalifətçiliyini hiss etsən, onu tutub zindana sal!»

 

[1] Bu ərəb dilində atalar sözüdür. Demək istəyir ki, xəyanətkar nə vaxtsa özü öz əl-ayağı ilə tora düşəcək.

[2] Hani «Murad» qəbiləsinin rəhbəri idi və bu sözü ilə öz tayfasına arxalanırdı. Çünki, onun dörd min zirehli və səkkiz min piyad qoşunu var idi.

[3] «Bəqərə» surəsi, ayə 156.

[4] Çünki artıq Müslümin köməkçisi yox idi.

[5]Tövbə mömin bir qadın idi. O, Müslümü tanıyandan sonra bildi ki, Müslümü öldürmək istəyirlər

Digər “Məqalələr ” Xəbərləri

”TƏBLİĞ” AYƏSİ VƏ QƏDİR-XUM” HADİSƏSİ

Qurani-Kərimin “Maidə” surəsinin 67-ci ayəsində buyurulur: يَا أَيُّهَا الرَّسُولُ بَلِّغْ مَا أُنزِلَ إِلَيْكَ مِن رَّبِّكَ وَإِن لَّمْ تَفْعَلْ فَمَا بَلَّغْتَ رِسَالَتَهُ وَاللّهُ... Davamı..

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?”

“Tivāl, Miun, Məsəni və Müfəssəl surələr – Qurandakı hansı surələrdir?” Cavab: Tival surələr (uzun) Quranın ən uzun yeddi surəsidir: Bəqərə, Ali-İmran, Nisa,... Davamı..

Ən yaxşı sədəqə: zəifə və məzluma kömək etməkdir

İslam peyğəmbəri Həzrət Məhəmmədin (s) peyğəmbərlikdən öncəki həyatı və cavanlıq dövrü də kamil bir insanın həyat tərzi olub. Bunun dəlillərindən biri də... Davamı..

Quranın surələrə bölünməsinin səbəbi

Hər bir şeyə səbəb olduğu kimi Quranın da neçə surəyə bölünməsinin səbəbləri vardır. Biz aşağıda o səbəblərdən bəzilərini qeyd edirik. Onu da... Davamı..

Hacı Əhliman Rüstəmovun rəsmi səhifəsinin Telegram kanalı yaradılıb

Telegram istifadəçiləri olan oxucularımız artıq saytın məlumatlarını Telegram kanalımızda da oxuya bilərlər. İstifadəçilər www.ahliman.info-nun rəsmi Telegram səhifəsinə (t.me/ahliman_info) abunə olmaqla saytımızın bütün... Davamı..

Qurani-Kərimin ərəb dilində olmasının səbəbləri

1. Allah-Təala Quranda buyurur: “Biz elçimizi öz qövmünün dilində göndəririk”. Yəni, Həzrət Peyğəmbərin (s) bir ərəb olaraq ərəbcə danışdığına və yaşadığı mühitin... Davamı..

Quran kimə lənət oxuyur?

Həzrət Peyğəmbər (s) buyurur: “Çox Quran oxuyanlar vardır ki, Quran onlara lənət oxuyur’’. “Quran (sadəcə) oxumaq üçün deyil, hidayət olub əməl etmək... Davamı..

Həzrət Nuhun (ə) zamanında uşaqlar və günahsızlar suda qərq olmuşdurlarmı?

Əbdulsəlam ibni Saleh Hərəvi nəql edir: “İmam Rzadan (ə) soruşdum: “Niyə Allah Nuhun (ə) zamanında bütün dünyanı suya qərq etdi, halbuki insanların... Davamı..